[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə66/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

101 
 
məməciklərlə  örtülüdür.  Selikli  qişanın  əzələ  qatı  vərəqlərin 
daxilinə keçib, uzununa düzülür, kitabçanın vərəqləri iri, orta 
və  kiçik  ölçüdə  olub,  bir-birinin  arxasınca  düzülür. 
Vərəqlərin  daxilində  əzələ  toxuması  3  qat  təşkil  edir. 
Bunlarda  2  qat  yanlarda,  bir  qat  isə  mərkəzdə  yerləşir. 
Yanlardakı  əzələ  qatı  başlanğıcını  selikli  qişanın  əzələ 
qatından, mərkəzdə yerləşən qalın əzələ qatı isə başlanğıcını 
əzələ  qişasının  dairəvi  qatından  götürür,  vərəqlərin  əsas 
hissəsində orta əzələ qatı qalın olur və vərəqlərin hərəkətində 
əsas  rol  oynayır.  Kitabçanın  əzələ  qişası  xarici  nazik 
boylama  və  daxili  dairəvi  qalın  əzələ  qatlarından  təşkil 
olunmuşdur,  seroz  qişa  isə  digər  mədə  önlərində  olduğu 
kimidir.  
Şırdanın  quruluşu  vəzili  mədənin  quruluşuna  uyğun 
gəlir.  Şırdanda  da  kardial,  fundal  və  pilorik  vəzilər  olur. 
Fundal  vəzilərin  cismi  qısa,  boynu  uzundur.  Pilorik  vəzilər 
nisbətən  uzun  olur,  əzələ  qişası  pilorik  istiqamətdə 
nazikləşir,  şırdanın  əzələ  qişasında  daxili  dairəvi,  xarici 
boylama əzələ qatları olur, çəp əzələ qatı isə olmur. 
 
Quşların mədəsi 
Quşların  mədəsi  vəzili  və  əzələli  şöbədən  ibarətdir. 
Bunlar bir-birindən qısa aralıq vasitəsilə ayrılır.  
Vəzili  mədə  həzm  borusunun  genişlənmiş  hissəsidir. 
Onun  sekret  ifraz  edən  səthi  selikli  qişanın  büküşləri  və 
çuxurları  hesabına  artır.  Vəzili  mədədə  yem  fermentlərlə 
islanır, sonra əzələli mədəyə ötürülür. 
 Əzləli  mədədə  yemin  sürtülüb  üyüdülməsi  və  kimyəvi 
həzm  prosesi  gedir.  Vəzili  mədənin  divarı  selikli,  əzələ  və 
seroz  qişalardan  təşkil  olunmuşdur.  Selikli  qişanın  səthi  bir 
qatlı,  prizmatik,  selik  hasil  edən  epitel  hüceyrələri  ilə 
örtülüdür.  Quşların  mədəsində  mədə  çuxuru  xüsusi 
qabarmalara açılır. Bu qabarmalar 4 mm dərinliyə malik vəz 
kisəcikləridir.  Selikli  qişanın  epiteli  qatı  əlavə  boru  şəkilli 
vəzilər  əmələ  gətirir.  Bu  vəzilərin  bir  qismi  vəz  kisəciyinin 


102 
 
ağzında  yerləşir  və  bunlar  səthi  vəzilər  adlanır,  kisəciyin 
dərinliyində  birləşdirici  toxuma  daxilinə  uzanan  epiteli 
toxuması  boru  şəkilli  dərin  vəzilər  əmələ  gətirir.  Selikli 
qişanın  xüsusi  qatı  birləşdirici  toxumadan  olub,  qan 
damarları ilə zəngindir və limfositlərə malikdir.  
Xüsusi  qatda  boylama  əzələ  dəstələri  olur,  vəz 
kisəciklərinin  arasında  xüsusi  qat  paycıqara  toxuma  kimi 
yerləşir.  Əzələ  qişası  daxili  boylama  və  xarici  dairəvi  qat 
şəklində  yerləşərək,  saya  əzələ  toxumasından  təşkil 
olunmuşdur.  Seroz  qişa  digər  həzm  orqanlarında  olduğu 
kimidir.  
Əzələli mədənin divarı selikli, əzələ və seroz qişalardan 
təşkil  olunmuşdur.  Selikli  qişanın  səthi  kubşəkilli  epitel  ilə 
örtülüdür. Epiteli qatı sadə borulu vəzilər şəklində basıqlıqlar 
əmələ gətirir. Bu vəzilərin dib hissəsi geniş olur, ifraz etdiyi 
sekresiya  selikli  qişanın  səthində  bərkiyərək  buynuz  qata 
çevrilir. Buynuz qat zülal təbiətli olub, dərinin epitelisindəki 
buynuz maddədən fərqlənir. Mədənin selikli qişasının üstünü 
örtən  buynuz  qatın  səthi  hamar  deyil  və  yemin  sürtülüb 
üyüdülməsini  təmin  edir.  Selikli  qişanın  xüsusi  qatı 
birləşdirici toxumadan olub, mədə vəziləri arasında yerləşir. 
Selikli  qişada  əzələ  qatı  olmur,  selikaltı  qat  sıx 
birləşdirici  toxumadan  olub,  əzələ  qişasının  daxili  vətərini 
təşkil edir. Əzələ qişası möhkəm və güclü inkişaf edib, saya 
əzələ  dəstələrindən  ibarətdir.  Əzələ  lifləri  arasında  selikli 
qişanın  vətər  qatına  çevrilmiş  ara  birləşdirici  toxuma  qatı 
yerləşir.  Seroz  qişa  başqa  həzm  orqanlarında  olduğu  kimi 
eyni quruluşa malikdir. 
 
Nazik bağırsaq 
Nazik  bağırsaqda  həzm  prosesi  başa  çatır,  qida 
maddələri  qan  və  limfa  yatağına  sorulur.  Bu  funksiyanın 
yerinə yetirilməsi üçün nazik bağırsaq həzm fermentləri ifraz 
edən  vəzilərə,  sorucu  orqan  olan  xovlara  və  möhtəviyyatı 
növbəti şöbəyə ötürən əzələ qişasına malikdir. 


103 
 
 Rüşeymdə ilk bağırsaq borusu ventrala doğru bükülərək 
V  rəqəmi  şəklini  alıb  bağırsaq  ilgəyinə  çevrilir,  gələcəkdə 
mədənin  dönməsi  zamanı  yerini  dəyişərək  onun  sağ 
tərəfindəki çıxış hissəsindən nazik bağırsaq başlanır.  
Nazik  bağırsağın  başlanğıc  hissəsindən  12  barmaq 
bağırsaq  əmələ  gəlir,  inkişaf  etdikcə  qalxan  dirsəkdən 
gələcəkdə  kor  bağırsaq,  enən  dirsəkdən  isə  yoğun  bağırsaq 
inkişaf  edir.  Nazik  bağırsağın  divarı  selikli,  əzələ  və  seroz 
qişalardan təşkil olunmuşdur. Selikli qişada onun səthini iki 
dəfə  artıran  dairəvi  qırışlar  olur.  Bunlardan  başqa,  selikli 
qişanın üzərində məxməri xatırladan xovlar olur. Selikli qişa 
epiteli,  selikaltı,  xüsusi  və  əzələ  qatlarından  təşkil 
olunmuşdur.  Epiteli  qatı  aralarda  tək-tək  selik  ifraz  edən 
qədəhvari  hüceyrələrin  yerləşdiyi  prizmatik  hüceyrələrdən 
ibarətdir.  Hər  bir  prizmatik  epitelin  apikal  səthində  3000 
qədər  mikroxov  olur.  Mikroxovlar  selikli  qişanın  sorucu 
səthini  30  dəfə  artırır.  Mikroxovlarda  mukopolisaxaridlərə 
təsir  edən  fermentlər  olur.  Bu  saxaridlər  bağırsaqdan 
orqanizmə mikrobların keçməsinə imkan vermir. Bağırsaqda 
yağ  damlası  lipaza  fermentinin  təsiri  ilə  qliserin  və  yağ 
turşusuna  parçalanır.  Bunlar  xolesterin  və  xolinesterazanın 
təsirilə  həll  olunaraq,  epiteli  hüceyrələrinə  keçir.  Hüceyrə 
daxilində  lövhəli  kompleks  və  mitoxondrilərin  iştirakı  ilə 
parçalanmış yağın aralıq məhsullarından yenidən neytral yağ 
sintez olunur.  
Selikli  qişanın  epiteli  hüceyrələri  xovların  arası  ilə 
bağırsaq  divarına  uzanaraq  sadə,  bəzən  də  şaxələnmiş 
bağırsaq  vəziləri  əmələ  gətirir.  Bu  vəzlər  xovların  altında 
selikli  qişanın  xüsusi  qatında  yerləşir.  Yırtıcılarda  həmin 
vəzlər  düz,  at  və  gövşəyənlərdə  qıvrımlı,  donuzda  isə  güclü 
qıvrımlı  olur.  Vəzin  dib  hissəsində  iri  ölçülü  enterosit  – 
pannet  hüceyrələri  yerləşir.  Belə  hüceyrələr  donuz  və 
gəmiricilərdə olur, enterositlərin hasil etdiyi erepsin fermenti 
polipeptidləri 
amin 
turşularına  parçalayır,  bağırsaq 
vəzilərində  yerləşən  argentofil  hüceyrələr  isə  mərkəzi  sinir 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə