522
Bu kimsələr Peyğəmbərlər, sıddıqlar (doğrular) şəhidlər və salehlərdən olan
səmimi müsəlmanlardır. Bunların başında da Peyğəmbər – sallallahu aleyhi və
səlləm – durur. Çünki Peyğəmbər
– sallallahu aleyhi və səlləm – insana öz
nəfsindən də, övladından da, valideyinlərindən də və bütün insanlardan da
çox sevilməsi lazımdır
1553
. Bunun ardından sevilməyə ən layiq olan Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in zövcələri (möminlərin anaları), Əhli Beyti və
səhabələridir. Xüsusi olaraq Rəşidi Xəlifələr olan (Əbu Bəkr, Ömər, Osman, Əli
– Allah onlardan razı olsun -), Cənnətlə müjdələnən on səhabə, Muhacirləri və
Ənsarları, Bədr döyüşündə iştirak edənləri, Ridvan beyətində iştirak edənləri
və s. səhabələri sevməyi özündə əhatə edir. Bunlardan sonra Tabiinləri və ən
fəzilətli dönəmlərdə yaşayanları, bu ümmətin ilk müsəlmanları ilə dörd imamı
olan (Əbu Hənifə, İmam Məlik, İmam Şafii, İmam Əhməd – Allah onlardan razı
olsun - və s. bu ümmətin imamlarını sevməyi özündə əhatə edir. «Onlardan
sonra gələnlər belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş
(din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə,
həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən şəfqətli və mərhəmətlisən». (əl-
Həşr 10).
Qəlbində iman olan hər bir kəs səhabə və bu ümmətin ilk müsəlmanlarına
heç vaxt nifrət etməz. Onlara yalnız qəlbində xəstəlik və nifaq olan Rafizilər və
Xəvariclər kimi İslam düşmənləri nifrət edə bilərlər. Onların şərlərindən
Allaha sığınırıq.
İkinci Qrup: Allah Üçün Sevilməyib, Dostluq Edilməyib, Yalnız Və
Yalnız Nifrət Və Düşmənçilik Edilməyə Layiq Kimsələrdir
Bunlar da kafirlər, müşriklər, münafiqlər, dindən dönənlər və hər bir
inkarçılardır
1554
.
«Allaha və Axirət gününə inanan heç bir tayfanın Allah və
Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın
qohumları olsalar da belə – dostluq etdiyini görməzsən». (əl-Mucadələ 22).
Allah İsrail övladlarını pisləyərək: «Onların (Kitab əhlinin) bir çoxunun
kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün
hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar
əbədi əzaba düçar olanlardır. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil
1553
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Sizdən hər hansı bir kimsə məni övladlarından, valideyin-lərindən və cəmi insanlardan çox sevmədikcə
iman etmiş olmaz». Bu hədisi eşidən Ömər: «Ya Rəsulullah! Sən mənə nəfsimdən başqa hər şeydən
sevimlisən!». Peyğəmbər: «Və Min Nəfsikə Yə Umaru – Ya Ömər! Nəfsindən də sevimli olmalıyam!» deyə
buyurdu. Ömər: «Və Min Nəfsi – Nəfsimdən də!» deyincə Peyğəmbər: «Ya Ömər! İndi tamam oldu».
«Peyğəmbər möminlərə öz nəfslərindən də yaxındır». (əl-Əhzab 6). Buxari, Müslim. Əbu Səid əl-Xudri
–
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Yalnız möminlərlə
dostluq et və yeməyini də yalnız təqvalı kimsə yesin». Əbu davud 4832, Tirmizi 2397.
1554
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudi və Xaçpərəstlərə ilk olaraq siz salam verməyin.
Siz onlardan hər hansı birilə yolda qarşılaşdığınız zaman ona yolun ən dar hissəsini verin» Müslim 2167.
523
olana inansaydılar, kafirləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu
itaətdən çıxmış fasiqlərdir». (əl-Maidə 80-81).
Üçüncü Qrup: Bir Tərəfdən Sevilməsi Və Bir Tərəfdən Də Nifrət Edilməsi
Lazım Olan Kimsələrdir
Həm seviləsi, həm də nifrət ediləsi müsəlman-ların günahkarlarıdır. Bu
kimsələr onlarda olan imana görə sevilirlər lakin etdikləri günahlarına görə isə
nifrət edilirlər. Əgər bu günahlar şirk və küfr deyilsə. Onları sevmək onlara
nəsihət etməyi və onları qınamağı tələb edir. Etdikləri günahlara görə susmaq
caiz deyildir. Əksinə onlara şəriətə uyğun olaraq həd və təzir cəzalarını təyin
etmək, onlara nəsihət etmək, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək,
etdikləri günahlardan uzaqlaşmağı və bu günahlardan tövbə etməyi bəyan
etmək lazımdır.
Bu kimsələrlə Xəvariclərin: «Şirkdən başqa böyük günah sahiblərinə nifrət
edilərək onlardan uzaq durmaq lazımdır» dedikləri kimi onlara yalnız nifrət
edilib onlardan uzaq durulmaz. Yenə də Murciyənin: «Bu kimsələrə dostluq və
sevgi bəslənilir» dedikləri kimi onlara yalnız dostluq və sevgi bəslənilməz.
Əksinə daha əvvəl qeyd etdiyimiz kimi belə kimsələrə Əhli Sünnə Vəl
Cəmaatın bəyan etdiyi şəkildə orta yolu izləyərək yaxınlaşmaq lazımdır.
Hədisdə buyrulduğu kimi: «Allah üçün sevmək və Allah üçün nifrət etmək
imanın ən sağlam qulpudur. Qiyamət günü də insan sevdiyi ilə birlikdə
olacaqdır».
Günümüzdə vəziyyət artıq dəyişilmişdir. İnsanlar dostluq və düşmənçiliyi
Allah üçün deyil, dünyalıq bir (şey) üçün edirlər. Kim dünya nemətlərinə
sahibdirsə o, kimsə Allaha və Rəsuluna və İslam dininə düşmən olsa da belə
ona sevgi və dostluq göstərilir. Kim də dünya nemətlərinə sahib deyilsə o,
kimsə Allah və Rəsulunun dostu olsa da belə kiçik bir səbəbə görə ona nifrət
və düşmənçilik edilir. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Allah üçün
sevən, Allah üçün nifrət edən, Allah üçün dostluq edən və Allah üçün
düşmənçilik edən kimsə yalnız bu şəkildə Allahın dostluğuna nail olur. Lakin
insanların çoxunun dostluğu dünyalıq şeylərdə olmuşdur. Bu isə sahibinə heç
bir fayda verməyəcəkdir»
1555
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Allah
– subhənəhu və təalə –
buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə, Mən ona müharibə elan
edərəm…»
1556
.
İnsanlar içərisində Allaha savaş elan edənlərin ən şiddətlisi, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in səhabələrinə düşmənçilik edən, onlara nifrət və
kin bəsləyən kimsələrdir. Abdullah b. Muğəffəl – radıyallahu anhu – rəvayət
1555
İbn Cərir.
1556
Buxari 6502.