12
kimsən?». Abdullah: «Mən Allah Rəsulunun səhabəsi Abdullah b. Xəbbabam.
Siz məni qorxudursunuz». Onlar: «Sənə bizdən heç bir zərər toxunmaz.
Atandan eşitdiklərini bizə danış?». Abdullah: «Mən atamın belə dediyini
eşitdim: «Mən Allah Rəsulunun belə dediyini eşitdim: Fitnə baş qaldıracaq. O,
zaman oturan durandan, duran gəzəndən, gəzən də qaçandan xeyirli
olacaqdır»
17
. Abdullahın əlləri bağlı idi. Yolda gedərkən Zimmiyə məxsus bir
donuza rast gəldilər. Onlardan biri qılıncı ilə vuraraq dərisini parçaladı.
Onlardan biri: «Sən nə üçün belə etdin, axı bu zimmiyə məxsusdur». O, da
zimminin yanına gedərək onunla mehriban danışaraq onu razı saldı. Həmçinin
onlardan biri ağacdan düşən xurmanı da yemişdi. İçərilərindən biri: «Sən icazə
olmadan və ya pulunu ödəmədən götürürsən?». O, isə dərhal xurmanı
ağzından atdı. Buna baxmayaraq onlar Abdullah b. Xəbbabın başını kəsdilər,
hamilə zövcəsinin yanına gələrək: «Mən hamilə qadınam, Allahdan
qorxmursunuz!». Beləcə onun da başını kəsib qarnını yararaq dölünü çıxardıb
bayıra atdılar
18
. Bu hadisə Əli - radıyallahu anhu – ya çox təsir etdi. Bu dəfə o, əl-
Hərb b. Murranı
- radıyallahu anhu – nu onların yanına göndərdi. Onlar Əli
-
radıyallahu anhu – nun bu elçisini də öldürdülər. Əli
- radıyallahu anhu –
onlardan öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əli - radıyallahu
anhu – ya verməkdən imtina etdilər və: Biz hamımız qatilik – dedilər. Səbri
tükənmiş Əli - radıyallahu anhu – qoşun hazırlayıb onların üzərinə hücum etdi
və Bağdad şəhərinin cənub-şərqində yerləşən Nəhrəvan adlı yerdə onların
hamısını məhv etdi. Cundub əl-Əzdəri deyir ki: «Biz Əli - radıyallahu anhu – ilə
birlikdə idik. Xəvariclərin yanına çatdıqda Quran oxumaqdan səsləri arı
vızıltısı kimi gəlirdi». 12 mindən 8 minə yaxın Xəvaric tövbə edərək geri
dönmüşdü. 4 minə yaxın qalmışdı ki, onlar da Nəhrəvanda təxminən H. 37-38-
ci illərində Əli – radıyallahu anhu – ilə döyüşdə məhv edildilər. Əli – radıyallahu
anhu – nun qoşunundan 7 və ya 9 nəfər şəhid edildi. Lakin 4 min Xəvariclərdən
təxminən 9 nəfəri sağ qalmışdı. Əli – radıyallahu anhu – ölülərin üstündə bir-bir
gəzir və deyərdi: «Şeytan bunları aldadıb. Onlar aldandılar»
19
.
Muhəmməd b. Sad deyir ki: «Xəvariclərdən üç nəfər AbdurRahman b.
Mulcəm, Bərk b. Abdullah, Amr b. Bərk ət-Təmim – Məkkədə toplandılar. Əli,
17
Musnəd 5/110, əl-Albani «İrvaul Ğəlil» 8/103.
18
İbn Kəsir «əl-Bidayə vən Nihayə» 10/583. Subhənəllah! Onlar xırda bir işdə necə də ehtiyatlı davranırlar,
lakin müqəddəsliyi çox ciddi olan bir məsələdə qan tökməkdə isə ehtiyatlanmırlar. Donuzun sahibini razı
saldı, xurmanı yemədi, müsəlmanı isə öldürdü. Vallahi indikilərin halı da belədir. İşləri yalnız
müsəlmanlarladır. Onları görməzsən ki, kimisə dəvət etsinlər, işləri yalnız salamat olan müsəlmanları dəvət
edərək öz xarab əqidələrinə çəkməkdir. Əbul Aliyə – rahmətullahi aleyhi - deyir ki: «Allah mənə iki nemət
(xeyir) bəxş etmişdir. Mən bilmirəm ki, bunlardan hansı daha yaxşıdır. Allahın məni İslam dininə hidayət
etdiyinəmi, yoxsa Allahın məni Həruri (Xəvaric) etməməsinə görəmi?». Subhənəllah! Allah bizi onların
şərrindən qorusun. Amin.
19
İbn Kəsir «əl-Bidayə vən Nihayə» 4/289.
13
Muaviyə və Amr b. Ası
- radıyallahu anhum – öldürməyi öz üzərlərinə
götürdülər. İbn Mulcəm: «Mən Əlini», Bərk: «Muaviyəni», Amr: «Amr b. Ası»
dedi. Hər biri də andlarını pozmayacaqlarına dair bir-birilərinə söz verdilər.
Mulcəm Əli - radıyallahu anhu – nu sübh namazı üçün evindən çxdıqda zəhərli
qılıncla vurdu. Əli - radıyallahu anhu – şəhid oldu. Mulcəm həbs edilərək edam
olundu. Abdullah b. Cəfər öncə iki əlini və ayağını kəsdi. O, isə heç sıxılmadı
və qışqırmadı. Gözlərinə əridilmiş qurğuşun (civə) töküldü. Gözləri əridiyi
halda İqra surəsini oxuyurdu. Dilinin kəsilməsi əmr edildi. Buna sıxıldı və
ağladı. Nə üçün ağlayırsan? Bu dünyada ölərkən Allahı zikr etmədən
öləcəyimə üzülürəm – dedi. Zikr edə bilməyəcəyinə görə İbn Mulcəm dilinin
kəsilməsinə üzüldü, lakin Əli - radıyallahu anhu – nu öldürməyi halal gördü.
Şeytan necə onları bu hala gətirib çıxartdı
20
. Məgər kimsə deyə bilərmi ki,
Xəvariclər dünya mənfətinə görə, pula görə döyüşüb ölmüşlər. Xeyr, Onlar
hesab edirdilər ki, öz həyatlarını Allah yolunda fəda edirlər. Lakin hər bir kəsə
məlumdur ki, onların bu fədakarlıqlarını Allah qəbul etmir, çünki onlar
Allahın razılığını qazanmağa qadağan etdiyin etmişlər. Lakin bu yenilməzlik,
səbatlıq və şövq Allahdan deyildir, şeytandan olan bir hisslərdir ki, öz
tərəfdarlarını ruhlandırır. Yalnız ağılsız insanlar ən əfzəl insanı Əlini öldürmüş
bu bədbəxt kimsənin etdiyi ilə öyünə bilər.
Xəvariclərin Qolları - Hərurilər (Xəvariclər) on iki firqəyə bölünmüşlər: 1
Əzrakilər – Əbu Rəşid Nəfi b. əl-Əzra adlı bir nəfərə nisbət edilmişdir. Ən çox
olan və ən güclü qrupdur. Darul şirkdə olduğumuz müddətdə biz müşrik,
oradan çıxdıqda isə müsəlmanıq. Bizim bu görüşümüzə müxalif olanlar da
müşrikdirlər. Əhli qibləni təkfir edərlər və heç kəsi də mömin görməzlər.
Bizimlə birlikdə döyüşməyənlər kafirdirlər, böyük günah sahibləri
müşrikdirlər. Müsəlman qadın və uşaqları öldürülməsini mübah sayarlar və
onların kafir olduqlarına hökm edərlər. 2 Ibadiyyə – Abdullah b. Əsədə
nisbətlə bu ad verilmişdir. Onlar kimi deyənləri mömin, deməyənləri isə
münafiq sayarlar. (İbadilər qolu bu günlərdə yer kurəsində Oman dövlətinin
rəsmi halda əqidələri-dir. Onların vəsiqələrində bu söz yazılır. Onlar rəsmi
şəkildə Xəvaric dövlətidir. Yalnız bu qol insanların xətalarına görə onlarla
silah ilə mübahisə etməyi görmürlər). 3 Sələbiyə – Sələbə b. Mişkan. Qəza və
Qədərin olmadığını söyləyirlər. 4 Hazimiyə – Həzim b. Əli. 5 Hələfiyə. 6
Məkrəmiyə – Məkrəm b. Abdullah əl-Acli. Namaz qılmayanı təkfir edərlər. Bu
kimsənin namaz qılmadığından deyil, Allahı tanımadığına görə küfrə girdiyini
deyərlər. 7 Kənziyə. 8 Şəmrahiyə. 9 Əhnəsiyə – Öldükdən sonra ölüyə heç bir
20
İbnul Covzi «Şeytanın hiylələri», “Tabaqat” 3/39, Ibn Kəsir “Bidayə” 7/333.