[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə67/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

104 
 
sistemi  sinapslarının  fəaliyyətinə  təsir  edən  enteroserotonin 
hazırlayır.  
12  barmaq  bağırsağın  selikli  qişasında  bağırsaq 
vəzilərindən  başqa,  borulu  alveolyar  (gövşəyənlərdə  ancaq 
borulu)  Brunner  vəziləri  də  yerləşir.  Bu  vəzilərin  axarları 
selikaltı  qatdan  keçib  əzələ  qatını  deşərək  bağırsaq 
vəzilərinin dibinə açılır.  
Mədə-bağırsaq enteroxromofinlərindən, bağırsaqlarda F, 
S, A, J, Q, D və D
1
 tip hüceyrələr olur.  F, S hüceyrələr çox 
olub,  serotonin,  mutilin  və  P  maddəsi  hasil  edir.  A 
hüceyrələr  miqdarca  az  olub,  enteroqlükaqon  hasil  edir.  S 
hüceyrələr  sekretin,  J  hüceyrələri  xolisistokinin,  Q 
hüceyrələri  qastrin,  D  və  D
1
  hüceyrələri  isə  fəal  peptidlər 
hasil edir.  
Selikli  qişanın  xüsusi  qatı  retikulyar  və  boş  birləşdirici 
toxumadan  təşkil  olunmuşdur.  Bu  qatla  makrofaglar, 
plazmatik  hüceyrələr,  limfositlər  və  tək-tək  limfa  folikulları 
yerləşir.  
Selikli  qişanın  əzələ qatı  saya  əzələ  toxumasından olub, 
daxili  dairəvi,  xarici  boylama  qatları  əmələ  gətirir.  Qalan 
qişalar və selikaltı qat mədə divarında olduğu kimidir.  
Nazik  bağırsağın  divarını  qidalandıran  arteryia  3  əsas 
kapilyar tor  əmələ  gətirir. Bunlardan biri seroz qişadakı qan 
damar  toru  olub, bu  tor  seroz  qişanı və  əzələ qişasınının  bir 
hissəsini  qidalandırır.  Digər  qan  damar  toru  əzələ  qatları 
arasında  yerləşib,  hər  iki  əzələ  qatını  qidalandırır.  3-cü 
kapilyar  tor,  selikaltı  qatda  yerləşir,  selikli  qişa  vəziləri, 
xovları və əzələ qişasının bir hissəsini qidalandırır. Xovların 
hər  birinə daxil  olan arterial  şaxə  onun  ucuna qədər uzanıb, 
orada  şaxələnir,  qan  burdan  venullalara  toplanır.  Vena 
damarları xüsusi qatda və selikaltı qatda kələf əmələ gətirir. 
Bağırsaq  xovları  selikaltı  qişa  səthində  uzun  çıxıntı 
şəklində  yerləşir.  Xovlar  və  selikli  qişanın  yerdə  qalan 
hissəsinin  üzəri  birqatlı  slindr  şəkilli  epitel  ilə  örtülür. 
Slindrəbənzər  epitel  hüceyrələri  arasında  selik  ifraz  edən 


105 
 
qədəhəbənzər hüceyrələr vardır. Xovların əsasını birləşdirici 
toxuma  təşkil  etmişdir.  Xovların  daxilində  limfa  cibcikləri 
olur. Limfa cibciklərinin daxili səthi endotel ilə örtülmüşdür. 
Bağırsaq səthini örtən epitel ilə limfa cibcikləri arasında qan 
damarları  və  saya  əzələ  hüceyrələri  olur.  Bağırsaq  xovları 
parçalanmış  qida  maddələrinin  sorulması  prosesində 
yaxından  iştirak  edir.  Belə  ki,  yağlar  limfa  cibciklərinə, 
zülallar və karbohidratlar isə qan damarlarına sorulur. Limfa 
cibcikləri  ətrafındakı  əzələ  hüceyrələri  yığılaraq  onları  sıxır 
və  nəticədə  sorulub  oraya  toplanmış  yağlar  limfa 
cibciklərindən  selikaltı  qatda  olan  limfa  cibciklərinə  keçir. 
Xovların uzunluğu ayrı-ayrı heyvan növlərində eyni deyildir. 
Ən  uzun  xov  yırtıcı  heyvanlarda,  nisbətən  qısa  xovlar 
gövşəyənlərdə  olur.  Qoyunlarda  bağırsaq  xovları  enlidir. 
Şəkil 41. 
 
Yoğun bağırsaq 
Yoğun  bağırsaqda  ximusda  olan  su  çox  sürətlə  sorulur, 
kal  kütləsi  formalaşır, bağırsaq çoxlu selik ifraz edir,  selik 
bağırsaq  möhtəviyyatının hərəkətini  asanlaşdırır, selikli  qişa 
vasitəsilə K, Mg, fosfatlar və ağır metal duzları xaric olunur, 
K və B vitaminləri isə sintez olunur.  Infuzorların iştirakı ilə 
sellüloza  həzm  olunur.  Yoğun  bağırsaq  kor,  çənbər  və  düz 
bağırsaqlara  ayrılır.  Bunların  divarı  selikli,  əzələ  və  seroz 
qişalardan  təşkil  olunmuşdur.  Seroz  və  əzələ  qişaları  nazik 
bağırsaqda  olduğu  kimidir.  Nazik  bağırsaqdan  fərqli  olaraq, 
yoğun  bağırsağın  selikli  qişasında  aşağıdakı  fərqlər 
mövcuddur. 
1.
 
Selikli  qişada  xovlar  olmur,  çıxıntılardakı  haşiyəli 
epiteli suyun sorulmasına xidmət edir. 
2.
 
Selilki qişanın xüsusi qatında və selikaltı qatda vəzilər 
olmur. 
3.
 
Bağırsaq  epitelisinin  sərbəst  qütbündə  olan  haşiyə 
görünmür. 
4.
 
Yoğun  bağırsaqda  qədəhəbənzər  hüceyrələr  və  limfa 


106 
 
düyüncükləri çoxdur. 
5.
 
Xovlar  və  vəzilər  olmadığı  üçün  yoğun  bağırsaqda 
yerləşən qan damarları və sinirlər zəif inkişaf etmişdir. 
6.
 
Yoğun bağırsaqda zolaqlar olan heyvanlarda boylama 
əzələ qatı çox qalındır. 
 
Düz bağırsaq  
Düz  bağırsaq  divarında  limfa  düyüncükləri  çoxdur, 
elastiki  liflərlə  zəngindir,  selikli  qişanın  üzərini  örtən 
prizmatik  epitel  anus  şöbəsində  çoxqatlı  yastı  epitellə  əvəz 
olunur.  
Donuzlarda  anusun  divarında  selik  ifraz  edən  vəzilər 
yerləşir,  bunlar  anus  kənarı  vəzilər  adlanır,  yırtıcılarda  bu 
vəzilərdən əlavə piy vəzilərinə oxşar vəzilər də olur. 
 
Mədəaltı vəzi 
Mədəaltı vəz mürəkkəb alveolalı qarışıq tipli vəzdir. Bu 
vəzin  97%-ni  şirə  hazırlayan  ekzokrin  hissədən,  3%-  isə 
hormon  hazırlayan  endokrin  hissədən  ibarətdir.  Vəz  12 
barmaq  bağırsağın  dorsal  divarında  yerləşən  dorsal  və 
ventral  mayalardan  inkişaf  edir.  Inkişafın  sonrakı  dövründə 
paycıqlarda  vəz  alveolları  və  alveolalar  arasında  qalan 
dəyişilməmiş  hüceyrələrdən  endokrin  (Langers  Hans) 
adacıqları əmələ gəlir.  
Vəzin  sekret  çıxaran  kanalı  selikli,  əzələ  və  seroz 
qişalardan  ibarətdir.  Selikli  qişa  uzununa  qatlar  əmələ 
gətirərək,  üstü  bir  qatlı  prizmatik  epitellə  örtülüdür.  Əzələ 
qişası  dairəvi  saya  əzələ  dəstələrindən  təşkil  olunmuşdur. 
Seroz  qişa  digər  orqanlarda  olduğu  kimidir.  Sekreti  çıxaran 
axar  vəzin  cisminə  yaxınlaşdıqca  nazilir,  onun  divarında 
xarici  qatlar  itir,  yalnız  epiteli  qatı  qalır  və  ucu  alveolaya 
çatır. Alveolanın divarında konus formalı ferment hazırlayan 
sekretor  hüceyrələr  yerləşir.  Bu  hüceyrələrin  hazırladığı 
fermentlər  karbohidrat,  yağ  və  zülalların  həzm  olunmasında 
mühüm  rol  oynayır.  Vəzin  üzərini  örtən  kapsula 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə