[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə72/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   68   69   70   71   72   73   74   75   76


 
Sidik  kisəsinin  qarın  boşluğuna  baxan  səthi  seroz  qişa 
ilə,  qalan  səthi  isə  adventisiya  ilə  örtülüdür.  Sidik  kisəsi 
simpatik,  parasimpatik  və  spinal  neyronlarla  innervasiya 
olunur.  Sinir  lifləri  sidik  kisəsinin  divarında  epitelaltı, 
əzələarası və adventisiya kələfləri əmələ gətirir. 
Sidik buraxan kanalın divarı selikli, əzələ və adventisiya 
qişalarından  təşkil  olunmuşdur.  Kanalın  daxili  səthini 
çoxqatlı prizmatik epiteli örtür. Madyanlarda və qoyunlarda 
isə çoxqatlı yastı epitellə örtülüdür. 
Erkəklərdə  sidik  buraxan  kanalın  başlanğıcını  keçid, 
ortanı  çoxqatlı  prizmatik,  ucunu  isə  çoxqatlı  yastı  epitel 
örtür. Selikli qişanın xüsusi qatında vəzlər, kanalın mağaralı 
cisminə  keçən  venoz  kələfi  yerləşir.  Əzələ  qişası  saya 
əzələdən  olub,  daxili  boylama  və  xarici  dairəvi  qatlardan 
təşkil olunmuşdur. 
 
Quşlarda böyrəklər  
Quşlarda böyrəklər üç paycıqdan hər bir paycıq qabıq 
və beyin qatlardan ibarətdir. Sidik axarlarının şaxələri çoxlu 
toplayıcı  borular  formasında  beyin  maddəsinin  paycığını 
əmələ  gətirir.  Toplayıcı  kanalların  şaxələri  qabıq  maddəyə 
daxil  olur.  Qabıq  maddə  müstəqil  qabıq  paycıqlarından 
ibarət  olub,  bunların  arasında  iri  paycıqara  vena  yerləşir. 
Böyrəyin  parenximasında  beyin  və  qabıq  nefronlar  olur. 
Beyin  nefronlar  məməlilərdə  olduğu  kimidir.  Qabıq 
nefronlar  isə  az  qıvrılır  və  ilgəyin  nazik  şöbəsi  yoxdur. 
Qabıq  nefronların  böyrək  cisimcikləri  paycığın  mərkəzində 
yerləşir. Sidik axarları selikli, əzələ və seroz qişalardan təşkil 
olunmuşdur.  Selikli  qişa  çox  sıralı  kirpikli  epiteli  ilə 
örtülüdür.  Xüsusi  qatda  limfoid  toxuma  olur.  Əzələ  qişası 
saya  əzələdən  olub,  xarici  boylama  və  daxili  dairəvi 
qatlardan  ibarətdir.  Kloaka  nahiyyəsində  saya  əzələ 
hüceyrələri  qeyd  olunan  qatlardan  başqa  xarici  boylama  qat 
da əmələ gətirir. 
 



 
Cinsiyyət üzvləri 
Cinsiyyət  üzvləri  cinsiyyət  hüceyrələrinin  əmələ 
gəlməsini, gələcək inkişafını təmin etməklə bərabər çoxalma 
prosesini  tənzim  edən  hormonlar  hasil  edir.  Erkək  və  dişi 
cinsiyyət 
üzvləri 
eyni 
tipdə 
qurulmaqla 
cinsiyyət 
vəzlərindən, 
cinsiyyət 
yollarından, 
əlavə 
cinsiyyət 
vəzlərindən və cinsi əlaqə orqanlarından ibarətdir.  
Heyvanların  cinsiyyət  aparatı  ekzokrin  və  endokrin 
funksiya  ifadə  edən  vəz  epitelisindən  və  birləşdirici  toxuma 
elementlərindən 
əmələ  gəlmişdir.  Cinsiyyət  üzvləri 
qonadatom  adlanan  mezodermal  mayadan  inkişaf  edir. 
Qonadatom  nefroqnadatomun  tərkib  hissəsidir.  Ona  görə  də 
cinsiyyət  üzvləri  sidik  ifrazı  üzvləri  ilə  eyni  vaxtda  inkişaf 
edir.  
Ilkin  cinsiyyət  hüceyrələri  yumurta  sarısı  kisəsinin 
divarında  yaranır.  Sonra  qanla  volf  axacağının  daxili 
səthindəki  seroz  qişanın  qabarması  olan  embrional  mayaya 
keçir.  Bu  mərhələ  erkəklərdə  və  dişilərdə  eyni  getdiyi  üçün 
indeferent mərhələ adlanır. Həmin mərhələdə hazır cinsiyyət 
məhsullarının  yaradılması  üçün,  orqanlar  formalaşır.  Bu 
mərhələ cinsi diferensasiya mərhələsi ilə əvəz olunur. Erkək 
fərd yarananda cinsiyyət mayasının mərkəzi zonasında epitel 
hüceyrələri  çoxalaraq  atmalar  əmələ  gətirir,  bunlardan  isə 
toxumluğun  qıvrım  kanalcıqları  yaranır.  Bu  kanalcıqlar  düz 
kanallarla  volf  axacığına  birləşir.  Bu  da  toxum  çıxaran 
kanalın və toxumluq artımın mayasıdır.  
Dişi  fərd  inkişaf  edəndə  embrional  mayanın  periferik 
zonasının  epitel  hüceyrələri  intensiv  çoxalır.  Həmin  yerdə 
tezliklə epitelilyal, adacığın daxilində yerləşən iri hüceyrələr 
–  yumurta  daşıyan  şarlar  əmələ  gətirir.  Bunlardan  yumurta 
hüceyrəsini saxlayan yumurtalıq  folikulları  inkişaf  edir. 
Dişilərdə  cinsiyyət  yolları  Müller  axacığından  əmələ  gəlir. 
Bu  axacaq  isə  volf  kanalının  divarından  formalaşır.  Müller 
axacağının  bir  ucu  sidik  cinsiyyət  sinusuna  açılır.  Kanalın 
digər  ucu  qıfvari  genişlənir,  qıtın  kənarlarında  isə  birqatlı 


10 
 
kirpikli  epitel  yerləşir.  Müller  kanalından  yumurta  boruları 
inkişaf edir. Qıfvari genişlik yumurtalığın altında yerləşərək 
ovulyasiya zamanı yaranan yumurta hüceyrəsini məxmərvari 
xovlar  vasitəsilə  tutur.  Sol  və  sağ  müller  axacaqları 
birləşərək balalıq əmələ gətirir. Bu axacağın son hissəsindən 
cinsiyyət yolu yaranır.  
Erkəklərdə müller axacağı cinsiyyət orqanlarında iştirak 
etmir,  reduksiya  olunur  və  rudimental  orqan  kimi  erkək 
balalıq şəklində qalır. 
III mərhələ həlledici mərhələ olub, cinsiyyət hüceyrələri 
tam 
formalaşır. 
Bu 
mərhələ 
toxumluqlarda 
və 
yumurtalıqlarda başa çatır. 
 
Erkək cinsiyyət üzvləri 
Bura  toxumluqlar,  toxumluq  artımı,  toxum  çıxaran 
kanal,  əlavə  cinsiyyət  vəzləri,  sidik  buraxıcı  kanal  və 
cinsiyyət üzvü olan penis aiddir.  
Toxumluqlar  cüt  orqan  olub,  ekzokrin  və  endokrin 
funksiya ifadə edir.  Ekzokrin vəz kimi cinsiyyət hüceyrələri 
hasil edir, endokrin vəz kimi testosteron hormonu hasil edir. 
Bu  hormon  cinsiyyət  vəzilərinin  inkişafını,  cinsiyyətin 
diferensasiyasını  və  ilkin  cinsiyyət  əlamətlərinin  üzə 
çıxmasını tənzim edir. Toxumluqlar qarın pərdəsinin davamı 
olan  xüsusi  yataq  qişası  ilə  örtülüdür.  Bunun  altında  sıx 
birləşdirici  toxumadan  əmələ  gələn  ağlı  qişa  yerləşir.  Bu 
qişanın əsasında kollagen liflər, tək-tək isə elastiki liflər olur. 
Liflərin  arasında  əsas  maddədə  fibroblastlar  yerləşir.  Ağlı 
qişanın  dərin  qatı  boş  birləşdirici  toxumadan  olub,  qan 
damarları  ilə  zəngin  olduğu  üçün  damarlı  qişa  adlanır.  Ağlı 
qişadan  toxumluğun  daxilinə  arakəsmələr  daxil  olur  və  onu 
paycıqlara bölür.  Ağlı qişa toxumluğun müəyyən zonasında 
qalınlaşaraq  arakəsmə  əmələ  gətirir.  Bu  arakəsmədə 
toxumluq  toru  yerləşir.  Toxumluğun  qişaları,  atmaları  və 
arakəsməsi  birləşdirici  toxumadan  olub,  onun  stromasını 
yaradır.  Toxumluğun  parenximası  qıvrım  kanalcıqlardan 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə