[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə35/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   31   32   33   34   35   36   37   38   ...   143

72 
 
Xandəmir nəql edir ki, İs mayıl ö zü Bakıya ya xınlaşaraq xəndəyi daşla doldurmağı ə mr 
etdi.  Xəndəklə r  daşla  doldurulub,  qala  divarla rı  ilə  bərabərləşəndə  şəhər  əhalisi 
İsmayıldan aman dilədi. Onlar bağışlan maq vədi alaraq  qapıları açdılar və çiy inlərində 
kəfən,  ə llərində  qılınc  itaət  göstərdiklə rin i  və  tabe  olduqlarını  bildirmə k  üçün  onun 
hüzuruna gəldilər.
77
 
Həsən Ru mluya görə, İsmay ıl bakılıları bağışla mış və onlar "qan bahası" olaraq 
ona o dövr üçün böyük məbləğ sayılan 1000 tü mən vermişdilər.
78
 
İsmayıl  sərkərdəsi  Xülafə  bəyə  şirvanşahların  xəzinəsini  ələ  keçirib  öz 
düşərgəsinə  göndərmək  üçün  qalanı  dərhal  tutmağ ı  əmr  etdi.  Xülafə  bəy  Bakın ın 
adlı-sanlı sakin lərini ö zü ilə götürdü və sarayda çoxlu qızıl ələ  keçirib, şirvanşahların 
bütün sərvətini bakılıların q iy mətli hədiyyələri ilə birlikdə İs mayıla göndərdi.
79
 
Həsən  Ru mlu  və  Xandəmirin  məlu mat ma   görə  İs mayıl  şeyx  Cüneydin 
öldürülməsində  iştirak  edənlərin  qəbirlərini  qazıb ,  sümüklərini  yandırmağı  əmr 
etmişdir.
80
  Görünür,  bu  mə lu matla r  Xə lilüllahın   özünə  aidd ir,  belə   ki,  onun  qəbri 
mə lu m  deyildir.  Ehtima l  ki,  üzə rində  kitabələr  o lan  qəbir  daşları  sındırılıb 
dağıdılmışdır, belə ki, onlar qalmamışdır. 
İsmayıl  Bakını  aldıqdan  sonra  Gü lüstan  qalasının  üstün ə  getdi.  lakin  tezliklə 
qalanın mühasirəsindən əl çəkd i. 1501-ci ildə Səfəv i qoşunları Şirvanı tərk etdi.
81
 
Şah İs mayılın Şirvana bu yürüşü Şirvanşahlar dövlətinə güclü zərbə endirsə də, 
o, 1538-c i  ilə qədər  mövcud olmaqda davam et miş dir. Şirvanşahlar dövləti  müharibə, 
daxili çəkişmələr və bir sıra üsyanlar nəticəsində xeyli zəifləmiş və artıq əvvəlki rolunu 
oynaya bilmə mişdir.
82
 
Fərru x Yəssarın ölü mündən sonra onun taxtına oğlu Bəhrə m bəy keçdi. O, bir il 
hakimiyyət sürdükdən sonra 1501-c i ildə öz əcə li ilə öldü. Bəhrə m bəyi h.907 (1501)-ci 
ildə   cə mi  a ltı  ay  hakimiyyət  sürən  qardaşı  Sultan  Məhə mməd  qa zi  əvə z  etdi.
83
 
Nu mizmatik  mə lu matlarda və yazılı  mənbələrdə onun adı Qazi bəy kimi çəkilir.  Qa zi 
bəy  ona  qarşı  qiya m  qald ırmış  oğlu  Sultan  Mah mud  (h.9 07-908  (1501-1502)-c i  il) 
tərəfindən qətlə yetirilmişdir. Müstəbid Sultan Mahmudun hakimiyyəti uzun sürmə miş, 
onu  əmisi  -  Fərru x  Yəssarın  oğlu,  İsmay ıl  Sə fəvinin  təqib indən  Gilana  qaç mış  II 
İbrahim (Şey xşah) (h.908-930 (1502-1524)-cu illər) qayıtdıqdan sonra qovmuşdur.
84
 
Səfəvilərin hakimiyyətdə saxladıq ları Dərbəndilə r sülaləsindən son şirvanşahlar 
Şey xşah, II Xəlilü llah və Şahru xun  (h.942-945 (1535-1538)-ci  illər) adları Şamaxıda 
kəsilmiş gü müş sikkə lər də qa lmışdır.
85
 
Hakimiyyətdə 
saxlanılan  şey x  II  İbrahim  (Şey xşah)  vəziyyətinin 
möhkəmləndiy ini  güman  edərək  qoyulmuş  xəracı  göndərmədiy i  üçün  Şah  İsmay ıl 
h.915 (1509)-ci ildə yenidən Şirvana yürüş etdi. Şey x İbrahim Buğurt qa lasına çə kildi 
və  mühasirəyə  hazırlaşırd ı.  Bakı  müqavimətsiz  İsmay ıla   təslim  o ldu.  Qalan ın 
ko mendantı  (kütval)  itaət  göstərərək  bahalı  hədiyyələrlə  şahın  hüzuruna  gəldi  və 
şəhərin açarlarını ona təqdim etdi.
86
 Şah Bakıdan Şəbərana, Dərbəndə getdi və Şirvanın 
başqa şəhərlərini də tutaraq, Bakı qalasının  idarə olun masını Lələ bəy Şamluya həvalə 
etdi.
87
 
Bu hadisələrdən sonra II İbrahim Şey xşah və şirvanşah II Xə lilüllah (h.930-942 


73 
 
(1524-1535)-c i illə r) Səfəvilərin müt i vassalları oldular. 
Şah İsmay ılın Şirvanı ço xdan zəbt etmək  fikrinə düşmüş oğlu Şah I Təh masib 
Qorçubaşı  Padarla  birlikdə  Təbrizə  gəlmiş  bir  dəstə  Şirvan  hərbçisinin  ona 
müraciətindən  sonra  üsyanları  və  antifeodal  çıxışları  yatırtmaq   bəhanəsilə
88
  h.945 
(1538)-c i  ildə  qardaşı  Əlqas  Mirzəni  iyirmi  minlik  qoşunla  ölkəni  işğal  et məyə 
göndərdi.  Sonuncu  şirvanşah  Şahru x  vəkil  Hüseyn  bəy  Lələ  və  Şirvan  əyanları  ilə 
birlikdə  uca  dağda  salın mış  Buğurt  qalasına  sığ ındıla r.  Əlqas  Mirzənin   dörd  ay 
(Cənnabi  və   Münəccimbaşıya  görə  yeddi,  Xurşaha  görə  doqquz  ay)  mühasirədə 
saxlad ığı Şahurx və onun əmirləri məhru miyyətlərə və ağır vəziyyətə baxmayaraq, qala 
bürcləri toplarla dağı-d ıld ıqdan sonra qalanın müdafiəçiləri müqaviməti dayandırdılar. 
Cənnabinin məlu mat ına görə, Buğurta gələn şah Təhmasib adamlarını Şahru xun 
yanına göndərərək ona aman, böyük iqta və hər cür bəxşişlər vəd etdi. Lakin bunların 
hamısı yalan çıxd ı. Şahru x və onun əmirləri təslim o lduqdan sonra Təh masib Şahru xu  
həbsxanaya  saldı,  Buğurt  qalasında  mühasirəyə  alın mış  altı  yü zə  ya xın  şirvanlını 
qırdırdı.
89
 Şirvanı işğal etdikdən sonra Təh masib Şirvanşahlar sülaləsinin süqutunu elan 
etdi və Şirvanı Səfəvilər dövlətinə birləşdirdi.
90
 Şah Təhmasib Şirvanı iqta kimi qardaşı 
Əlqas Mirzəyə verd i, on beş yaşlı şirvanşah Şahrux ibn Fərru x Yəssarı da əsir qu l kimi 
qandalladaraq  özü   ilə  Təbrizə  aparıb,  h.946  (1539)-cı  ildə  g izlincə  qətlə  yetirdi  və 
"onun həyatı şahın əmri ilə söndü".
91
 
Şirvanşahlar  sülaləsinin  sonrakı  nü mayəndələri  Bürhanəli  Sultan  (h.955-958 
(1548-155l)-c i  illər)  Əbubəkr  M irzə   (h.986  (1579)-c ı  il)  və  başqaların ın  Şirvanda 
itirilmiş hakimiyyətlərin i bərpa etmək cəhdləri baş tutmadı. 
 
 
 
2. BAKI ġƏHƏRĠNĠN ĠQTĠSADĠ HƏYATI  
 
a) Neft və duz hasilatı
 
 
VIII-X  əsr  mənbələrində  Ba kın ın  tarixi  o lduqca  az  işıqlandırılmışdır.  XI-XV 
əsrlər ərəb və farsdilli coğrafiyaşünas və tarixçilər ö z əsərlərində şəhərin sosial-iqtisadi 
həyatına dair daha ətraflı məlu mat vermişlə r. 
XI  əsrin  birinci  çərəyində  əl-Biruni  Bakı  haqqında  olduqca  mü xtəsər
 
danışır.
 
"Bakı ağ neft mədənid ir".
1
 
H.520  (1126)-c i  ildə yazılmış bir anonim əsərdə deyilir: "Ba kı adasında ağ və 
qara neft çıxarılır və onun daim titrəyən torpağından od çıxır..."
2
 
Xəzə r dənizinin cənub-qərb sahillərini 1131-ci ildə gəzib-dolaş mış ərəb səyyahı 
Əbu Həmid əl-Əndəlusi əl-Qərnati Abşeronun və Xəzər dənizində, Bakı yaxın lığ ındakı 
adanın  neftverən  torpaqlarını  belə  təsvir  edir:  "Bu  dənizdə  qır  kimi  qara  ada  vardır. 
Hə min adada yerdən acı, duzlu və pis qo xulu su çıxır. Bu su ilə  birlikdə əla  keyfiyyətli 
bürüncə oxşayan xırda, dördkünc daşlar da çıxır. Adamlar bunlardan tərəzidə çəkidaşı 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə