513
«O, kəslər ki, yalan yerə şahidlik etməzlər…». (əl-Furqan 72). Təfsirçilər bu
ayəni: «Rəhmanın qulları o, kəslərdir ki, onlar kafirlərin bayramlarında iştirak
etməzlər» deyə təfsir etmişlər
1533
.
8 – Kafirləri İnkişaf Və Mədəniyyətlərinə, Əxlaqlarına Görə Tərif Etmək,
Batil İnanc Və Dinlərinə Baxmayaraq Əxlaq Və Məharətlərini Bəyənmək
«Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinnəti
olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (gözünü dikmə)». (Ta ha
131). Bu o, demək deyildir ki, müsəlmanlar onları gücləndirəcək vasitələrdən,
iqtisadi inkişafdan,
təsərüfatdan
və
hərbin
sirlərini öyrənməkdən
çəkinməlidirlər. Əksinə bu dinimizin əmr etdiyi bir şeydir. «…Kafirlərə qarşı
bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük
edin…». (əl-Ənfal 60). Bütün bu faydalı və kainatda gizli olan şeylərin hər
birisi həqiqətdə müsəlmanlar üçün yaradılmışdır. «(Ya Peyğəmbərim!) De ki:
Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram
buyurmuşdur? De ki: Bunlar dünyada iman gətirənlər üçündür, Qiyamət
günündə isə yalnız möminlərə məxsusdur. Biz ayələrimizi anlayıb-bilən bir
tayfaya belə ətraflı izah edirik». (əl-Əraf 32). «Göylərdə və yerdə nə varsa
hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən bunda
düşünən bir qövm üçün ibrətlər vardır». (əl-Casiyə 13). «Yer üzündə nə varsa
hamısını sizin üçün yaradan…Odur (Allahdır)». (əl-Bəqərə 29). Bu potensial
imkanları dəyərlən-dirməkdən ötrü müsəlmanlar hər kəsdən əvvəl hərəkət
etməli və bunlara sahib olmaları üçün kafirlərdən nə isə ummamalıdırlar.
Müsəlmanların fabrik və müasir texnikaya sahib olmaları lazımdır.
9 – (Oğlan Və Qız) Uşaqlarına Kafir Adlarını Vermək
Belə ki, bəzi müsəlman ailələri ana-atalarını, baba və nənələrinin, daha
doğrusu müsəlman aləmində qəbul edilmiş adlardan imtina edərək öz
övladlarına yad adlar qoyurlar. Belə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
bu haqda buyurmuşdu: «Allahın ən çox sevdiyi adlar Abdullah (Allahın qulu)
və AbdurRahmandır (Rahmənin qulu)»
1534
. Adları dəyişdirmək yeni bir nəslin
qərib adlar daşımalarına səbəb ola bilir. Bu isə indiki nəsillərlə əvvəlki nəsillər
arasında bir ayrılığa və özlərinə aid adları istifadə edən ailələr arasındakı bir-
birilərini tanıma imkanını aradan qaldırmağa səbəb ola bilir.
1533
Onların məclislərini tərk etmək: «Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin,
yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz, himayədarı-nız yoxdur. Sonra sizə kömək
olunmaz». (Hud 113).
1534
Əbu Vəhb
– radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
«Özünüzə Peyğəmbərlərin adlarını qoyun. Allahın ən çox sevdiyi adlar Abdullah və AbdurRahmandır.
Adların ən doğrusu Həris (qoruyan, gözətçi) və Həmməmdir (Ləyaqətli, möhtərəm). Ən pisi isə Hərb
(Müharibə) və Murradır (Acı)». «Ədəbul Mufrad» 814.
514
10 – Kafirlər Üçün Allahdan Bağışlanma Diləmək Və Onlara Rəhmət
Oxumaq
Allah kafirlər üçün bağışlanma diləməyi və onlar üçün rəhmət oxumağı
möminlərə haram etmişdir. «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlman-
lara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə Peyğəmbərə və iman
gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). Çünki
bu davranış onları sevməyi və tabe olduqları dinin doğru olduğunu
göstərir
1535
.
11 – Dövlət Vəzifələrində, Döyüşdə Və Ya Buna Bənzər Yerlərdə
Kafirlərdən Kömək İstəməyin Hökmü
1) Dövlər vəzifələrində kafirlərdən kömək istəməyin hökmü barəsində
Allah buyurur: «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş
(dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər,
sizin zərərə və əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan
ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində
gizlətdikləri (düşmənçilik) isə daha böyükdür…». (Ali İmran 118). İmam
Bəğavi – rahmətullahi aleyhi – ayədə keçən: «Sizin dinizdən olmayanları dost və
yaxın sirdaş etməyin. Çünki kişinin dostu ona ən yaxın olanıdır» şəkilində
təfsir etmişdir. Sonra isə Allah kafirləri dost tutmağın haram edilməsini
açıqlayaraq: «Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin
zərərə və əziyyətə düşməyinizi istərlər».
İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Zimmə əhli olan Yəhudi,
Xristian və münafiqlər müsəlmanların hal və sirləriylə bağlı şeylərdə öz
dinlərində olan insanları xəbərdar etdiklərini təcrübə sahibi olan hər kəs bilir.
Məşhur beytlərdən olan bu beyt buna ən gözəl dəlildir: «Hər düşmənlik
(düşmənlikdən sonra) – sevgi və məhəbbətə dönə bilər. Yalnız sənə dində
düşmən olanın düşmənliyi sevgi və məhəbbətə dönə bilməz». Buna görə də
onlar dövlət işlərində müsəlmanlara vəzifələr verməyi qadağan etmişlər.
Buna görə də müsəlmanların müsəlmanları öz işlərində işlətməklə
kifayətlənmələri özləri üçün dini və dünyavi tərəfdən faydalıdır. Az da olsa
halal yolla qazanılan qazancı Allah bərəkətləndirir. Lakin haram yolla
qazanılan qazanc çox da olsa bərəkəti olmaz
1536
. İbn Teymiyyə – rahmətullahi
aleyhi – yuxarıda keçən ayədən bir çox hökmlər çıxarmışdır: 1.
«Ey iman
gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin
barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə
1535
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Anam üçün istiğfar diləmək üçün Rəbbimdən izn istədim mənə inz vermədi. Qəbrini ziyarət etmək üçün
Rəbbimdən izn istədim mənə izn verdi. Siz də qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölmü xatırladır».
Müslim 976.
1536
Məcmuu Fətava 28/646.