[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə41/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   37   38   39   40   41   42   43   44   ...   143

84 
 
Bakıya gəlmişlər. 
XIV  əsrin  a xırlarınadək  Azə rbaycandan,  Cənubi  Qafqaz  ö lkə lərindən,  Ön 
Asiyadan  ipək,  ipək  parça lar,  xa lça lar,  ədviyyat  və  digər  ma llar  Ba kı  və  Dərbənd 
vasitəsilə  Həştərxana,  Qızıl  Ordaya,  Rusiyaya  və  Avropaya  aparılmışdır.  Artıq  XIII 
əsrdə  Gilan  və  Şamaxıdan  İtaliya  və  Fransaya  külli  miqdarda  ipək  ixrac  olunurdu.
70 
Səyyah  Şiltberger  şahidlik  ed ir  ki,  "ipəyin  ən  ya xşı  növü"  Şirvandan  (Şama xıdan) 
aparılır  və  həmin   xam  ipəkdən  (xamnadan)  Dəməşqdə,  Kaşanda,  Bursada  yaxşı 
parçalar to xunurdu. İpək  Venesiya və Lu kkaya da  ixrac o lunur və bu yerlərdə ondan 
"əla mə xmə r" toxuyurdular.
71
 Kantarinin in sözlərinə görə, Şa ma xıda İta liyada Tala man 
(yəni,  Dey lə mən  -  S.A.)  adı  ilə  tanınan  ipək  ha zırlan ır  və  ondan  mü x- 
təlif ipək parçala r to xunurdu.
72
  Gö rünür, Abşeronda da xa mna istehsal olunurdu, belə  
ki, burada  indi də tut ağacları ço xdur. Şirvan  ipəyi  Ba kı liman ı vasitəsilə  Həştərxana 
daşınır,  sonra  Vo lqa  və  Dona  keçirilir,  oradan  isə  Venesiya  tacirləri  onu  öz 
qaleralarında Azov dənizi ilə Avropaya aparırdılar. Lakin Teymur XIV əsrin sonlarında 
Həştərxan ı  a lıb  dağıtdıqdan  sonra  (1395)  tica rət  yolu  dəyişdi.  A zərbaycandan 
Avropaya gedən mallar İran və Suriyadan keç məyə başladı.
73
 
Bakı başlıca liman şəhəri kimi əhəmiyyətini sonralar, XV əsrin  ikinci yarısında 
da  saxlamışdı.  XV  əsrin  ikinci  yarısı  Venesiya  səyyahları  Barbaro  və  Ancolellonun 
qeyd etdiklə ri kimi, Dərbənd bu dövrdə liman kimi əhəmiyyətini itirmişdi. Sonuncunun 
yazdığına görə "...əvvəllər Dərbənd limanına 800-dək çəllək yüklənən böyük gəmilər 
gəlird i, indi gələn gə milə r isə 200 çə lləkdən ço x götürmür".
74
 
XV  əsrin  ikinc i  yarısında  keç miş  Bizans  imperiyasının  xarabal ıqla rı  üzə rində 
İtaliya  ilə  Şərq  arasında  ticarətə  əngəl  törətməyə  başlayan  Osmanlı  dövləti  bərqərar 
oldu. Beynəlxa lq ticarət baza rında Moskva dövlətinin rolu güclənməyə başladı. Avropa 
tacirlə ri  şərqlə  t icarətdə  Os manlı  impe riyasından  yan  keçən  yeni  yollar  a xtarırdılar. 
Bununla əlaqədar o laraq, Avropa  ilə  Azərbaycan və İran arasında baş yol şimaldan  - 
Rusiyadan keçməyə başladı. Həmin  vaxtdan bir sıra Avropa səyyahları Azərbaycana 
Vo lqa-Xə zər yolu ilə gəlird ilə r. 
Şirvanın əsas tranzit ticarət məntəqələri ço x rahat limanlar o lan Dərbənd və Bakı 
idi. 
XV  əsrdən  etibarən  mü xtə lif  orta  əsr  müə lliflərinin  əsərlə rində  Xə zər  dənizi 
əvəzinə  Bakı  dənizi  adının   çəkilməsi  də  Bakın ın  liman  kimi  mühüm  əhəmiyyət 
daşıdığını  göstərir.  Məsələn,  Kastilya  səfiri  Rui  Qonzales  de  Klav ixo   1404-cü  ildə 
özünün gündəliyində Bakı dənizinin adın ı çəkir.
75
 Venesiyalılar öz yol qeydlərində onu 
Bakı dənizi adlandırırdılar: Barbaro (1474-cü il) - "mare di Bachu",
76 
Kontarini (1473)- 
"maare di Bachau",
77
 Ancolello (1509) - "mare di Baccu"
78
 və i.a. 
Bakıdan  Şimali  İrana,  Orta  Asiyaya  və  Həştərxan  vasitəsilə  Rusiyaya  və 
Avropaya başlıca olaraq neft, ipək, duz ixrac olunurdu. 
XV  əsrin  sonu  Venesiya  s əyyahı  Ancolello  Bakını  (Baccuc,  yaxud  Baccara) 
Xəzə r dənizində Təbrizə  xid mət edən gözə l  liman adlandırır. Ancolellonun sözlərinə 
görə,  Bakı  "əvvəllər  bu  dənizin  birinci  yeri  o lmuşdur",  odur  ki,  onun  adı  ilə  Bakuk 
adlanır.
79
 


85 
 
Ancolellonun  müasiri  olan  digər  XV  əsrın  sonu  Venesiya  s əyyahı  Donato  da 
Le ze  də  yol  qeydlərində  Ba kın ın  böyük  ticarət  əhəmiyyətini  qeyd  etmişdir.  O  xəbər 
verird i ki, ədviyyat Hindistandan böyük ş əhər Şa ma xıya, oradan is ə 4 günlük yol o lan 
Xəzə r dənizi sahilindəki  Bakıya gətirilir. "O, böyük ticarət şəhəridir və dəniz də onun 
adı ilə Bakı dənizi adlan ır.  Burada ədviyyatı gəmilərə yükləyib  Volqa çayı ü zərindəki 
tatar şəhəri Həştərxana aparırlar".
80
 
Xəzə r  dənizinin  1914-cü  ildə  İta liyadakı  kiçik  Le zina  ş əhərində  tapılmış  XV 
əsrə aid qədim coğrafi  xəritəsində "Bech Barmak"la (Bakı yaxınlığındakı  Beşbarmaq 
dağı) eyniləşdirilən "Barmachu" qeyd olunmuşdur. Onun yaxın lığında "achu" oxunula 
bilən, ehtimal ki, "Bachu" adı vardır.  Şəhərin  xəritədə böyük planda verilməsi, onun, 
şübhəsiz,  Xəzər  dənizində,  yaxud  xəritədə  göstərild iyi  kimi,  "Maare  di  Bachu"da 
mühü m liman lardan biri olmasına işarə edirdi.
81
 Xəritədəki adla rın ya zıldığ ı dilə əsasən 
belə  hesab  olunur  ki,  onu  XV  əsrdə  dərin  mə lu matlı  dəniz  səyyahları  sayılan 
dalmasi-yalılar  tərt ib  et mişlər.  Bu radan  da  belə  bir  nəticə  ç ıxa rmaq  mü mkündür  ki, 
italyanlar XV əsrdə də öz gə miləri ilə Xə zər dənizində (ehtima l ki, ticarət  məqsədi ilə) 
üzürmüşlər. On lar Avropa ilə ticarətdə başlıca vasitəçi olub, A zərbaycan şəhərlərinə, o 
cümlədən Bakıya yaxşı bələd idilər. 
Bakın ın ticarətinə dair venesiyalılarla yanaşı, Ba kuvi də bəzi  məlu mat lar verir. 
O  göstərir  ki,  Bakıda  taxıl  azd ır.  Onu  buraya  Şirvandan  və  Muğandan  gətirirlər.
82
 
Başlıca  id xal  malları  Şirvanın  məhsuldar  yerlərindən  Bakı  bazarlarına  Abşeronda  az 
miqdarda istehsal olunan buğda və digər dənli bitkilər idi. Muğan  isə Bakını ehtimal ki, 
düyü  ilə  təchiz  ed ird i.  Arxeolo ji  qazıntılar  zamanı  Bakı  yüks əkliy inin  dərin 
təbəqələrindən ço xlu  miqdarda çəlt ik dənləri tapılmışdır. Təsvirdən "əbədi odlar" yanan 
Suraxanıdan  söhbət  getdiyi  asanlıqla  bəlli  olan  kənddə  şəhərdə satılmaq  üçün  əhəng 
hazırlan ırdı.
83
 
Şəhər  əhalisinin   əksəriyyətinin  yaylağa  köçdükləri  Abşeron  bağları  Bakı 
bazarlarını burada bol-bol becərilən əncir, nar və üzü mlə təchiz edirdi. Qazıntı zamanı 
dərin  təbəqələrdən  üzüm  dənələ rin in  tapılması  hə min  bitkilərin  burada  da  qədimdən 
becərild iyini  gös tərir.  Ba kuvi  Abşeronda  ev  heyvanların ın,  xüsusilə  ətindən  şəhər 
əhalisinin  istifadə  etdiyi  qoyunların  yetişdirildiyin i  də  qeyd  edir.
84 
O,  Abşeronda 
ətindən yerli əhalin in yeməkdə istifadə etdiyi ço xlu ceyran o lduğunu da göstərir.
85
 
Şəhər, A zərbaycanın digər  iri feodal şəhərləri kimi, Abşeron kəndləri  ilə bağlı 
olub, onlarla  iqtisadi vəhdət təşkil ed irdi.  Beynəlxa lq t icarətdə fəal iştira k edən  Bakı, 
eyni za manda, tac irlərin və sənətkarların toplaşdığı ş əhər id i. 
Şəhərin  feodalları  və  ruhaniləri  karvan  ticarəti  ilə  sıx  bağlı  o lub,  bu  ticarətdə 
yaxından  iştirak  edirdilər.  Onlar  karvansaralara,  bazar  dükanlarına,  bazarlara,  bütöv 
məhə llə lərə  sahib  olub,  orada  alver  edən  tacirlərdən,  sənətkarlardan  müəyyən  rüsum 
alırdılar.
86
 
                                                                 
 
Görünür, Bakuvi Lənkəran vilayətini M uğan adlandırırdı.
 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə