10
XƏVARİCLƏR KİMLƏRDİR?
Xəvaric – xarici sözünün cəm formasıdır. Xarici – sözü ərəb dilində xaric
olunmuş, çıxmış deməkdir. İstilahi mənası – müsəlman alimləri və
rəhbərlərinə qarşı çıxan, böyük günah sahibi olan müsəlmanlara kafir damğası
vuraraq, onların qanını axıdanlara deyilir. İslam ümmətində ən azmış
firqələrdən biridir. Onun tərəfdarları böyük günah sahiblərini və onların
fikirləri ilə razı olmayan hər bir kəsi kafir sayırlar. Günahkarlar Allaha şərik
qoşmasalar da belə onların mallarına və canlarına təcavüz etməyi özlərinə
halal görürlər. Onların fikir və ideyalarına zidd olan bir çox hədisləri inkar
edir və insanları da əmirlərə qarşı çıxmağa çağırırlar. Xəvariclər İslam
tarixində bir çox müsibətlərin və fəlakətlərin baş vermə səbəbkarıdırlar. Məhz
Həzrəti Osman və Həzrəti Əli – Allah onlardan razı olsun – qətlə yetrilməsində
və müsəlmanların parçalanmasında səbəb Xəvariclər olmuşlar.
Abdullah b. Şəddaf b. əl-Hadi rəvayət edir ki: «Xəvariclər Əli - radıyallahu
anhu – dan ayrıldıqdan sonra Əli
- radıyallahu anhu – onlara İbn Abbas
-
radıyallahu anhu – nu göndərdi. Bunlar da İbn Abbas
- radıyallahu anhu – ilə
Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan 8 min kişi
geri döndü». Sayı 12 minə yaxın, qəlbində mərəz olan Xəvariclər Rəsulullah –
sallallahu aleyhi və səlləm – in yolu ilə gedən Əlinin başçılıq etdiyi cəmaatdan
ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu – nu kafir saydılar. Əli -
radıyallahu anhu – ilə Muaviyə
- radıyallahu anhu – arasında döyüş uzandığı
təqdirdə Muaviyə - radıyallahu anhu – nun tərəfdarları Quranın müshaflarını
nizələrin ucuna taxaraq Əli - radıyallahu anhu – nun tərəfdarlarını Qurana tabe
olmağa çağırdılar. Bizdən bir adam, sizdən də bir adam çıxardaq dedilər.
İnsanlar buna razı olduqda Muaviyə - radıyallahu anhu – tərəfdən Amr b. As -
radıyallahu anhu –, Əli - radıyallahu anhu – tərəfdən isə Əbu Musa əl-Əşari -
radıyallahu anhu – çıxdı. Lakin Əli - radıyallahu anhu – İbn Abbas - radıyallahu
anhu – nun çıxmasını istəyirdi. Lakin bunu görən Urvə b. Uzeynə: «Allahın
əmrində adamlarınızı hakim təyin edirsiniz, hökm ancaq Allahındır – deyərək
döyüş hazırlığını görməyə başladılar. Əli - radıyallahu anhu – nəsihət etmək
üçün İbn Abbas - radıyallahu anhu – nu onların yanına göndərdi. İbn Abbas -
radıyallahu anhu – deyir ki: «Elə bir qrupun yanına gəlmişdim ki, onlardan
daha çox ibadət edən görməmişdim. Səcdə etməkdən alınları qaralmış, əlləri
səcdə etməkdən dəvələrin dizləri kimi sərt olmuşdu. Əyinlərində sərt köynək,
izarları isə topuqdan yuxarı idi. Onlara salam verdim. Onlar da: «Xoş gəldin,
İbn Abbas! Nə üçün gəlmisən?» dedilər. Mən də: «Mən Mühacir və Ənsaram.
Peyğəmbərimizin kürəkəninin yanından gəlirəm ki, onlara Quran nazil
olmuşdu və onlar Quranın təvilini sizdən daha yaxşı bilirlər. Quranın onlara
11
nazil olmasına baxmayaraq onlardan heç kəsi sizin aranızda görmürəm. Nə
vaxt İbn Abbas Xəvariclərlə danışıq aparmaq üçün onların yanına gəldiyi
zaman onlardan bəziləri: “Onunla söhbət etməyin” deyə qışqırmağa
başladılar. Bu zaman hələ də Xəvaric olan İbn əl-Qayya ayağa duraraq deyir:
“Ey Quran Əhli! Əgər sizdən kimsə bu kimsəni İbn Abbası tanımırsa mən onu
tanıyıram. Bunlar barəsində Allah Quranda buyurmuşdu: “Doğrusu, onlar
höcətləşən adamlardır”. (əz-Zuxruf 58). Qoy öz ağasının yanına qayıtsın, qoy
öz ağasının yanına qayıtsın, siz isə Qurandan ayrılmayın”
15
.
Onlar Əli
- radıyallahu anhu – nun günahkar saydılar və üç məsələdə onu
ittiham etdilər: 1. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu –
ilə sülh bağladıqda – Əmir əl-Möminin – ifadəsini qeyd etmədi? Əgər o,
möminlərin əmiri deyilsə o, zaman kafirlərin əmiridir.
2. Nə üçün Əli
- radıyallahu anhu – Muaviyə
- radıyallahu anhu – tərəfdən
cariyə götürmədi?
3. Nə üçün Əli
- radıyallahu anhu – Quran və Sünnə ilə yox, iki nəfərin
danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı? Allahın əmrinə zidd
olaraq adamlar təyin etdi. Halbuki hökm Allahındır.
İbn Abbas - radıyallahu anhu – onların etirazlarını dinlədikdən sonra dedi: 1)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyə zamanı müşriklərlə sülh
müqaviləsi bağladıqda – Rəsulullah (Allahın elçisi) – ifadəsini qeyd etmədi.
Həmçinin Əli - radıyallahu anhu – nun etdiyi bu əməl Sünnəyə müvafiqdir.
2) Deyin görək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zövcəsi və
möminlərin anası sayılan Aişə - radıyallahu anhə – ni əsir alacaqsınız? Vallahi
əgər o, anamız deyildir desəniz İslamdan çıxacaqsınız. Vallahi onu əsir
alacaqsınız və başqaları bizə halal olduğu kimi o, da bizə halaldır desəniz yenə
də İslamdan çıxacaqsınız. «Onun zövcələri möminlərin analarıdır». (əl-Əhzab
6). Bu suala da cavab verdimmi? Onlar: «Bəli».
3) Həqiqətən də Əli - radıyallahu anhu – Quran ilə hökm vermişdir. «(Ey
möminlər!) Əgər onların (ər-arvad və s.) arasında ixtilaf olacağından
qorsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin.
Onları barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah (hər
şeyi) bilən və (hər şeydən) xəbərdardır». (ən-Nisa 35, əl-Maidə 95). Bu
cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı isə fitnə-
fəsad törətməkdə davam etdilər
16
. Onlar Abdullah b. Xabbəb - radıyallahu anhu
– nu, zövcəsini və onlarla olan üç qadını da öldürdülər. Abdullah b. Xəbbab
-
radıyallahu anhu – hamilə zövcəsi ilə birlikdə əsir götürülürlər. Xəvariclər: «Sən
15
Əhməd 1/621, Həkim 2/150-152, Beyhəqi 8/309.
16
Əhməd 1/621, AbdurRazzaq 10/157,158, Həkim 2/150, 152, Təbərani “10/312-314, Beyhəqi 8/309, İbn Sad
3/231.