14
xeyr və şər toxunmayacaqdır.
10 Məhkəmiyə. 11 Mutəzilə – Hərurilərin bir
qoludur. 12 Meymuniyə Meymun b. Xalid.
21
Xəvariclərdən sonra təkfir fitnəsi Rafizilərə keçdi. Rafizilər 4 nəfərdən başqa
bütün səhabələri təkfir etdilər, onların mürtəd olduqlarını iddia etdilər.
Onlardan sonra bu fitnə bütün bidət əhlinə Qədərilərə, Cəhmilərə və s. keçdi.
Bütün bunlar Əhli Sünnəni təkfir etsələr də, Əhli Sünnə onları təkfir etməz.
İbnul Covzi – rahmətullahi aleyhi – deyir ki: «Zülm zülm ilə qaytarılmaz».
XƏVARİCLƏR HAQQINDA PEYĞƏMBƏR – Sallallahu
Aleyhi Və Səlləm – DƏN GƏLƏN HƏDİSLƏR
Ənəs İbn Məlik - radıyallahu anhu – deyir ki, bir gün Peyğəmbərə – sallallahu
aleyhi və səlləm – bir nəfər haqqında xəbər verdik. Peyğəmbər: “Mən onu
tanımıram” dedi. Biz: “Yə Rəsulullah! O, bu cür, bu cür görünür” dedik.
Peyğəmbər: “Mən onu tanımıram” dedi. Bu söhbət əsnasında haqqında
danışdığımız kimsə gəldi. Biz də: “Bax, bu o kəsdir Yə Rəsulullah!” dedik.
Peyğəmbər: “Mən onu tanımıram” dedi. Bu kimsə bizlərə yaxınlaşaraq
salamladı. Biz də onun salamını aldıq. Bu əsnada Peyğəmbər: “Allahı şahid
tuturam, məgər sən bura gələndə qəlbində düşünmədinmi ki, mən burada
olanların hamısından xeyirliyəm (üstünəm)”. O: “Allaha and olsun Hə” deyib
məscidə namaz qılmağa getdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu
Bəkrə - radıyallahu anhu – buyurdu: “Get onu öldür!”. Əbu Bəkr - radıyallahu
anhu – məscidə daxil olur və onu namaz qılar halda görür. Öz-özünə:
“Həqiqətən də namazın qədir qiyməti vardır, bizlərə namaz qılanı vurmaq
qadağan edilmişdir. Soruşum bu barədə Peyğəmbərdən” dedi. Qayıtdıqda
Peyğəmbər: “Sən onu öldürdünmü?” deyə buyurdu. Əbu Bəkr: “Yox, mən onu
namaz qılan halda gördüm Axı, namazın qədir qiyməti vardır. Əgər sən əmr
etsən onu öldürərəm” dedim. Peyğəmbər: “Yox, bu sənə aid deyil” buyurub
Ömərə - radıyallahu anhu – onu öldürməyi əmr edir. Ömər - radıyallahu anhu –
məscidə daxil olur və onu səcdə edər halda görür. Bir müddət onu
gözlədikdən sonra öz-özünə deyir: “Həqiqətən də səcdənin qədir qiyməti
vardır. Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – icazə alım bu mənim üçün
daha yaxşıdır”. Qayıtdıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
“Onu öldürdünmü?”. Ömər: “Xeyr, mən onu səcdə edər halda gördüm, axı
səcdənin qədir qiyməti vardır. Lakin sən əmr etsən onu öldürərəm” dedi.
Peyğəmbər: “Yox, bu sənə aid deyil” deyib Əlini - radıyallahu anhu – onu
öldürməyə göndərdi. Sən bunu edə bilərsən əgər onu tapsan. Əli - radıyallahu
anhu – məscidə daxil olur, lakin onu orada tapmayıb geri qayıdaraq
21
İbnul Covzi «Şeytanın hiylələri».
15
Peyğəmbərə
– sallallahu aleyhi və səlləm – xəbər verir”. Peyğəmbər: “Əgər o, bu
gün öldürülsəydi ümmətimdən iki nəfər belə ixtilaf etməzdi”
22
. İbn Məsud -
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
Hüneyn günü (döyüş qurtardıqdan) sonra qənimət bölgüsündə bəzi kimsələrə
digərindən daha çox qənimət verdi. Akra b. Xabisa yüz dəvə, Uyeynəyə də bu
qədər verdi, Ərəblərin tanınmışlarına da yüz dəvə verərək həmin günü
digərlərindən üstün tutdu. (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu
məqsədini başa düşməyən) bir nəfər: «Vallahi bu bölgü ədalətli olmayan və
Allah rızası gözlənilməyən bir bölgüdür» dedi. Mən də: «Vallahi, bu sözləri
Peyğəmbərə – sallallahu aleyhi və səlləm – xəbər verəcəyəm dedim və
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək ona xəbər verdim.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzü dəyişdi, hətta qırmızı rəng aldı
və: «Allah və Rəsulu ədalətli olmazsa, kim ədalətli ola bilər? Allah Musaya
rəhmət etsin! O, bundan da daha çox əziyyətlərə məruz qaldı, lakin səbr etdi»
deyə buyurdu
23
. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – qənimətlərdən əldə edilmiş qızılı bu
dörd kişi arasında bölüşdürürdü. Arka b. Xabis əl-Hənzəli, Uyeynə b. Bədr əl-
Fəzari, Alqamə b. Ulasə əl-Amiri və Kilab oğullarından olan Zeydul Həyl ət-
Tai və ya Nəbhan oğullarından olan biri. Qureyş bundan qəzəbləndi və:
«Bizləri buraxaraq Nəcdin böyüklərinəmi verirsən?» dedilər. Peyğəmbər:
«Mən bunu yalnız onları İslama bağlamaq üçün edirəm» deyə buyurdu. Bu
vaxt gur saqqallı, yanağının iki almacığı çıxmış, gözləri içəri batmış, yekə alınlı
və başı keçəl biri gəlib dedi: «Ya Muhəmməd! Allahdan qorx». Peyğəmbər:
«Əgər mən də Allaha üsyan edərəmsə onda kim ona itaət edər? Sizlər mənə
inanmadığınız halda O, məni yer üzərinə əmin etmişdir» deyə buyurdu. Sonra
o, kimsə dönüb getdi. Səhabələrdən biri onu öldürmək üçün Peyğəmbər –
sallallahu aleyhi və səlləm – dən izin istədi. Peyğəmbər: «(Başqa rəvayətdə:
İnsanların, Muhəmməd – sallallahu aleyhi və səlləm – səhabələrini öldürür
demələrindən Allaha sığınıram) Bu kimsənin nəslindən elə bir qövm törəyəcək
ki, Quranı gözəl səslə oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı
enməyəcəkdir, onlar müsəlmanları öldürəcək, müşrikləri isə tərk edəcəklər.
Onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox
şikarın bədənini sürətlə deşib çıxdığı kimi dindən çıxacaqlar) Əgər mən
onların zamanına çatmış olsaydım, Ad (Digər rəvayətdə: Səmud
24
) qövmünün
22
İbn Əbu Asim 938, Daraqutni 2/54, Əbu Yəla 6/340, əl-Albani “Səhih”.
23
Müslim 1062.
24
1980-ci ildə Kəbəni zəbt edərək bir çox müsəlmanların ölümünə səbəb olmuşdur. Bu hadisəni Cuheyman
adlandırırlar. Oranı zəbt edən kimsənin adı ilə. Xəvariclərdən İslama və müsəlmanlara gələn zərər daha çox
və pisdir, nəinki Tiran bir rəhbərdən. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlinin bu ümmətə
vurduğu zərər adi bir günahkarın zərəridən daha çoxdur. Buna görə də Peyğəmbər xəvariclərin