[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə68/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

107 
 
parenximanın  daxilinə  keçərək,  onu  paycıqlara  bölür. 
Paycıqların  parenximasında  kapilyar  toru  ilə  əhatə  olunmuş 
endokrin hissə yerləşir. Bu hissənin hüceyrələri A, V, D, D
1
 
və P P hüceyrələrə ayrılır.  
A-  hüceyrələr  adacığın  kənarında  yerləşir,  bütün 
hüceyrələrin  20-25%-ni  təşkil  edir  və  toxumalarda 
karbohidratların  parçalanaraq  qana  keçməsini  tənzim  edən 
qlükogon hormonu hasil edir.  
V-  hüceyrələr  adacığın  mərkəzində  yerləşir,  bütün 
hüceyrələrin 
70-75%-ni 
təşkil 
edir 
və 
glükozanın 
toxumalarda  glükogen  halında  toplanmasını  tənzim  edən 
insulin  hormonu  hasil  edir.  İnsulin  çatışmadıqda  şəkər 
xəstəliyi baş verir.  
D-  hüceyrələr  armudvari,  bəzən  də  ulduzvari  olub, 
adacığın  kənarında  yerləşir,  adacığın  ümumi  hüceyrə 
kütləsinin  5-10%-ni  təşkil  edir,  insulin  və  glükogon  ifrazını 
ləngidən somostatin hormonu hasil edir.  
D
1
 –hüceyrələr az olub, qan təzyiqini aşağı salan şirə və 
hormon  ifrazını  tənzim  edən  vazointesitnal  peptidlər 
hazırlayır.  
PP  –hüceyrələr  adacığın  kənar  hissəsində  yerləşir, 
miqdarı ümumi hüceyrə kütləsinin 2-5%-ni təşkil edir. mədə 
və  mədəaltı  vəzin  şirələrinin  ifrazını  tənzim  edən 
polipeptidlər hasil edir.  
Mədəaltı  vəz  simpatik  və  azan  sinirlərlə  innervasiya 
olunur.  Vəzin  sekretor  fəaliyyətini  azan  sinir,  damarları  isə 
simpatik  sinir  şaxələri  idarə  edir.  Endokrin  hissədə  sinusoid 
tipə  məxsus  kapilyarlar  qəribə  tor  əmələ  gətirir.  Adacığın 
özünəməxsus  sinir  lifi  var  və  bu  da  adacığın  ətrafında  kələf 
əmələ  gətirir,  adacıq  sinir  kələfindən  çıxan  sinir  şaxəsi 
damarın  endotelisinə  və  endokrin  hüceyrələrə  uzanıb  çatır. 
Şəkil 42.  
 
Qaraciyər 
Qaraciyər  mürəkkəb  borulu  vəzdir.  Bu  orqan  çoxlu 


108 
 
funksiyalar  yerinə  yetirdiyi  üçün  orqanizmin  mərkəzi 
laboratoriyası adlanır. Qaraciyər yağların həzm olunmasında 
iştirak edən öd hasil edir, ammonyakı sidik cövhərinə çevirir, 
qan  plazmasının  zülallarını  sintez  edir,  eritrositlərin 
parçalanma  məhsullarını  öd  piqmentlərinə  çevirir,  qanla 
daxil  olan  karbohidratları  glükogenə  çevirir,  mühafizə 
vəzifəsini  yerinə  yetirir,  rüşeym  dövründə  qan  yaradır, 
bağırsaqdan qana sorulmuş zəhərli maddələri zərərsizləşdirir, 
orqanizmdə  olan  qanın  20%-ni  depo  halında  toplayır, 
endokrin  funksiyanı  yerinə  yetirir,  yağlar,  karbohidratlar  və 
zülallar  mübadiləsində  iştirak  edir.  Bütün  bu  funksiyaları 
yerinə  yetirən  qaraciyər  hüceyrələri  bir  tərəfdən  sinusoid 
tipli  qan  kapilyarı  ilə,  digər  tərəfdən  öd  toplayıcı  kapilyarla 
əlaqəyə girir. 
 Qaraciyərin  üstünü  sıx  birləşdirici  toxumadan  olan 
kapsula örtür. Kapsula orqanın daxilinə keçərək atmalar verir 
və  orqanı  paycıqlara  bölür.  Paycıqlar  bir-birindən  paycıqara 
qan  damarı  və  öd  toplayıcı  kanalcıqlarla  sərhədlənir. 
Paycıqlar  çoxbucaqlı  formada  olub,  ölçüsü  0,5-1mm-dir. 
Paycığın hüceyrələri ardıcıl olaraq cərgəyə düzülür, nəticədə 
radial  yerləşmiş  hüceyrə  atmaları  əmələ  gəlir.  Bu  hüceyrə 
atmaları  tirlər  adlanır,  tirlər  şaxələnərək  tor  əmələ  gətirir, 
tirlərin  arasında  qalan  sahədə  sinusoid  kapilyarlar  yerləşir. 
Paycığın  mərkəzində  mərkəzi  vena  yerləşir,  qan 
kapilyarlardan  axaraq  mərkəzi  venaya  toplanır.  Qaraciyər 
hüceyrələri  çoxbucaqlı  formada  olub  əksərən  2  nüvəlidir. 
Hepatositlərdə  bəzi  maddələr  əlavələr  şəklində  toplanır, 
qaraciyərin  tirlərini  əmələ  gətirən  hüceyrələrin  2  səthi  olur. 
1-ci  səth  qan  kapilyarına,  2-ci  səth  isə  öd  kapilyarına  baxır. 
Bu kapilyarların endoteli qatı ilə hepatosit arasında 0,2-1 mk 
enində  yarıq  olur.  Bu  isə  sinusoid  ətrafı  sahə  adlanır. 
Hüceyrənin  həmin  sahəyə  baxan  səthində  mikroxovcuqlar 
olur.  Hepatositlərin  digər  səthi  2  qonşu  hüceyrə  tirləri 
arasında  yerləşir.  Bunların  arasındakı  şırım  öd  kapilyarı 
adlanır.  Öd  kapilyarlarına  ifraz  olunmuş  öd  qan  axınının 


109 
 
əksinə  olaraq  mərkəzdən  paycığın  kənarına  doğru  axır.  Öd 
paycıqara sahədə yerləşən öd axarlarına toplanır, paycıqların 
daxilində retikulyar liflərdən təşkil olunmuş tor yerləşir.  
Qaraciyərin  fizioloji  və  reperatif  bərpa  olunması 
hüceyrələrin mitoz bölünməsi yolu ilə gedir. Qaraciyərə qan 
qaraciyər arteriyası və qapı venası ilə daxil olur. Qapı venası 
mədə  və  bağırsaqlardan  sorulmuş  zərərli  maddələri 
qaraciyərə  gətirir.  Arteriya  isə  qaraciyər  toxumasını 
oksigenlə  təmin  edir.  bu  iki  damarın  kapilyar  şaxələri 
birləşir,  ümumi  qaraciyər  qan  damar  torunu  əmələ  gətirir. 
Qaraciyərdən  qan  qaraciyər  venası  ilə  geri  qayıdır.  Qapı 
venası qaraciyərin qapısından daxil olur və ayrı-ayrı paylara 
şaxələr  verir,  bu  şaxələr  paycıqara  venalara  şaxələnir, 
bunların şaxələri isə yenidən xırda şaxələrə ayrılır. Sonuncu 
şaxələr paycığın hüceyrə atmaları arası ilə gedərək, paycığın 
mərkəzində bir yerə toplanır və mərkəzi venanı əmələ gətirir. 
Beləliklə,  qaraciyər  paycığında  qan  paycığın  kənarından 
mərkəzinə doğru  axır.  Mərkəzi  vena paycığın əsasına  doğru 
gedərək,  oradan  keçən  böyük  toplayıcı  venalara  açılır. 
Toplayıcı venalar birləşərək qaraciyər venasını əmələ gətirir.  
Qaraciyər arteriyası da onun qapı hissəsindən daxil olur, 
qapı  venası  kimi  şaxələnir,  paycıqara  arteriyalar  əmələ 
gətirir,  bu  arteriyaların  şaxələri  paycığın  kənarında  vena 
kapilyarları  ilə  birləşir.  Nəticədə  arterial  qan  venoz  qana 
qarışır və axıb mərkəzi venaya tökülür. 
Öd axarları paycıqların arasında yerləşir, divarının daxili 
səthi  birqatlı  kubvari  epiteli  ilə  örtülüdür,  öd  axarlarının 
mənfəzi  böyüdükcə  kub  şəkilli  epiteli  prizma  şəklini  alır, 
onun  arxasında  yerləşən  birləşdirici  toxuma  qatı  qalınlaşır, 
iri  diametrli öd  axarlarının  divarında  saya  əzələlərdən  ibarət 
dairəvi əzələ qatı olur. Şəkil 43.  
Öd  kisəsinin  divarı  selikli,  əzələ  və  seroz  qişalardan 
təşkil  olunmuşdur.  Selikli  qişa  çoxlu  xırda  büküşlər  əmələ 
gətirir,  səthi  bir  qatlı  prizma  şəkilli  epitellə  örtülüdür. 
Gövşəyən  heyvanlarda  öd  kisəsinin  selikli  qişasının  üstünü 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə