[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə64/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   60   61   62   63   64   65   66   67   ...   76

95 
 
isə  sıx  birləşdirici  toxuma  ilə əhatə  olunmuşdur.  Bu  kanalın 
vəz  daxilində  yerləşən  iri  şaxələri  daxlildən  birqatlı 
prizmatik  epitel  ilə,  kiçik  şaxələri  isə  kub  şəkilli  epiteli  ilə 
örtülüdür. Kiçik kanalcıqların uc şöbələri sekretor alveollarla 
qurtarır. Alveolların divarında sekret hasil edən hüceyrələrin 
xaricində  çox  çıxıntılı  mioepitelial  hüceyrələr  yerləşir.  Bu 
hüceyrələrin çıxıntıları alveola ətrafında birləşərək tor əmələ 
gətirir.  
 
Çənəaltı vəzi  
Bu  vəzi  mürəkkəb  borulu  -  albeollalı  quruluşa  malik 
olmaqla  tərkibi  mürəkkəb  olan  sekret  sintez  edir.  Bəzi 
alveolalarının  əksəriyyətinin  divarını  sekresiya  ifraz  edən 
müxtəlif  epitel  hüceyrələri  örtür.  Nəticədə,  hüceyrələrin  bir 
qismi  serozlu,  digər  qismi  selikli  sekret  hazırlayır.  Qarışıq 
sekresiya  hazırlayan  alveolaya  mikroskop  altında  baxdıqda 
selikli  sekret  hazırlayan  hüceyrələrin  kənarında  serozlu 
sekresiya ifraz edən hüceyrələr aypara şəklində yerləşir.  
Çənəaltı  vəzi  də  şaxələnməsinə  və  quruluşuna  görə 
qulaqaltı vəzə oxşayır.  
 
Dilaltı vəz  
Dilaltı  vəz  şaxələnən  borulu  alveolyar  vəzdir.  At  və 
donuzlarda bu vəzi qarışıq, it və gövşəyənlərdə isə vəzin bir 
hissəsi qarışıq, digər hissəsi isə selikli sekret hazırlayır.  
Ağız  suyu  vəziləri  mielinli  və  mielinsiz  sinirlərlə 
innervasiya  olunur,  həmin  sinirlər  hərəki,  sekretor  və  hissi 
sinir  uclarına  malikdir.  Hərəki  sinir  ucları  damarlarda, 
sekretor  sinir  ucları  vəzin  alveollarında,  hissi  sinirlər  isə 
vəzin bütün elementlərində qurtarır. 
 
Udlaq 
Udlağın  divarı  selikli,  əzələ  və  xarici  qişalardan  təşkil 
olunmuşdur.  Udlağın  ventral  hissəsi  çoxqatlı  yastı  epitellə, 
dorsal  hissəsi  isə  kirpikli  epitellə  örtülüdür.  Selikli  qişanın 


96 
 
bu  şöbəsində  qarışıq  tipli  vəzilər  yerləşir.  Selikli  qişanın 
xüsusi  qatı  retikulyar  toxumadan  təşkil  olunmaqla  udlağın 
daxili fassiyasını əmələ gətirir. 
 Udlağın  əzələ  qişası  eninə  zolaqlı  əzələ  toxumasından 
olub, çoxlu elastiki liflərə malikdir.  
Udlağın xarici qişası və ya adventisiya fibrozlu quruluşa 
malik  olub,  lövhələr  əmələ  gətirir  və  udlağın  xarici 
fassiyasını təşkil edir.  
Udlaq  hissi  və  hərəki  sinirlərlə  innervasiya  olunur. 
Hərəki  sinirlər  əzələ,  hissi  sinirlər  isə  selikli  qişada 
səpələnmişdir. 
 
Yem borusu 
Yem  borusu  divarı  daxildən  selikli,  ortadan  əzələ, 
xaricdən adventisiya və  ya  seroz qişadan təşkil olunmuşdur. 
Selikli  qişa  entoderma  qatından  əsasını  götürür.  Selikli  qişa 
histoloji  quruluşuna  görə  4  qatdan:  epitel  qatı,  xüsusi  qat, 
əzələ qatı və selikaltı qatdan ibarətdir.  
Epitel  qatı  çoxqatlı  yastı  epitel  toxumasından  əmələ 
gəlmişdir. Xüsusi qat boş birləşdirici toxumadan olub, epitel 
qatının altına soxulan məməciklər verir. Selikli qişanın əzələ 
qatı  saya  əzələ  toxumasından  olub  boylama  istiqamətdə 
yerləşən  əzələ  dəstələrindən  təşkil  olunmuşdur.  Yem 
borusunun kranial hissəsində bu qat olmur.  
Selik  altı  qat  boş  birləşdirici  toxumadan  olub,  borulu 
alveolalı vəzilərə malikdir. 
Əzələ  qişası  daxili  dairəvi  və  xarici  boylama  qatlardan 
ibarətdir.  Bu  qişa  atlarda,gövşəyənlərdə,  yırtıcılarda  və 
dovşanlarda  3  qatdan  ibarətdir.  Yem  borusunun  başlanğıc 
hissəsində əzələ qişası eninə zolaqlı əzələ toxumasından, döş 
və  qarın  hissəsində  isə  saya  əzələ  toxumasından  əmələ 
gəlmişdir.  Atda  və  pişikdə  yem  borusu  mədəyə  yaxın  1/3 
hissəsinə  kimi  eninə  zolaqlı  əzələ  toxumasından  ibarətdir. 
Itdə  və  gövşəyənlərdə  yem  borusu  boyunca  eninə  zolaqlı 
əzələ  toxumasından  olan  əzələ  qişası  yerləşir.  Xarici  qişa 


97 
 
yem borusunun boyun şöbəsində lifli birləşdirici toxumadan 
təşkil  olunduğu  üçün  adventisiya,  qalan  hissələrdə  xarici 
qişanın  üstü  mezoteli  ilə  örtüldüyü  üçün  seroz  qişa  adlanır. 
Yem  borusu  döş  aortası  və  qarın  arteriyasının  şaxələri  ilə 
qidalanır,  azan  və  simpatik  sinirlərin  əmələ  gətirdiyi  yem 
borusu kələfi ilə innervasiya olunur. Şəkil 39. 
 
Mədə  
Mədə  bir  kameralı  və  çox  kameralı  olur.  Bir  kameralı 
mədə atda, itlərdə və donuzlarda olur. Gövşəyən heyvanlarda 
mədə 4 kameralı, dəvədə isə 3 kameralı olur. Mədə sekretor, 
endokrin  funksiyaları  yerinə  yetirir.  Mədə  divarında  olan 
vəzlər  pepsin,  ximozin,  lipaza,  xlorid  turşusu  və  selik  ifraz 
edir,  pepsinin  təsiri  ilə  zülallar  peptonlara  və  albumozlara 
parçalanır.  Bu  ferment  öz  təsirini  xlorid  turşusu  olanda 
yerinə yetirir. 
 Lipaza az miqdarda olub, yağları parçalayır.  
Ximozin  körpə  heyvanlarda  olub,  südü  laxtalandırır, 
selik  mədənin  selikli  qişasının  üstünü  örtərək  onu  xlorid 
turşusunun  təsirindən  qoruyur.  Mədə  divarında  onu  mədə 
şirəsindən qoruyan antipepsin adlanan maddə ifraz olunur.  
Mədənin  endokrin  funksiyası  nəticəsində  qastrin, 
histamin, serotonin, mutilin və enteroqlükaqon sintez olunur. 
Bu  maddələr  həzm  traktının  bütün  şöbələrinin  hərəkət 
funksiyasına,  vəzi  hüceyrələrinin  fəallığına  tənzim  edici  və 
ya tormozlayıcı təsir göstərir.  
Mədənin  divarı  selikli,  əzələ  və  seroz  qişalardan  təşkil 
olunmuşdur. Selikli qişa epiteli, xüsusi və selikaltı qatlardan 
ibarətdir. Şəkil 40. 
Epiteli 
qatı  birqatlı  prizmatik  sekretor  epitel 
hüceyrələrindən  əmələ  gəlmişdir.  Bu  hüceyrələrin  arasında 
selik  əmələ  gətirən  qədəhəbənzər  hüceyrələr  olur.  Epitel 
hüceyrələri xüsusi qata girərək mədə vəzilərini əmələ gətirir. 
 Xüsusi 
qat 
boş  birləşdirici  toxumadan  təşkil 
olunmuşdur,  bəzi  şöbələrində  bu  qatda  az  miqdarda 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə