16
öldürüldüyü kimi onları da öldürərdim» deyə buyurdu
25
. Başqa rəvayətdə:
Veyl sənə! Mən yer üzündə insanların Allahdan qorxmağa ən layiqlisi
deyiləmmi? Sonra o, kimsə dönüb getdi. Xalid b. Vəlid: «Ya Rəsulullah! İzin
ver boynunu vurum» dedi. Peyğəmbər: «Xeyr, namaz qılan bir kimsə olması
umulur» deyə buyurdu. Xalid: «Ya Rəsulullah! Namaz qılanlardan neçə
kimsələr var ki, qəlblərində olmayanları dilləri ilə söyləyirlər» dedi.
Peyğəmbər: «Mən insanların qəlblərini yarıb baxmaq üçün göndərilmədim»
deyə buyurdu
26
. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbərin
sözlərinin mənası ondan ibarətdir ki: Xəvariclərlə dəstə dəstə deyil, bir dəfəyə
Allahın Ad qövmünü bir dəfəyə məhv etdiyi kimi məhv etməsidir”
27
. Əbu Səid
əl-Xudri
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – qənimətləri payladığı zaman Bəni Təmim qəbiləsindən olan Zul
Xuveysra adlı bir nəfər gəldi və: «Ey Allahın Rəsulu adil ol!» dedi. Peyğəmbər:
«Vay sənin halına! Əgər mən adil olmasam kim adil ola bilər! Əgər mən adil
olmasaydım (sən mütləq adil olmayan bir insana tabe olduğun üçün) əliboş
qalardın və zərər çəkənlərdən olardın» deyə buyurdu. Ömər: «Ey Allahın
Rəsulu! İzin ver boynunu vurum» dedi. Peyğəmbər: «Onu tərk et, onun kimi
onun dostları vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz
orucunu onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin
Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun
şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə
deşib çıxdığı kimi dindən çıxacaqlar). Ovçu oxunun dəmirinə baxar orada
qandan bir əlamət görməz, oxun taxta hissəsinə baxar yenə də orada bir əlamət
tapmaz. Onların əlaməti qolu qadın döşü və ya yellənən ət parçası kimi olan
qara kimsədir. Onlar (müsəlmanlar) arasında ayrılıq düşdüyü zaman ortaya
çıxarlar. Onları iki tayfadan haqqa ən yaxın olanı öldürər» deyə buyurdu
28
. Əli
b. Əbu Talib
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Axır zamanda yeniyetmə (yaşları kiçik) səfehlər çıxacaqdır.
Onlar məxluqata verilən sözlərin ən xeyirlisindən Qurani Kərimdən (və
hədislərdən) dəlil gətirəcəklər. (danışdıqları zaman çox gözəl danışacaqlar).
Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı
enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar (Başqa
rəvayətdə: Dinə geri qayıtmayacaqlar. Onlar yaradılmışların - insanların və
öldürülməsini əmr etmiş və müsəlmanların zalım əmirləri ilə vuruşmağı isə qadağan etmişdir”. “Məcmuul
Fətava” 7/284. Useymin – rahmətullahi aleyhi - deyir ki: «Çox dəhşətlidir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – zimmini öldürməyi qadağan edir, lakin Xəvaricləri Ad qövmü kimi öldürməyi əmr edir. Çünkü
bütün şər onlarda toplanmışdır».
25
Müslim 1063,1064.
26
Müslim 1065.
27
“Şərh Muslim” 3/131.
28
Buxari 5057, 6930, Müslim 1066.
17
heyvanların - ən şərliləridirlər). Onlarla harada qarşılaşsanız onları öldürün,
onları öldürənə Qiyamət günü savab yazılacaqdır (Onlarla vuruşmaq hər bir
müsəlman üçün haqdır
29
)»
30
. Ubeydullah b. Rafi - radiyallahu anhu – deyir ki,
Əli - radıyallahu anhu – ilə birlikdə idim. Hərurilər meydana çıxıb üsyan
etdikləri zaman – İnil Hukmu İllə Lilləh – Höküm Allahdan Başqasının
Deyildir – (əl-Ənam 57, Yusuf 40,67, əş-Şura 10). Allahdan başqa hakim olmaz
dedilər. Əli: «Bu haqq bir sözdür ki, onunla batil qəsd olunmuşdur»
31
. Əbu
Ğalib, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in səhabələrindən Əbu Umamə
-
radıyallahu anhu – nun belə dediyini rəvayət edir: «Şamda Xəvariclər baş
qaldırdı və qətlə yetirilərək quyuya atıldılar. Əbu Umamə - radıyallahu anhu –
onların atıldığı quyunun başında durub ağladı və: «Subhənəllah! Şeytan bu
ümməti necə azdırdı? Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Cəhənnəm
köpəkləri, yer üzündə ən şərli öldürülmüşlər, ən şərli öldürülmüşlər» dedi
32
.
Uqbə İbn Vəcis deyir ki: “Mənə Xəvariclər və onların əmirləri pisləmələri
barəsində danışdılar. Bir gün Abdullah İbn Amrı - radıyallahu anhu –
gördüyüm zaman ona: “Sən Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
səhabələrindən və Allahın elm verdiyi kimsələrdənsən. İraqda bir qrup
insanlar öz əmirlərini pisləyir, onların yanılmaları barəsində açıq-aydın söz
açırlar. Bu barədə nə deyə bilərsən?”. O: “Bu o, kəslərdir onların üzərinə
Allahın, mələklərin və bütün insanların lənəti vardır”
33
. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Xəvariclər – od sakinləri arasında olan itlərdir»
34
.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən aranızda elə bir
məxluq yaranacaq ki, onlar ibadətdə o, dərəcədə çalışqan olacaqlar ki, insanları
təəccübləndirəcəklər, hətta özlərini də. Amma onlar oxun şikardan çıxdığı
kimi dindən çıxacaqlar»
35
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Onlar mənim ümmətimin ən pis adamlarıdır və ümmətimdən ən yaxşılarını
öldürəcəklər»
36
. İbn Ömər - radıyallahu anhu – deyir ki: «Onlar kafirlər
barəsində nazil olan ayələri möminlərə qarşı tətbiq edirlər»
37
. İbn Əbu Aufə -
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Xəvariclər Cəhənnəmin köpəkləridir»
38
. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı
29
Musnəd 1/156.
30
Buxari 3611, Müslim 1066, 1067.
31
Müslim 1069.
32
Tirmizi 3000, İmam Əhməd 5/250. əl-Albani “Həsən Səhih”.
33
İbn Əbu Asim “Sunnə” 933, Bəzzar 207, əl-Albani “Səhih”.
34
Əhməd 4/382, əl-Albani həsən hədis.
35
Əbu Yəla 3/107, əl-Albani səhih hədis.
36
Fəthul Bəri 12/286
37
Fəthul Bəri 12/282.
38
Musnəd 4/355, İbn Məcə «Muqəddimə» 173, İbn Əbu Asim «Sünnə» 904, Tirmizi 300, AbdurRazzaq
«Musənnəf» 18663, Həkim «Mustədrək» 2655, Beyhəqi «Sünnən Kubra» 8/188, əl-Albani Səhih Cəmi 3347.