90
kitabəsində qalanın sahibi Sipahsalar İshaq ibn Kakulinin ad ı çəkilir.
17
Görünür, bu
ailən in üzvlə ri XI əsrdən bəri və sonrakı əsrlə rdə Şirvan dövlətinin idarə edilməsində
mühü m rol oynamışlar.
Şirvanın vəziri, şirvanşahın iltifatı ilə də olsa, dövlətin tam səlahiyyətli hakimi
idi. Və zirlərin hakimiyyəti, hər şeydən əvvəl, mə mu r təbəqəsinin nümayəndələri üçün
bəxşiş mənbəyi idi. Şirvanın vəziri ə l-Kaku li mü kafat və bə xşiş vermə kdə sə xavəti ilə
məşhurlaşmışdı. Əha lidən vergi yığ maq ica zəsini (da man, müqatiə) və zir verirdi. Ba kı
qalasındakı Cü mə məscidi minarəsin in bünövrə daşındakı farsca kitabəyə görə,
Şirvanda, ehtimal ki, XI-XII əsrlərdə Şamaxıda, XIII-XIV əsrlərdə isə Bakıda
vəzirlə rin d ivanı (d ivan al-vü zəra) mövcud olmuşdur. Sultan Məhəmməd Olcaytunun
(1304-1316-cı illər) yarlığın ın mətnindən ibarət olan bu kitabədə Ba kuyə Divanı
xatırlanır.
18
Divanın əsas gəlir mənbəyi pul rentası ş əklində da xil olan vergi və
töycülərdən, habelə hərbi qənimət və xəracdan ibarət idi. Şəhərlərdə vergi və töycülərin
yığılması ilə amillər məşğul olurdu.
19
XI əsrin sonunda Divanın sahibi (mü lki v ə
ma liyyə idarəsinin başçısı) və vəzirin naibi (müavini) şirvanşahın feodal in zibati
idarələ rində xid mət edən Məsud ibn Na mdar idi. Onun əsas gəlir yeri şəhər və ya
mahalda yığılan vergi və töycülərdən daimi və irsən təyin olunan pul ödənci - idrar idi.
İdrarı təyin etmək hüququ da vəzirin səlahiyyətinə məxsus idi. Lakin XV əsrdə
vəzirlə rin hakimiyyətini sıxışdıra raq nüfuz qazan mış müstövfilər - ma liyyə-mühasibat
idarəsinin yüksək mənsəbli mə mu rla rı idra rın verilməsin i dayandıra bilərd ilə r. Ve rgi
məb ləği divana müntəzə m da xil olmad ığından id rarın a lın ması te z-te z çət in-ləşirdi.
İdrardan başqa təsviq (məvacib), müşahəra (aylıq haqq) kimi pul ödəncləri də mövcud
idi.
20
Məsud ibn Na mdar Şirvanın şəhər idarəsində müstövfi vəzifəsində işləyird i. O,
vergi məbləğlə rinin məda xil və mə xa ric inin hesabını aparmaq, ş əhərin məda xil və
mə xaric dəftərlərinin tə rtibi ilə məşğul olurdu. Na mda r hə mç inin, ö zünün müşrif -
əhalinin gəliri haqqında məlu mat toplayan nəzarət məmu ru vəzifəsinin də adın ı çəkir.
21
Orta və kiç ik mə murlar q rupuna nazirlər, katib lər, a millər, şəhər kənd xudaları və s.
daxil idi. Kiçik nəzarət məmuru o lan nazirin vəzifəsi kənd mülklərindən və sənətkarlıq
istehsalından, Bakı və Abşeronun duz mədənlərindən və neft quyularından götürülən
gəliri hesabla maq id i.
Qoşunların uçotu və onların məvacib inin ödənilməsi ilə məşğul o lan məmu r arid
adlanırdı.
22
Şəhnə (şihnə) XI-XII əsrlərdə sultanın hərbi can işini idi. A milin və şəhər
hakiminin yanında mü xtəlif tapşırıq ları icra edən məmur - katib vəzifəsi də var idi.
Məsud ibn Na mdar "əsl" katib in bilik sahələrini sadalayaraq, fiqhə və şəriətə,
qrammatikanın mü xtəlif incəliklərinə bələd olmağı, Qu ranı b ilməyi və s. xatırlad ır.
Beyləqanda amilin on beş katibi var idi.
23
Mirab şəhərin su təchizatı və onun şəhər
sakinləri arasında bölüşdürülməsi ilə məşğul olur, suvarma kanallarının saz olmasına,
bulaq və su quyularının tə mizliyinə nə zarət edirdi.
Feodal sinfi da xilində ikinci qrup ali rütbəli ruhanilə r - vilayətdə şeyxülisla m,
qazılar və qazi-əl-qüzzat (qazılar qazısi), yəni, vilayətin baş şəhərinin qazısı təşkil
edirdi. On lar şəhər idarəsində yüksək vəzifələr tuturdular.
XI-XV əsrlərdə digər müsəlman dövlətlərində olduğu kimi Şirvanda və
91
Dərbənddə şəriətə əsaslanan müs əlman hüququ fəaliyyət göstərirdi. Din lə hüquq
arasında möhkəm bağlılıq, məh kəmə prosesinin və məhkəmənin ilah iyyatçı
hüquqşünasların ixtiyarına verilməsi müsəlman ölkələ rində mühakimə üsulunun
səciyyəvi cəhətidir.
Şirvan şəhərlərində və Dərbənddə məhkəmə işlərini şirvanşahın və Dərbənd
əmirin in təyin etdiyi qazılar aparırd ı. Şəriət məh kəmələrinə başçılıq edən qazı və qazı
əl-qüzzatın səlahiyyətinə bir sıra digər funksiyalar, o cü mlədən notarius vəzifəsi də
daxil idi. Qazılar dini ayinlərin icrasına nəzarət edirdilər, mü lkiyyət hüququnu ləğv edə
bilərd ilər. Onla r, hə mç inin mirası bölüşdürür, kəbin kəsir və digər mülki işlərlə məşğul
olurdular.
24
Qazı ə l-Qüzzat feodal hakimiyyət strukturunda sultandan və şirvanşahdan
sonra ən mühüm sima lardan biri id i. Ruhani feodalla r dövlət idarəçiliy ində tez-tez
yüksək vəzifələr tuturdular. XII əsrin əvvəllərində Məsud ibn Namdar mənzu m
namə lərində qazıların onu "mülk" sahibliyi və Bey ləqanda olmadığ ı müddətdə məvacib
almaq hüququndan məhru m etmələrindən şikayətlənir.
25
XII əsrin sonunda Şirvanın
qazısı "hüquq elmlərin in və in zibatı hüququn kamil biliciləri o lan qazılar nəslindən
çıxmış"
26
Qiyasəddin Əbu Nəsr Məhə mməd ibn Abdullah ibn Abbas əş-Şirvani
olmuşdur. Qazı vəzifəsi ço x vaxt irsən keçird i.
Şəhər idarəsində digər mühü m şəxslərdən biri də sədr - vəqf mə-sələlərinə baxan
yüksək mənsəbli məmur, şirvanşah tərəfindən təyin olunan nazir idi. Bakı qalasındakı
Gilə k məscidindəki kitabədə h.708 (1308/9)-c i ildə məscidin tə mir olun masını ə mr
etmiş sədr Əmin əd-Din ibn Əbubəkrin adı çəkilir.
27
Buradaca kitabəsində onu
tikdirmiş sədr Xoca Əmirşah ibn Xoca Hacı Yaqubun (h.818 (1415-1416)-ci il) adı
xatırlanan başqa bir məscid də vardır.
28
Xoca rütbəsi, görünür, varlı tacirə , ya xud
vəzirə, şirvanşah sarayındakı mənsəb sahibinə verilird i. Bakıda yaşamış hə min
feodalların və mənsəb sahiblərinin adla rına, habelə mənbələrin mə lu matına görə,
ehtimal ki, onlar şafiilik məzhəbinə mənsub sünni olmuşlar.
29
Cü mə (ca me ) məscidlərinin ima mları, müdərrislər (mədrəsə müəllimləri),
seyidlər, dərviş xanəgahların ın, zaviyə lərinin və i.a. şeyxləri, habelə vəqflərin
mütəvəlliləri də ruhanilər zü mrəsinə daxil idi Ruhanilərin nə kimi rol oynadıqları
aşağıdakı faktdan aydın görünür: şirvanşah III A xsitan (XIII əsrin ikinci yarısında
hakimiyyət sürmüşdür) Səfəv ilə r süla ləsinin banisi şeyx Səfiəddinlə (d.h.650
(l252-1253)-c i il - ö.h.735 (1334-1335)-c i il) qohum olmaq istəyərək, qızını şeyxə ərə
vermə k niyyətinə düşmüş, cehiz ola raq 14 000 d inar və gəliri bir neçə min taqar düyü
olan suvarma kanalı verməyi vəd et mişdir. Sə fiəddin bunun müqabilində de mişdir:
"Mən buna nə deyə bilərə m? Şirvanşah hökmdard ır, mən isə adicə dərvişə m".
30
La kin bə zən şirvanşahlar bu və ya digər şeyxin nüfuzunun art masından qorxuya
düşərək, b ir ço x hallarda isə iqtisadi xarakterli səbəblərdən belə şəxsləri təqib etmişlər.
Məsələn, III A xsitan təbəələrinin əksəriyyətinin şeyx Zahid in (d.h.615 (1218/ 19)-c i il
-ö. təqribən 1300-cü il) ard ıcılı olduqlarını, bütün va xtların ı ibadətdə keç irərə k,
təsərrüfatı, tarlala rın becərilməsini başlı-başına bura xdıq larını, bunun is ə dövlətin
rifahına fəlakətli təsir göstərdiyini gördükdə şeyxlə düşmən oldu, onun mü rid lərini suya
atıb boğdurmaq, ibadətgahını isə dağıtmaq la hədələmişdi.
31
Dostları ilə paylaş: |