[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə60/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

83 
 
toxuma ilə zəngindir. 
Ağ ciyərin vaskulyarizasiyası.  
Ağ  ciyər  ağciyər  və  bronxial  arteriyalarla  qidalanır.  Ağ 
ciyərə  daxil  olan  qanın  çox  hissəsini  ürəyin  sağ 
mədəciyindən venoz qanı aparan ağciyər arteriyaları çatdırır. 
Bu  arteriyalar  elastiki  tiplidir.  Bu  arteriyalar  bronxiollara 
kimi  bronxları  müşayiət  edərək,  alveolları  əhatə  edən 
kapilyar  tora  şaxələnir.  Kapilyar  torda  alveolyar  hava  ilə 
eritrositlər  arasında  qaz  mübadiləsi  gedir.  Bronxial 
arteriyalarla daxil olan qan bronxial venalara keçir.  
Limfa  damarları  ağciyərin  visseral  plevrasında  səthi 
tor,  ağciyər  toxumasında  isə  dərin  tor  əmələ  gətirir.  Plevra 
limfa  damarları  ağciyərin  qapı  limfa  düyünlərinə  limfa 
aparan  bir  neçə  iri  kötük  əmələ  gətirir.  Ağciyərin  limfa 
damarları  bronxların  damarlarını,  ağciyər  arteriyalarını  və 
ağciyər venalarını müşayiət edir.  
Plevra  ağciyəri  və  döş  boşluğunu  örtür.  Plevranın  əsası 
nazik  boş  birləşdirici  toxuma  qatından  ibarət  olub,  üstü 
mezoteli  ilə  örtülüdür.  Plevranın  viseral  vərəqi  elastikli 
liflərlə zəngindir.   
 
Quşların tənəffüs orqanları 
Quşlarda  traxeyanın  quruluşu  heyvanlarda  olduğu 
kimidir.  Ördəklər  və  qazlarda  qığırdaq  sümük  toxuması  ilə 
əvəz olmuşdur.  
Quşlarda  hər  ağciyərə  bir  baş  bronx  daxil  olur.  Baş 
bronx orqanınn parenximasında 4 ikincili bronxa, bunlar isə 
nazik üçüncülü bronxlara və ya parabronxlara şaxələnir. 
Ağciyərdə parabronxlar onları əhatə  edən parenxima və 
kəskin ayrılmayan paycıqlar olur. Toyuqlarda parabronxların 
diametri  100-150  mkm-r  .  Bunların  divarı  dairəvi  yerləşən 
saya  əzələ  hüceyrələrindən  və  elastiki  liflərdən  ibarətdir 
Parabroxların daxili səthi bir qatlı kubiki yaxud yastı epiteli 
ilə örtülüdür. Ağciyər paycıqları parabronxlardan hava qəbul 
edən  hava  kapilyarlarından,  qan  kapilyarlarından  və 


84 
 
birləşdirici 
toxumadan 
ibarətdir. 
Hava 
kapilyarları 
məməlilərin alveollarına oxşayır, onlar həm nəfəs alma, həm 
də  nəfəs  vermədə  qaz  mübadiləsində  iştirak  etməsilə  bir-
birilə və qonşu paycıqların hava kapilyarları ilə anastomozlar 
təşkil  etməsilə  fərqlənir.  Hava  kapilyarları  qeyri  düzgün 
boruvari olub, diametri 2-6 mkm-r. Bunların divarında bazal 
zarda  bir  qat  yastı  epiteli  hüceyrələri  yerləşir.  Hava 
kapilyarların uçu  ya kor qurtarır,  ya qonşu paycıqların hava 
kapilyarları  ilə  anastomozlaşır.  Bazal  zar  qurluşsuz  olub, 
qalınlığı  100-120  mkm-r.  Hava  kapilyarları  ilə  qan 
kapilyarları  arasındakı  məsafə  60-100  nm-r.  Hava  ilə  qan 
arasındakı sədd 1 mkm-r.  
Quşlarda  nəfəs  alma  və  nəfəs  vermə  zamanı  ağciyərin 
yox hava kisələrinin həcmi dəyişilir. Hava kisələri hava nəql 
edən yolların ağciyər xarici qabarmalarıdır. Bunların divarını 
daxildən  bir  qatlı  kübravari,  yaxud  slindriki  epiteli,  üstdən 
seroz  qişa  yaxud  adventisiya  örtür.  Bunlar  tənəffüs 
prosesində  iştirak  edir,  uçuş  üçün  hava  ehtiyatı  görür, 
termoregulyasiyada  iştirak  edir,  daxili  orqanları  mexaniki 
zədələrdən qoruyur. 
 
 
 
 


85 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
1
1
1
1
.
.
 
 
H
H
Ə
Ə
Z
Z
M
M
 
 
Ü
Ü
Z
Z
V
V
L
L
Ə
Ə
R
R
İ
İ
 
 
 
Bütün 
heyvanlar 
heterotrof 
orqanizmlərə 
aiddir. 
Heyvanların  normal  inkişafı,  böyüməsi  və  çoxalması  üçün 
onlar  mütləq  yemlə  hazır  üzvi  maddələri  qəbul  etməlidirlər. 
Çünki  heyvanlar  qeyri-üzvi  maddələrdən  üzvi  maddələri 
sitez  edə  bilmir.  Heyvanat  aləmi  aftotrof  orqanizmlərin  və 
onların biosintetik proseslərinin hesabına yaşayır.  
Orqanizmə  daxil  olmuş  üzvi  maddələrin  bir  qismi  onun 
təbiətinə  uyğun  yeni  makromolekulların  sintezinə,  digər 
qismi  isə  oksidləşərək  orqanizm  üçün  lazım  olan  enerjinin 
alınmasına  sərf  olunur.  Heyvan  həzm  orqanları  vasitəsilə 
yemi  qəbul  edir,  yem  mexaniki  və  kimyəvi  təsirlərə  məruz 
qalıb parçalanır. Yem mədə və bağırsaqlarda kimyəvi tərkib 
hissələrinə 
parçalandıqdan 
sonra 
nazik 
bağırsaqların 
divarından  qana  və  limfaya  sorulur.  Yemin  sorulmamış 
hissəsi  kal  halında  nazik  bağırsaqdan  yoğun  bağırsağa 
ötürülür.  
Həzm  sistemi  hər  iki  ucdan  xarici  mühitlə  əlaqəsi  olan 
boruvari orqan olub, daxili səthi selikli qişa ilə ötürülür.  
Həzm orqanları embrional inkişafın erkək dövründə sadə 
boru şəklində olub, bədənin orta xəttində yerləşir. Bu dövrdə 
ilk bağırsaq borusunun ön və arxa ucları qapalı olub, bir şaxə 
ilə  yumurta  sarısı  kisəsinə  birləşir.  Bağırsaq  borusu  inkişaf 
etdikcə onun ön və arxa ucundan boru daxilinə doğru çıxıntı 
əmələ  gətirir.  Bu  çıxıntının  ön  hissəsi  ağız  çıxımı,  arxa 
hissəsi  isə  anus  çıxımı  adlanır.  Bu  zaman  bağırsaq 
borusunun  ön  ucu  udlaq  zarı  ilə  qapalı  olur.  Bu  zar  ilk 
bağırsaq borusunu ilk ağız boşluğundan ayırır. Udlaq zarı ilk 
bağırsaq  və  ilk  ağız  boşluğu  epitelindən  təşkil  olunmuşdur. 
Rüşeym  inkişaf  etdikcə  udlaq  zarı  yırtılır,  nəticədə  həzm 
kanalı ağız boşluğuna  açılaraq xarici mühitlə əlaqələnir.  Ilk 
bağırsaq  borusunun  kaudal  ucu  kloaka  ilə  nəhayətlənir. 
Kloaka  xaricdən  zarla  qapanır,  kloaka  zarı  entodermal  və 
ektodermal  epitelidən  təşkil  olunmuşdur.  Ilk  bağırsaq 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə