[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə59/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

80 
 
dəqiqədə  150-250  dəfə  yığılıb  qədəhvari  hüceyrələrin  və 
traxeya  divarı  vəzlərin  hasil  etdiyi  seliyi  toz  hissəciklərilə 
dəqiqədə  2-3  mm  sürətldə  irəli  hərəkət  etdirir.  Endokrin 
hüceyrələr  piramidal  formada  olub,  nüvəsi  yumurudur  və 
bazal  qütbdə  yerləşir.  Bu  hüceyrələr  hava  aparan  yolların 
divarındakı  saya  əzələ  hüceyrələrinin  tonusunu  tənzim  edən 
serotonin, dofamin və noradrenalin kimi biogen amillər hasil 
edir. 
Traxeyanın 
selikli 
qişasının 
xüsusi 
qatı 
boş 
formalaşmamış  birləşdirici  toxumadan  olub,  elastiki  liflərlə 
zəngindir,  bu  liflər  orqanın  uzununa  yerləşərək,  havanın 
keçməsinə  mane  olan  eninə  büküşlər  əmələ  gətirir.  Selikaltı 
qat folrmalaşmamış birləşdirici toxumadan olub, selikli zülal 
hasil  edən  vəzlərin  uc  şöbələrinə  malikdir,  bunların  çıxarıcı 
axarları selikli qişanın üstünə açılır. 
Lifli  qığırdaq  qişa  sıx  birləşdirici  toxumadan  və  ardıcıl 
yerləşmiş  hialin  üzükvari  qığırdaq  həlqələrindən  ibarətdir. 
Qığırdaq  həlqələr  dorsaldan  açıq  olub,  saya  əzələ  hüceyrə 
dəstələrilə birləşir. Adventisia boş birləşdirici toxumadandır. 
 
Bronxların histoloji quruluşu 
Bronxlar  qurluşuna  və  tənəffüs  aktında  iştirak  etməyinə 
görə böyük mənfəzli (baş və çiyərxarici paycıq broxlar), orta 
mənfəzli  (ağciyər parenximası), kiçik  mənfəzli bronxlara  və 
bronxiolalara  ayrılır.  Broxiolalar  1-2  və  ya  çox  respirator 
bronxiollara  ayrılır.  Bunlar  isə  alveola  keçidlərinə,  alveola 
keçidləri alveola kisələrinə və alveollara keçir. 
Çiyər xarici bronxların quruluşu traxeyaya oxşayır.  
Orta  mənfəzli  bronxların  daxili  səthi  bir  qatlı  çoxsıroalı 
kirpikli,  kiçik  mənfəzli  broxlarda  isə  bir  qatlı  bir  sıralı 
kirpikli epitellə örtülüdür.  
Traxeyanın  divarındakı  hüceyrələrlə  bərabər  kiçik 
mənfəzli  bronxlarda  və  bronxiolalarda  sekretor  (klar) 
hüceyrələr,  haşiyəli  və  kirpiksiz  hüceyrələr  də  olur,  Klar 
hüceyrləri  slindriki  formada  olub,  ağciyərin  respirator 


81 
 
epitelisinin  üstünü  örtən  surfaktant  maddəsini  parcalayan 
ferment  hasil  edir.  Kirpiksiz  hüceyrələr  bronxiolaların 
divarında  olur,  apikal  qütbündə  glikogen  dənələr  və 
mitoxondrilər  olur.  Haşiyəli  hüceyrələrin  apikal  səthində 
mikroxovlar  olur.  Bu  hüceyrələr  xemoreseptor  rolunu 
oynayır. 
Selikli  qişanın  xüsusi  qatı  uzununa  yerləşən  elastiki 
liflərlə zəngin boş birləşdirici toxumadan əmələ gəlmişdir.  
Bronxların selikli qişasının əzələ qatı spiralvari yerləşən 
saya əzələ hüceyrələrindən formalaşır. 
Selikaltı qatda selik- zülal hasil edən vəzlər yerləşir özü 
isə  boş  birləşdirici  toxumadandır.  Yırtıcılarda  bronxların 
selikaltı qatı vəzlərlə zəngindir.  
Orta  mənfəzli  bronxlarda  fibroz  qığırdaq  üstü  qişa  sıx 
birləşdirici toxumadan olub, qığırdaq lövhələrə malikdir.  
Bronxlar şaxələndikcə selikli qişa nazilir, selikaltı qatda 
vəzlər azalır, hialin qığırdaq tədricən elastiki qığırdaqla əvəz 
olunur, kiçik mənfəzli bronxlarda isə tamamilə itir.  
Kiçik  mənfəzli  bronxlarda  qığırdaq  olmadığı  üçün 
respirator  şöbəyə  havanın  daxil  olmasını  saya  əzələ  qatının 
yığılması təmin edir. 
 
Ağciyərin histoloji quruluşu 
Ağciyərin  quruluş  və  funksional  vahidi  asinus  adlanır. 
Asinusa  respirator  bronxiol,  alveolyar  keçidlər,  alveolyar 
kisələr,  alveollar,  bunlarla  əlaqədar  olan  qan  -  limfa 
damarları,  birələşdirici  toxuma  və  sinirlər  aiddir.  Respirator 
bronxiolun mənfəzi  0,5  mm-r,  başlanğıc  şöbəsi  daxildən  bir 
qatlı  bir  sıralı  kirpikli  prizmatik  epitellə,  son  şöbəsi  isə  bir 
qatlı kipriksiz kubvari epitellə örtülüdür.  
Bronxiolların  epiteli  qatı  altında  elastiki  lifləri  və  saya 
əzələ  hüceyrələri  olan  birləşdirici  toxuma  qatı  yerləşir. 
Respirator bronxiolun divarında tək-tək alveollar da olur. Bu 
bronxiola  alveolyar  keçidlərə,  bunlar  isə  şaxələnərək 
alveolyar  kisələrə  şaxələnir.  Alveolyar  kisələr  respirator 


82 
 
alveollardan ibarətdir. Alveolanın divarı bazal zarda yerləşən 
respirator epiteli hüceyrələrindən təşkil olunmuşdur. 
 Alveolanın  girəcəyində  saya  əzələ  hüceyrə  qrupu 
yerləşir. Alveollalar ara birləşdirici toxumada qan damarları, 
nazik kollogen lif dəstəsi, elastiki torun fragmentləri və tək-
tək  birləşdirici  toxuma  hüceyrələri  olur.  Qonşu  alveollar 
arasında 10-20 mkm diametirində məsamələr olur.  
Alveola  divarındakı  hüceyrələr  1-ci  və  2-ci  tip 
pnevmositlərə  ayrılır.  Birinci  tip  respirator  alveolositlər, 
ikinci tip isə böyük alveolositlər adlanır.  
Alveolların  daxili  səthinin  çox  hissəsini  birinci  tip 
prevmositlər  tutur.  Bunlar  geniş  lövhəvari  olub,  hündürlüyü 
0,2-0,4  mkm-dir.  Bu  hüceyrələrin  çoxlu  organellərı  olur, 
sitoplazmada  pinositoz  qovuqlar  olur.  Bu  hüceyrələrin 
sərbəst  səthi  surfaktant  maddəsilə  örtülüdür.  Bu  maddə 
alveolları  yapışmağa  və  onlara  mikrobları  daxil  olmağa 
qoymur. Şəkil 37. 
Respirator  alveolositlər  bazal  zar,  alveollar  ara  stroma, 
qan damarlarının bazal zarı, və onların endoteli qatı birlikdə 
0,1-0,5 mkm qalınlıqda hava qan baryeri yaradır. 
Böyük 
alveolositlər 
alveola 
divarında 
respirator 
alveolositlərin arasında tək-tək, yaxud qrup şəklində yerləşir. 
Bunlar  iri  nüvəli  iri  hüceyrələr  olub,  azad  səthində 
mikroxovlar  olur.  Bu  hüceyrələrin  hasil  etdiyi  surfaktant 
maddəsi  alveolların  ölçülərini  tənzim  edir.  Alveollar  arası 
arakəsmədə sərbəst və oturaq makrofaglar olur.  
Ağciyərin  intersitsial  toxuması  qan  damarları  və  hava 
aparan  yolları  müşayiət  edir.  Bu  toxuma  parenximanın 
paylarını, paycıqlarını ayırır və plevra altı qatı formalaşdırır. 
Bu  toxumanın  elementləri  orqanın  paycıqlarının  tərkibində 
alveolyar  keçidlərin  və  alveolların  divarında  yerləşir. 
Bronxları  müşayiət  edən  bronx  ağacı  boyunca  limfa 
düyüncükləri  yerləşir.  Ağciyərin  intersitsial  toxuması 
elastikli  liflərlə  zəngindir.  Alveolanın  girəcəyində  həmin 
liflər  üzükvari  yerləşir.  At  və  qaramalın  ağ  ciyəri  elastiki 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə