[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə37/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   33   34   35   36   37   38   39   40   ...   143

76 
 
qədər yüklə mə k olar.  Onu ye mək olma z, a mma  yandırmaq, qaşınma  və qotur 
tutmuş dəvələri yağlamaq olar.  Bu yağ üçün çox u zaq yerlərdən gəlirlər və hər yerdə 
yalnız onu yandırırlar".
16
 
Bu parçadan belə bir nəticə çıxarmaq   mü mkündür ki, neftdən təkcə təsərrüfat 
həyatının mü xtəlif sahələrində deyil, hə m də  müa licə  vasitəsi kimi  istifadə olunurdu. 
Neftin  şəfaverici  xassələri qədim  zamanlardan qeyd edilmişdir.  Bakı nefti  ilə bir sıra 
xəstəliklə r  müa licə   olunurdu.  Abşeron  neftinin  şəfaveric i  xassələri  A zərbaycandan 
çox-ço x uzaq larda məşhur idi. Buraya mü xtəlif və uzaq  ölkələrdən müalicəyə gəlirdilər. 
Neftdən  ta  qədimdən  işıqlandırma  vasitəsi  kimi  də  istifadə  edilmişdir.  Neft in 
çıraqlarda  istifadə  olun masını  istər  Bakı  və  Abşeron  istərsə  də  bütün  Azərbaycan 
ərazisində, o cü mlədən arxeolo ji qazıntılar zaman ı Şirvanşahlar sarayının ərazisində,
17
 
Beyləqanda (Örənqalada),
18
 Na xç ıvanda, Bə rdədə, qədim Gəncədə, Qəbələdə  və digər 
şəhərlərdə  tapılmış  gil  çıraqlar  da  təsdiq  edir.  Rəşidəddin,  Mirxond  və  digər 
müəlliflərin
19
  xəbər  verdiklə ri  kimi  monqollar  neftdən  hərbi  te xn ikada  da  istifadə 
etmişlər. 
Təqribən  1320-ci  ildə  Azə rbaycandan  keçib  İrana  getmiş  fransız  missioneri 
rahib Jurden Katalani de Severak  yol qeydlərində Azərbaycanın şəhərləri, o cümlədən 
Bakı haqqında qısa  məlu mat verir: " Bakı deyilən bir yerdə quyular qazır və onlardan 
"neft"  adlandırılan  yağ  çıxa rırlar.  Bu  yağ  çox  isti  və  şəfavericid ir,  o,  həqiqətən  çox 
yaxşı yanır".
20
 
Bakı  neftinin  müalicə  xassələrini  XV  əsrin  ikinci  yarısı  (təqribən  1471-ci  il) 
Venesiya səyyahı İosafata  Barbaro  
da qeyd etmişdir: "Dənizin bu h issəsində Bakı 
deyilən şəhər - dənizin də adı onun adındandır, - yanında isə bir dağ var. Hə min dağdan 
çox  p is  iyli  qara  yağ  çıxır.  Ondan  gecələr  çıraqları  yandırmaq  üçün  və  ildə  iki  dəfə 
dəvələrə  sürtmə k  üçün  istifadə  ed ilir,  çünki  bu  yağla   sürtülmədikdə  onlar  qoturluq 
tuturlar".
21
 
Digər Venesiya səyyahı və səfiri A mbroco Kontarin i (1473-cü  il) ö z qeydlərində 
Abşeronda  işlədilən  başqa  bir  işıq landırma  və  müalicə  vasitəsindən  danışır.  O, 
suitilərdən  bəhs  edir,  "onların  piy indən  çıraqlarda  işlədilən  yağ  və  dəvələrə  sürtmək 
üçün məlhəm hazırlandığın ı və ço xlu miqdarda qonşu ölkələrə aparıld ığın ı"
22
 göstərir. 
Bakı  haqqında  venesiyalıların  məlu matlarından  başqa,  əslən  bakılı  o lan  XIV 
                                                                                                                                                            
 
Ramuzioda "gəmi" əvəzinə "dəv" getmişdir. Ramuzionun mətnində petroleyin (neftin) 
müalicə xassələri bir qədər geniş müəyyənləşdirilir: insanlar ondan sürtkü dərmanı kimi bir çox 
xəstəliklərin müalicəsində istifadə edirdilər. Barbaro (Ramuzio II, 109) onun adını d əvələr üçün 
sürtkü müalicə vasitəsi kimi çəkir.
15
 
 
Jurden Katalani de Severak Şərqə XIV əsrin birinci yarısında, katolik dinini monqollar 
arasında yaymaq imkanlarını öyrənmək məqsədilə səfərə çıxmışdı. 
 
İosafato  Barbaro  İrana  diplomatik  məqsədlərlə,  Uzun  Həsənlə  danışıqlar aparmaq 
üçün getmişdi.
 
 
 


77 
 
əsrin  sonu-XV  əsrin  əvvəli  Azərbaycan  coğrafiyaşünası  Əbdürrəşid  Bakuvinin   də 
müşahidələri  vardır.  Ə.Bakuvi  öz  əsərində
23
  şəhərin  maraqlı  təsvirini  verir,  onun 
təsərrüfat həyatından, Abşeronda neft və duz istehsalından bəhs edir. "Bu radakı qatran 
("qar"  -  qır)  yataqları  və  neft  quyuları  məşhurdur.  Quyulardan  hər  gün  iki  yüz  dəvə 
yükündən çox neft hasil edilir. Onların yanında gecə-gündüz yasəmən yağı kimi ağ neft 
axan başqa bir quyu da vardır, onun icarə haqqı təqribən min d irhəmə çatır. Quyuların 
yaxın-lığ ında şam  kimi yanan sarı rəngli bərk torpaq var.  Onun parçaların ı qopararaq 
şəhərə gətirir, evlərin və hamamların qızd ırılmasında istifadə edirlər".
24
 
Göstərilən rəqəm - min d irhəm - b ir neft quyusundan alınan icarə haqqı id i. Belə 
quyuların sayı isə ço x idi. 
Bakuv inin göstərdiyi kimi gündəlik neft hasilatı iki yüz dəvə yükündən çox idi. 
Əgər  hər  dəvə  yükünü  100  mana,  yəni,  300  kq-a  bərabər  saysaq,  onda  bu,  hər  gün 
60.000 kq, ya xud 3750 pud edər ki, bu da dövlətin  və neft quyuları olan feodalla rın  külli 
miqdarda  qazanc  götürdüklərin i  göstərir.  Şam  kimi  yanan
25
  sarı  rəngli  daş  kimi 
dərkimiş qatı ağ neft şəhərə daşınaraq, əhali tərə findən yanacaq kimi istifadə olunurdu. 
Şəhərdən bir fərsəng aralı sönməz od yanan kəndin (Suraxan ıda) əhalisi həmin 
odda  əhəng  hazırlayıb,  ehtimal  ki,  inşaat  materialı  kimi  şəhərə  gətirirdilə r.  Bakuvi 
Abşeronda  başqa  ölkələrə  ixrac  olunan  əla  du z  hasil  ed ild iyin i  söyləyir.
26
  Ba kı 
yaxınlığındakı adaların birində suiti ovlanırdı. Onun dərisindən nefti gəmilərlə başqa 
ölkələrə  daşımaq  üçün  tuluq  düzəldilirdi.  Ərin miş  suiti  piyi  yağ  kimi  çıraqlara 
tökülürdü.
27
  Bakuvin in  dənizdən  qalxan  və   uzaq  məsafədən  görünən  nəhəng  od 
haqqında məlu matı isə, ehtimal ki, Məsudidən götürülmüşdür. 
 
 
 
 
 
 
b) Sənətkarlıq və ticarət 
 
Feodalizm dövrü Azərbaycan şəhərləri sənətkarlıq və ticarət  mərkəzləri  idilər. 
Be lə şəhərlərdən biri də Bakı id i. Mənbələr Bakıda sənətkarlığa dair ço x cüzi mə lu mat 
versələr də, arxeoloji və d igər məlu mat lar XI-XVI və sonrakı əsrlərdə burada bütün orta 
əsr şəhərləri üçün səciyyəvi olan  sənətkarlıq sahələrinin inkişaf etdiyini təsdiq etməyə 
imkan  verir.  İçərişəhərdəki  dövrümü zədək  qalmış  XI-XV  əsrlərə  aid  memarlıq 
abidələri  mahir bənnalardan, daşyonanlardan, dülgərlərdən  xəbər verir.  Daş üzərində 
böyük  sənətkarlıqla  nəbati  və  həndəsi  naxışlar,  habelə,  minarələrdə,  mehrablarda, 
məscid divarlarında və başdaşılarında ərəb ə lifbası ilə  kitabələ r həkk edən ustalar var 
idi. 
Arxeoloji qazıntılar za manı üst və alt daşdan ibarət dən daşları, su kə mə rlə ri və 
digər mə işət əşyaları tapılmışdır.
28
 
Qala  divarlarının   yaxın lığında,  indiki  Hüsü  Hacıyev  küçəsində  tikinti  işləri 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə