[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə70/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   66   67   68   69   70   71   72   73   ...   76


 
Böyrəklərin quruluşu 
Böyrəklər  üstdən  birləşdirici  toxumadan  təşkil  olunmuş 
kapsula ilə əhatə olunmuşdur. Orqanın parenximası periferik 
qabıq  maddədən  və  mərkəzi  beyin  maddədən  təşkil 
olunmuşdur. Müxtəlif növ heyvanlarda böyrəklərin anatomik 
quruluşu  fərqlidir.  Əksər  məməlilərdə  böyrəklər  paycıqvarı 
quruluşa  malikdir.  Paycığın  qabıq  və  beyin  maddələri 
fərqlənir. Qabıq maddənin xarakter quruluş elementi böyrək 
cisimciyidir.  Böyrək  cisimciyi  kapilyar  yumaqcığından, 
yumaqcıq kapsulasından və  qıvrım kanalcıqlardan ibarətdir. 
Beyin maddəsinin tərkibi düz kanalcıqlardan ibarətdir. Qabıq 
və  beyin  maddələr  arasında  sərhəd  aydın  bilinir.  Qabıq 
maddə beyin maddənin piramidaları arasından enərək böyrək 
sütunları əmələ gətirir. Qabıq maddəsinə gedən düz kanallar 
beyin şüaları adlanır.  
Böyrək  parenximasının  funksional  quruluş  vahidi 
nefrondur. Böyrəklərdəki nefronların miqdarı 1-2 milyondur. 
Nefronlar  müxtəlif  seqmentlərdən  iəşkil  olunmaqda  bir-
birindən  quruluşuna,  orqandakı  vəziyyətinə  və  sidiyin 
formalaşmasında  iştirakına  görə  fərqlənirlər.  Nefronun 
uzunluğu  18-20,  hətta  50  mm-ə  qədər  çatır.  Insan 
böyrəyindəki  bütün  nefronların  uzunluğu  100  km-ə 
bərabərdir.  
Nefronun proksimal kor qurtaracağı genişlənir və xüsusi 
boşluğa  daxil  olur.  Nəticədə  kapilyar  yumaqcığını  örtən 
şarvari, ikiqatlı kapsula  əmələ  gəlir. Kapsula və  onun əhatə 
etdiyi  kapilyarlar  böyrək  cisimciyi  adlanır.  Böyrək 
cisimciyinin damar və sidik qütbləri olur. Damar qütbündən 
böyrək cisimciyinə qan gətirici arteriyola daxil olur, çıxarıcı 
arteriyola  isə  xaric  olur.  Sidik  qütbü  nefronun  proksimal 
qıvrım  kanalına  keçir.  Bu  kanal  qabıq  maddədə  böyrək 
cisimciyi yanında qıvrılır. Qıvrım kanal beyin maddəyə daxil 
olan  proksimal  düz  kanla  keçir,  bu  kanal  isə  nefronun 
ilgəyinin nazik kanalına keçir. Qabıq nefronlarının 80% qısa 
olub  tamamilə  qabıq  maddədə,  20%  nefronlar  isə  beyin 



 
maddənin  ətrafında  yerləşir,  bunlar  da  yukstamedulyar 
nefronlar  adlanır.  Bu  nefronların  uzun  nazik  kanalı  beyin 
maddəsinə  enir,  nazik  kanalın  arxasında  distal  düz  kanal 
başlanır.  Bu  kanal  qabıq  maddəyə  öz  böyrək  cisimciyinə 
tərəf  qalxır,  damar  qütbünü  keçərək  qıvrım  distal  kanala 
keçir,  bu  kanal  qövsvari  toplayıcı  kanala,  ordan  da  sidik 
toplayıcı düz kanala açılır. Sidik toplayıcı düz kanallar qabıq 
maddənin beyin şüalarında və beyin maddəsində yerləşir. Bir 
neçə  sidik  toplayıcı  kanal  məməcik  kanalına  açılır,  sidik 
məməcik kanalından böyrək qədəhinə, ordan ləyənə və sidik 
axarına keçir. 
Böyrək  cisimciyində  kapilyar  yumaqcığın  divarından 
qanın  plazmasından  kapsula  boşluğuna  ilkin  sidik  süzülür. 
Kapilyarların  endoteli  qatı  çox  nazik  olur.  Endotelin  yastı 
hüceyrələri  çoxlu  miqdarda  diametri  70-90  nm  olan 
məsamələrə  malikdir  və  bu  məsamələrin  əksərinin 
diafraqması  olmur.  Hüceyrələrin  nüvə  hissəsi  qalındır  və 
yumaqcığın mezangial hüceyrələri ilə təmasda olur. Axırıncı 
hüceyrələr  ulduzvari  formada  olub  kapilyarların  və  digər 
orqanların perisitlərinə uyğun gəlir. Kapsulanın daxili vərəqi 
birqatlı hüceyrələrdən- podositlərdən ibarət olub, bazal zarda 
yerləşir.  Bazal  zar  isə  podositlərlə  kapilyarların  endotel 
hüceyrələri  arasında  olur.  Podositlər  yastı  hüceyrələr  olub, 
onların  bazal  səthindən  bir  neçə  ilkin  çıxıntılar  – 
sitotrabekullar  ayrılır.  Sitotrabekullardan  çoxlu  ikincili 
çıxıntılar-  sitopodilər  ayrılır.  Podosit  çıxıntılarının  ümumi 
uzunluğu  1-2  mkm-ə  bərabərdir.  Hüceyrənin  sitopodiləri 
qonşu hüceyrələrin sitopodiləri ilə çarpazlaşır və ilkin sidiyin 
filtrasiyasını  təmin  edən  mürəkkəb  hüceyrə  ara  yarıqları 
əmələ  gətirir.  Yumaqcığın  kapilyar  torunda  hərəkət  edən 
qanla  ilkin  sidiyi  toplayan  kapsulanın  arasında  yeganə 
fapsiləsiz  qat  bazal  zardır.  Bu  zarın  qalınlığı  0,15  mkm-
dir,fibrillərin torundan  və  qlikoproteidlərdən ibarətdir.  Zarın 
daxili, xarici şəffaf,  orta  mikrofibrillər  saxlayan  tünd  qatları 
var.  Bazal  zar  böyrək  cisimciyi  kapsulasına  qanın 



 
plazmasından  ilkin  sidiyin  filtrasiyası  zamanı  iri  zülal 
molekulları  keçməyə  qoymur.  Nəticədə  az  miqdarda 
albuminlər keçir. Yumaqcıq kapsulasının xarici vərəqi bazal 
zarda  yerləşən  bir  qat  yastı  hüceyrələrdən  ibarətdir.  Bu  qat 
bilavasitə  proksimal  kanalcığın  epitelisinə  keçir.  Proksimal 
kanalcıq  qıvrım  və  düz  hissələrə  ayrılır.  Proksimal  qıvrım 
kanalcıq  qabıq  maddədə  böyrək  cisimciyi  yanında  ilgək 
əmələ  gətirərək  orqanın  periferik  hissəsinə  istiqamət  alır. 
Sonra  qayıdaraq  proksimal  düz  kanala  keçir.  Proksimal 
kanalın  diametri  6-  mkm-dir.  Onun  daxili  səthini  bir  qat 
kubvari  epitel  hüceyrələri  örtür,  həmin  hüceyrələrin  apikal 
səthində olan çoxlu mikroxovlar fırçalı haşiyə əmələ gətirir. 
Fırçalı haşiyə ilkin sidikdən qlükozanın geri sorulmasını 
təmin  edir.  Proksimal  şöbədə  ilkin  sidikdən  85%  su, 
elektrolitlər, 
qlükoza, 
amin 
turşuları  və  vitaminlər 
reapsopsiya olunur. Nəticədə son sidik formalaşır. Proksimal 
şöbə nefron ilgəyinə keçir.  
Nefron  ilgəyi  enən  və  qalxan  hissələrdən,  dizlərdən  və 
ilgəyəbənzər  kanalcıqlardan  təşkil  olunmuşdur.  Nefron 
ilgəyinin  kanalcıqları  radial  istiqamətdə  qabıq  maddədən 
beyin maddəyə və yenidən beyin maddəyə qayıdır.  
 Nefron  ilgəyinin  enən  hissəsi  13  mkm  diametrdə  olub, 
daxili  səthi  bir  qatlı  yastı  epiteli  ilə  örtülüdür.  Bu 
hüceyrələrin  səthində  xırda  mikroxovlar  olur.  Yumaqcıqları 
qabıq  maddənin  kənarında  yerləşən  nefronların  nazik 
kanalcıqları qısa olur, qabıq maddənin dərin qatında yerləşən 
nefronların  nazik  kanalcıqları  isə  uzun  olur.  Bu  kanalcıqlar 
beyin maddənin dərin zonasında ilgək əmələ gətirir, yenidən 
periferik  zonaya  qayıdaraq  ilgəyin  qalın  şöbəsinə  keçir. 
Keçid  yeri  beyin  maddənin  xarici  və  daxili  zonaları 
arasındakı  sərhəddir.  Daxili  zonada  ancaq  nazik  kanalcıqlar 
və  sidik  toplayıcı  borular  olur.  Nefronun  ilgəyinin  nazik 
şöbəsində 
(nefronun 
nazik 
kanalcıqlarında) 
qan 
kapilyarlarına  suyun  sorulması  davam  edir.  Nefronun  distal 
kanalcığı  proksimal  kanalcığa  nisbətən  qısadır,  distal  düz 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə