[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə36/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   32   33   34   35   36   37   38   39   ...   143

74 
 
(misqal) yerinə işlət mə k üçün götürürlər. Dən iz tərəfdə, bu ada ilə üzbəüz, qır kimi qara  
torpaq var, üstündə ot bitir. Bu rada vəhşi heyvanlar da yaşayır.  Bu qara torpaqdan qır 
(ma zut),  qara  və  ağ  neft  çıxır.  Hə min  yer  Şirvan  ölkəsindən  olan  Bakuh  (Bakı) 
yaxınlığındadır.  Bu  torpaqdan  və  adadan  gecələr  kükürd  alovuna  bənzəyən  mavi  od 
çıxır. O, yansa da, nə oradakı otu yandırır, nə də istisi olur. Onun üstünə yağış yağdıqda 
alov  daha da  artaraq  göyə  ucalır.  Adamlar  onu  uzaqdan  görürülər.  Gündüz  isə  bunu 
görmək olmur".
3
 
Burada söhbət yanar qaz çıxan Pirallahı adasından gedir. Üzbəüz torpaq isə ağ 
neft çıxarılan "əbədi odlu" Suraxan ı və onun həndəvərindəki neft verən torpaqlardır".  
XIII əsrin birinc i çərəyində, monqol istilasına qədər, neft hasilatı, yəqin ki, xey li 
çox  olmuşdur.  Bunu  farsdilli  coğrafiyaşünas  Məhəmməd  ibn  Nəcib  Bəkran ın 
mə lu matla rı da göstərir. O, neft in mü xtəlif çeşidlərindən danışır, o cümlədən Bakıda və 
Muğandakı neft quyularından ağ neft, Dərbənd yaxın lığ ında yaşıl, Bəlxan sərhəddində 
qara neft hasil olunduğunu qeyd edir. Sonra o, qara neftin alın masından b əhs edir və 
bunu təqtir (distillə ) adlandırır.
4
 
Bu maraqlı məlu mat hələ o zaman lar ço xlu neft istehsal olunmasından və onun 
emalı və istifadə edilmə üsulundan xəbər verir.
5
 
Hə min  əsərdə  neftə  dair  mə lu matdan  başqa,  Bakı  ya xınlığ ındakı  odların 
əl-Qərnatinin yarım əsr əvvəlki təsvirini xatırladan təsviri də verilmişdir.  
                                                                 
  Qərnatinin  Abşerondakı  vəhşi  heyvanlar  haqqında  məlumatı  XII  əsr  şairi  Xaqani 
Şirvaninin  məlumatları  ilə  də  təsdiq  olunur.  Şirvanşah  M ənuçöhrə  ithaf  etdiyi  qəsidələrinin 
birində  şair  M ənuçöhrün  bu  yerlərdə  şir  ovuna  çıxmasından,  artıq  o  vaxtlar  sonradan  burada 
hücrələr,  məbəd  və  karvansara  tikdirmiş  atəşpərəst  hindlilərin  səcdəgahı  ("Atəşgah")  olmuş 
"əbədi  odlar"dan  danışır.  Əbu  Həmid  sonra  Abşeronda  ceyran  ovundan  xəbər  verir  və  yanar 
qazlarla əlaqədar ov ətinin bişirilməsi üsulunu təsvir edir. "Bu yerlərdə ceyran ovlayırlar. Ovçular 
onların ətini doğrayır, dərilərinin içinə yığır, ağzına qarğı taxıb bağlayırdılar. Sonra içind ə ət olan 
həmin dərini qara torpağa basdırırlar. Ət bişdikcə qarğıdan qazanda olduğu kimi köpük çıxır. 
Köpük tamam qurtardıqda ət hazır olur. Nəhayət, dərini salamat, əti bişmiş halda isti-isti dərinin 
içindən çıxarırlar. Həmin torpağın özünün isə istiliyi yoxdur. Bu, dünyanın möcüzələrindəndir. 
Həmin torpağın istiliyi mədənin istiliyi kimidir".  
Ov  ətinin  bu  üsulla  bişirilməsi  ibtidai  insanın,  əsasən  ovçuluqla  məşğul  olduğu  uzaq 
keçmişlərə  aid  xörək  hazırlamaq  ənənələrinin  dövrümüzədək  gəlib  çatmasından  xəbər  verir. 
Azərbaycanın  bir  sıra  bölgələrində,  Kürdüstanda,  Dağlıq  Qarabağda  və  i.a.  bu  gün ədək  ətin 
həmin üsulla bişirilməsindən istifadə olunur.
 
  
 Burada deyilir ki, Şirvan v ə Bakı hüdudlarında torpağın səthində daim od yanan iki 
belə yer vardır, onlardan biri böyük, biri ondan kiçikdir. Böyüyününün eni və uzunu min  ərəb 
dirsəyi (ərəb dirsəyi yarım metrdən bir qədər artıqdır), y əni 500 metrdən çox, digərininki isə cəmi 
yüz dirsəkdir. Bu yerlər daimi yanır, gündüzlər tüstü, gecələr isə alov görünür. Onlar bir-birinin 
yaxınlığındadır. Aralarındakı məsafə 200 dirsəkdir (yüz metrdən bir qədər çox). Sonra deyilir ki
onların aralarında ot bitir və heyvan otlayır, həmin od yayda adam boyuna çatır, qışda isə yalnız 
cida  boyda  olur  və  od  heç  vaxt  sönmür.  Təsvirdən  Suraxanı  "əbədi  odlar" ını  tanımaq 
mümkündür.
 
 


75 
 
XIII əsrin  20-c i  illə rində fa rs dilində yazılmış anonim coğrafiya əsərində Ba kı 
haqqında  deyilir:  "...O,  Şirvan  vilayətində,  dəniz  kənarında  şəhərdir.  Onun  torpağı 
bütün gecəni od kimi yanır, qazan ı torpağın üstünə qoyurlar və içindəki su qaynayır. 
Onun malları qara, ağ, yaşıl neft və duzdur".
6
 
Bakı  nefti  haqqında  ərəb  coğrafıyaşünasları  Yaqut  Həməvi  (təqribən  1227-ci 
ildə yazmışdır) və Zəkə riyyə Qə zvin inin (onun əsəri 1275-c i ilə aiddir) əsərlə rində də 
mə lu mat vardır. Yaqut Hə məvi ya zır: "Ba kuyə Şirvan vilayətin in Dərbənd nahiyəsində 
şəhərdir. Orada ço x böyük neft mənbəyi var. Onun gündəlik qəbələsi min dirhəmdir. 
Yanında isə gecə-gündüz aramsız o laraq civə yağına o xşayan ağ neft axan başqa 
bir mənbə də var. Onun da qəbələsi əvvəlki mənbədə olduğu kimidir".
7
 Neft mənbələ ri 
haqqındakı  bu  məlu matları  Zəkəriyyə  Qəzvin i  də  təkrar  edir.
8
  Bu  müə lliflərin 
əsərlərin in  tədqiqi  göstərir  ki,  onların  Bakı  nefti  haqqında  verdikləri  məlu matlar 
anoxronizm  olub,  X  əsrin  birinc i  yarısına  aiddir.  Hə m  Yaqut  Hə məvi,
9
  həm  də 
Zəkəriyyə Qə zvin i ö z mə lu matla rın ı Əbu Dülə fdən (X əsr) götürmüşlər. 
Yaqut  sonra  Abşeron  adalarını  təsvir  edir:  "İnandığım  tacirlərdən  biri  mənə 
danışdı ki, orada aramsız yanan bir yer görüb".
10
 
Zəkəriyyə Qə zv ini Əbu  Hə mid  əl-Əndəlusinin  sözlə rinə  isnadən yanar torpaq, ət 
bişirmə üsulu və  Bakuyə yaxın lığ ında səthindəki yarıqdan axan  su ilə b irlikdə təngə 
(sikkə  -  S.A.)  formasında  mis  parçaları  üzə   çıxan  dağ  (Qa radağ  -  S.A.)  olduğunu, 
adamların  həmin  mis  parçalarını  möcüzə  kimi  yadelli  ölkələrə  apardıq larını  xəbər 
verir.
11
 Ehtima l ki, Əbu Dülə f kimi Zəkə riyyə Qə zvin i də  acı, p is iy li su a xan  qara  dağın 
yerini  dəqiq  loka llaşdırma mışlar,  belə   ki,  hə lə  orta   əsrlərdə  Ba kının  ya xın lığ ında, 
Bibiheybət rayonundakı Şıx kəndində müalicə xassəli kü kürdlü çeş mə aşkar ed ilmişdi. 
Bu  rayon Qaradağın yaxın lığındadır.  Beləliklə, ərəb   müəlliflərinin   Bakı yaxınlığında 
şəfa bulaqların ın olmasına dair məlu matları təsdiq edilir. 
Hə mdullah  Qə zv ini  h.740  (1339-1340)-c ı  ildə  ö zünün  "Nühzət  əl-qülub" 
əsərində  Bakı  haqqında  çox  mü xtəsər  yazır:  " Bakuyə  beşinci  iqlimdə  yerləşir.  Onun 
havası isti iqlimə yaxındır. Buğda daha çox məhsul verir".
12
 Sonra Hə mdullah Qə zvini 
Bakı neftinin kustar üsulla çıxarılmasını təsvir edir. "Böyük neft yataqları Bakuyədədir. 
Orada neftin ü zə çıxması üçün quyular qazılan yer var. Neft suyun üzünə yığılır və onu 
həmin quyulardan hasil edirlər".
13
 
Əsərlərində Bakıdan bəhs edən bu dövr Şərq  müəlliflərindən İstəxrin in (X əsr) 
Bakı  nefti  haqqında  məlu matların ı  təkrarlayan  XIV  əsr  ərəb   coğrafiyaşünası 
Əbu-1-Fidanın adını çəkmək o lar.
14
 
XIII əsrdən etibarən buraya Qərbi Avropa səyyahları da ayaq açmağa başladılar. 
Onlar da Şərq müəllifləri kimi, bu yerlərdə ço xlu  neft hasil o lunduğunu qeyd edirdilər. 
Məşhur  venesiyalı  Marko  Polo  Ba kın ın  neft  mənbələri  haqqında  aşağıdakıları  xəbər 
verir: " Gürcüstanla sərhəddə yağ (neft) mənbəyi var. O ço xdur - bir dəfəyə yüz gəmiyə  
                                                                                                                                                            
 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə