[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə69/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

110 
 
örtən  epiteli  hüceyrələri  arasında  selik  hasil  edən 
qədəhəbənzər  hüceyrələr  yerləşir,  eyni  zamanda  bu  qişada 
selik  və  serozlu  sekresiya  hasil  edən  çoxlu  borulu  vəzlər 
olur.  Epitel  qatı  altında  limfa  düyüncükləri  müşahidə  edilir. 
Əzələ qişasında dairəvi əzələ qatı güclü inkişaf etmişdir. Tək 
dırnaqlı  heyvanlarda  öd  kisəsi  olmur  və  öd  axarları  çoxlu 
boylama qırışlara malikdir.  
Qaraciyərə  sinirlər  onun  damarları  ilə  yanaşı  qapı 
hissəsindən və kapsula altında yerləşən sinir kələfindən daxil 
olur. Sinir liflərinin əksəriyyəti paycıqara toxumada yerləşir. 
Müəyyən hissəsi paycığa daxil olur.  
Qaraciyər sinirləri 3 növdür. 1-ci növ sekretor sinir lifləri 
olub,  paycıqların  daxilində  hüceyrə  tirləri  üzərində  qurtarır 
və  hepatositlərin  sekretor  fəaliyyətini  tənzim  edir.  2-ci  növ 
sinirlər  hissi  sinirlər  olub,  paycıqara  birləşdirici  toxumada, 
qan  damarlarının  səthində  və  paycıq  daxilində  yerləşməklə, 
ucları  kapilyarlarda  və  hepatositlərdə  qurtarır.  Damarların 
hərəki  sinir  liflərini,  yəni  3-cü  növ  sinir  liflərini  simpatik 
sinir şaxəsi təşkil edir.  
Öd kisəsi divarındakı qanqlilərlə və müxtəlif sinir ucları 
ilə innervasiya olunur. 
 
Periton  
Periton qarın boşluğunu örtən seroz qişadır. Onun üstünü 
örtən  mezoteli  hüceyrələrinin  ifraz  etdiyi  maye  sürüşkənlik 
yaradaraq  qarın  boşluğunda  yerləşən  orqanların  hərəkətini 
asanlaşdırır.  Eyni  zamanda  mühafizə  funksiyasını  yerinə 
yetirməklə  maddələr  mübadiləsində  iştirak  edir.  Mezoteli 
hüceyrələri peritondan qoparaq faqositlərə çevrilir. Peritonun 
əsasını  birləşdirici  toxuma  təşkil  edir.  Peritonun  divarı  6 
qatdan ibarətdir: mezoteli, bazal zar, səthi kollogen, lifli qat, 
səthi  diffuz  elastik  tor  qat,  dərin  boylama  elastik  tor  qat  və 
dərin xəlbirəbənzər kollagen-elastik liflər qatı. 
Müsariqə  iki  periton  vərəqəsindən  təşkil  olunmuşdur. 
Onun  hər  bir  vərəqi  7  qatdan  ibarətdir.  Burda  peritonun 


111 
 
qatlarından  əlavə  orta  elastiki  qat  da  mövcuddur.  Peritonun 
birləşdirici  toxuma  əsasında  mielinli  və  mielinsiz  sinir 
liflərinin  əmələ  gətirdiyi  2  sinir  kələfi  yerləşir.  Bunlardan 
biri  kollogen  elastiki  liflər  qatında,  digəri  isə  səthi  kollogen 
liflər  qatında  yerləşir.  Göstərilən  sinir  kələflərinin  ucları 
peritonun bütün qatlarını innervasiya edir. 
 
 
 
 
 


F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
1
1
2
2
.
.
 
 
S
S
İ
İ
D
D
İ
İ
K
K
-
-
C
C
İ
İ
N
N
S
S
İ
İ
Y
Y
Y
Y
Ə
Ə
T
T
 
 
S
S
İ
İ
S
S
T
T
E
E
M
M
İ
İ
 
 
 
Sidik  ayıran  orqanlara  böyrəklər,  sidik  axarları,  sidik 
kisəsi  və  sidik  buraxıcı  kanal  aiddir.  Bu  orqanlar 
orqanizmdən  maddələr  mübadiləsinin  son  məhsullarının 
xaric  olunmasını  təmin  edir  və  orqanizmdə  su-duz 
mübadiləsini  tənzim  edir.  Böyrəklər  qana,  qan  yaranmanı 
tənzim  edən  eritropoetin və  qan  təzyiqini tənzim  edən  renin 
hormonları buraxır. 
 Embrional  inkişaf  zamanı  böyrəklər  ardıcıl  olaraq  ön 
böyrək, ilk böyrək və son böyrək formasında əmələ gəlir.  
Ön  böyrək  mezodermanın  seqment  ayaqcıqlarının  8-10 
kranial seqmentlərindən formalaşır. Bunlar ardıcıl olaraq bir-
biri ilə birləşir, mezonefral axar əmələ gətirir. 
Ilkin  böyrək  bədənin  axırıncı  seqmentlərinin  seqment 
ayaqcıqlarından  formalaşır.  Bunların  dorsal  qurtaracaqları 
mezonefral  axara  açılır.  İlk  böyrəyin  xarakter  xüsusiyyəti 
onun  kanalcıqlarının  arterial  kapilyar  torla  sıx  funksional 
əlaqədə  olmasıdır. Kapilyar  yumaqcıqları sidik kanalcığının 
divarına  yapışaraq ikiqatlı kapsula əmələ gətirir. Kapsulanın 
boşluğuna  qanın  plazmasının  filtrasiya  məhsulları  toplanır. 
Kapilyar  yumaqcığı  və  kapsula  birlikdə  böyrək  cisimciyi 
əmələ  gətirir.  Heyvanın  embrional  inkişafı  dövründə  ilkin 
böyrək sidik ayıran orqan kimi fəaliyyət göstərir. 
Son  böyrək  bunlardan  sonra  yaranır  və  embrional 
inkişafın 2-ci yarısında fəaliyyət göstərir. Bu böyrək rüşeym 
bədənin  kaudal  hissəsindən  mezodermin  seqmentlərə 
bölünməmiş  sahəsindən  əmələ  gəlir.  Bu  böyrəyə  inkişaf 
prosesində  volf  axarından  kanalcıqlar  sistemi  bitişir. 
Nəticədə  sidik  axarları,  böyrək  ləyəni,  böyrək  qədəhləri  və 
sidik  toplayıcı  kanallar  yaranır.  Seqmentlərə  bölünməyən 
nefrogen  toxumadan  son  böyrəyin  sidik  kanalcıqları  sistemi 
eyni zamanda böyrək cisimciklərinin kapsulasının epitel qatı 
formalaşır.  
 
 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə