[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə65/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   61   62   63   64   65   66   67   68   ...   76

98 
 
retikulyar  toxuma  olur.  Donuzlarda  bu  qat  leykositlərlə 
zəngindir. Selikli qişanın əzələ qatı saya əzələ toxumasından 
olub, daxili dairəvi, xarici boylama istiqamətlərdə yerləşir.  
Selikaltı qat qalın olub, boş birləşdirici toxumadan təşkil 
olunmuşdur, qan, limfa damarlarına və sinir toruna malikdir. 
Donuzlarda  mədənin  kor  kisə  şöbəsinin  divarında  selikaltı 
qatda limfa düyüncükləri olur.  
Əzələ  qişası  saya  əzələ  toxumasından  olub,  xarici 
boylama,  orta  dairəvi  və  daxili  çəp  əzələ  qatlarından  təşkil 
olunmuşdur.  Çəp  əzələ  qatının  lifləri  mədənin  kardial 
hissəsində çox qalındır.  
Seroz  qişa  xaricdən  mezoteli  ilə  örtülüdür.  Mezotelinin 
altında  nazik  boş  birləşdirici  toxuma  qatı  yerləşir.  Bu 
toxumada elastiki liflər və az miqdarda piy hüceyrələri olur. 
Mədə  divarı  vəziləri  fundal,  pilorik  və  kardial  vəzilərə 
ayrılır.  Fundal  vəzilər  mədənin  dibində  yerləşməklə  onun 
çox  hissəsini  əhatə  edir,  quruluşuna  görə  şaxələnən  borulu 
vəzilər  olub,  mədə  çuxurlarına  açılır.  Vəzin  cismində  4  növ 
hüceyrə  sekretor,  bürüyücü,  selik  hasil  edən  və  endokrin 
hüceyrələr  yerləşir.  Sekretor  hüceyrələr  kub,  prizma 
formasında  olub,  pepsinogeni  hasil  edir.  Bürüyücü 
hüceyrələr əsas hüceyrələrin arasında yerləşməklə bunlardan 
miqdarca  az  olur,  xloridlərlə  zəngin  sekret  hasil  edir.  Bu 
sekretdən pepsinogeni pepsinə çevirən xlorid turşusu yaranır. 
Endokrin  hüceyrələr  3  növə  ayrılır.  Birinci  növ 
hüceyrələr  mədə  vəzilərinin  cismində  və  dibində  əsas 
hüceyrələr  arasında  yerləşərək  çox  olur,  serotonin  və 
melatonin 
ifraz 
edir. 
Serotonin 
həzm 
fermentləri 
sekresiyasını,  selik  ifrazını  və  həzm  üzvlərinin  hərəki 
fəallığını tənzim edir. Melatonin isə gecənin gündüz ilə əvəz 
olunması  ilə  əlaqədar  fizioloji  dəyişiklikləri  nizamlayır. 
Ikinci növ hüceyrələr qastrin hasil edir, bu hüceyrələr pilorik 
və 
kardial 
vəzilərin 
cismində 
dibində 
və 
bəzən 
boyuncuğunda  yerləşir.  Həmin  hüceyrələr  enkefalinlər  və 
qastrin  ifraz  edir.  Qastrin,  pepsinogen  və  xlorid  turşusu 


99 
 
sekresiyasını,  eləcə  də  mədə  motorikasını  tənzim  edir, 
nisbətən az miqdarda P, D, D
1
, P
1
 hüceyrələri bombezin hasil 
edir. Bu maddələr xlorid turşusu mədəaltı vəzi şirəsi ifrazını 
və öd kisəsi saya əzələsinin yığılmasını gücləndirir.  
D  və  D
1
  hüceyrələri  əsasən  pilorik  vəzilərdə  olur.  D 
hüceyrələri somatostatin hasil edir, bu maddə zülal sintezinə 
zəiflədici və ya dayandırıcı təsir göstərir. 
 D
1
 hüceyrələri vazointesinal peptid hasil edir, bu maddə 
isə damarları gənəldir, arterial təzyiqi aşağı salır və mədəaltı 
vəzin şirə  ifrazını  tənzim  edir.  A-hüceyrələri mədəaltı  vəzin 
eyni adlı hüceyrələri kimi qlükaqon hasil edir. Pilorik vəzilər 
mədənin  bağırsağa  yaxın  hissəsində  yerləşir,  şaxələnən 
borulu  alveolyar  quruluşa  malik  olub,  selik  və  az  miqdarda 
pepsin  hasil  edir.  Kardial  vəzilər  mədənin  yem  borusuna 
açılan  şöbəsində  yerləşir,  axarları  çox  uzun,  cismi  çox  qısa 
olur.  Bu  vəzilərin  miqdarı  az  olur  və  seyrək  yerləşir.  Bu 
vəzilərin  hüceyrələri  nişastaya  təsir  göstərən  amilolitik 
ferment  hazırlayır.  Mədənin  qan  damarları  selikaltı  qatda 
geniş  qan  damar  toru  yaradır,  bu  tordan  ayrılan  şaxələr 
mədənin  selikli  qişasını,  vəziləri,  əzələ  və  seroz  qişaları 
qidalandırır. Mədə azan sinir və günəş kələfi ilə innervasiya 
olunur. 
 
Çox kameralı mədə. 
Çox  kameralı  mədə  4  şöbəyə  bölünür.  Işkənbə,  torcuq, 
kitabça  və  şırdan.  Şırdan  əsas  mədə  rolunu  oynayır.  Qalanı 
isə  mədə  önləri  adlanır.  Mədə  önlərində  yem  mexaniki  və 
bioloji  işləmədən  keçdikdən  sonra  şırdana  keçir.  Mədə 
önlərində  selikli  qişanın  üstünü  çoxqatlı  yastı,  buynuzlaşan 
epitel örtür. Lakin epiteli qatı vəzi əmələ gətirmir, parlaq qat 
olmur. Epitel hüceyrələri arasında isə yarıqlar olur.  
İşkənbənin divarı selikli, əzələ və seroz qişalardan təşkl 
olunmuşdur.  Selikli  qişanın  səthi  çox  qatlı  yastı  epiteli  ilə 
örtülərək,  müxtəlif  böyüklükdə  və  formada  məməciklərə 
malikdir.  Selikli  qişanın  xüsusi  qatı  elastiki  liflərlə  zəngin 


100 
 
olub, 
güclü 
inkişaf  etmişdir,  epiteli  qata  doğru 
uzanıb,məməciklərin əsasını təşkil edir.  
Selikli  qişanın  əzələ  qatı  zəif  inkişaf  etdiyi  üçün  əzələ 
dəstələri formasında görünür. Selikaltı qat qalın olmaqla boş 
birləşdirici  toxumadan  ibarətdir,  əzələ  qişası  saya  əzələ 
toxumasından  olub,  daxili  dairəvi  və  xarici  boylama  əzələ 
qatlarından ibarətdir. Daxili dairəvi qat güclü inkişaf edərək, 
işkənbə  arakəsməsinə  keçir.  Seroz  qişa  boş  birləşdirici 
toxumadan  olub,  qan  damarları  və  sinirlərlə  zəngindir  və 
işkənbənin  şırımında  bu  qişa  daha  qalın  olmaqla  piy 
toxuması da olur.  
Torcuğun divarı da digər boşluqlu orqanların divarı kimi 
3  qişadan  təşkil  olunmuşdur.  Selikli  qişanın  üstünü  çoxqatlı 
yastı buynuzlaşmış epiteli örtür. Selikli qişanın səthində bir-
birilə  kəsişən  çoxlu  arakəsmələr  olur,  arakəsmələrin  bir-biri 
ilə kəsişməsi nəticəsində çoxbucaqlı gözcüklər yaranır.  
Torcuğun arakəsmələri üzərində xırda tikanabənzər üstü 
güclü  buynuzlaşmış  çıxıntılar  olur.  Arakəsmələrin  daxilində 
selikli  qişanın  əzələ  qatını  təşkil  edən  saya  əzələ  dəstələri 
yerləşir,  arakəsmələrin  kəsişdiyi  yerdə  əzələ  qatı  qalın  olur. 
Xırda  arakəsmələrdə  selikli  qişanın  əzələ  qatı  olmur. 
Torcuğun  əzələ  qişası  daxili  dairəvi  və  xarici  boylama 
qatlardan ibarətdir. Əzələ qişasının bir qismi yem borusunun 
əzələ  qişası  ilə,  digər  qismi  isə  yem  borusu  şırımı  əzələləri 
ilə  möhkəm  birləşmiş  olur.  Yem  borusu  şırımının  quruluşu 
torcuğun  quruluşuna  oxşar  olub,  selikli  qişanın  əzələ  qatı 
kitabçaya  yaxın  çox  qalındır.  Yem  borusu  şırımının  dibində 
saya  əzələdən  təşkil  olunmuş  daxildə  yerləşən  köndələn 
əzələ qatı olur.  
Kitabçanın  divarı  3  qişadan  təşkil  olunmuşdur.  Selikli 
qişa  kitabça  vərəqlərinə  oxşar  uzununa  qatlar  əmələ  gətirir. 
Kitabça vərəqlərinin üzəri çoxqatlı yastı epiteli ilə örtülüdür. 
Epitelin  səthi  hüceyrələri  güclü  buynuzlaşmışdır.  Selikli 
qişanın  xüsusi  qatı  epitel  daxilinə  uzanaraq  məməciklər 
əmələ  gətirir.  Buna  görə  də  vərəqlərin  səthi  tikanabənzər 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə