[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə45/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   41   42   43   44   45   46   47   48   ...   143

92 
 
Ruhanilə rin  nümayəndələri arasında fə lsəfi əsərləri ilə Şərqdə tanınan sufi alim 
şeyxləri var id i. XI əsrin birinci yarısında Şirvanşahlar sarayında şeyx Məhəmməd Əli 
Bakuv i böyük şöhrət qazan mışdı. XI əsrin ikinci yarısında Şirvanda məşhur şey x o lan 
şeyx  Əl-Hüseyn  ibn  Əli  (ö.  1074/5)  onun  kiçik  qardaşı  id i.  Onun  Pirsaat  çayının 
sahilindəki Pirhüseyn xanəgahı ad lanan ziyarətgahı təkcə  Şirvanda deyil, bütün Ya xın  
Şərqdə də böyük hörmət qazan mışdı.  Bu  xanəgaha iri vəqf  mü lkləri, bahalı parçalar, 
digər  qiy mət li  əşyalar  mənsub  idi.  Xanəgahın  müridləri,  dərv işləri  və   xid mətçilər 
minlə rlə baş qoyuna və yük heyvanına sahib idilər. Pirhüseynin sağlığında və sonralar 
xanəgah mühü m mədəni, fə lsəfi, elmi, ədəbi və d ini mərkə z olmuşdur.
32
 
Şəhər  zadəganları sırasına  iri tacirlər də daxil  idi.  Şəhərlərdə sənətkarlığın  və 
əmtəə  istehsalının  inkişafı  Şirvan  dövlətinin  iqtisadiyyatında  ticarətin  və  əmtəə-pul 
münasibətlərinin  vüsət  almasına  təkan  verirdi.  Şirvanın,  Bakı,  Şamaxı,  Dərbənd  və 
digər  orta  əsr  şəhərlə ri  sənətkarlıq  və  t icarət  mə rkəzləri  id ilər.  XII  əsr  mənbəyində 
şəhərin  "tacirbaşı"ları  ad landırılan
33
  "Şeyx  ət-Tüccar",  "Məlik  ət-Tüccar"  kimi  iri 
tacirlə r də  şəhərin hakim təbəqələri arasında mühü m yer tuturdu. Onlar rastabazarlara, 
sənətkarlıq e ma lat xana larına,  karxanala ra, dükan lara.  karvansaralara və  digər daşınar 
və daşınma z ə mla ka sahib  idilər.  Xırda a lverç ilə r və  çərçilə r əhalin in  istismar edilən 
zü mrələrinə daxil idilər. 
Şəhərlərin  və  şəhər  həyatının  inkişafı  nəticəsində  onların  idarə  o lunmasında 
burada  yüksək  vəzifələr  tutan  nüfuzlu  tacirlər  fəal  rol  oynamağa  başladılar.  1363-cü 
ildə tərtib olun muş mənbədə müqatiə (icarə ) hüququ əsasında Arran, Muğan, Qəvbəri 
(Mahmudabad  və  Bakuyə  şəhərləri,  ya xud  "neft  mənbələr"i  ilə  b irlikdə)  və  Şirvan 
vilayətlərinə sahib olan Xoca Fasihi Şirvaninin ad ı çəkilir. "Müqatiəyə müvafiq olaraq, 
ona mə xsus mülkiyyət hüququ sənədinə görə..." həmin yerlə rdən çox böyük məbləğdə - 
820  min  dinar  -  82  tümən  gəlir  gəlirdi.  Sənəddə  göstərilird i  ki,  "Hə min  məbləğ  adı 
çəkilən yerlərdən daxil olur".
34
 
Orta  əsrlərdə  A zərbaycanın  iqtisadi  həyatında  ica rə  sistemi  hələ   ərəb 
hökmranlığı  dövründən  mövcud  idi.  XIII-XIV  əsrlərdə,  monqollar  dövründə  icarə 
sistemi  daha  da  inkişaf  etmiş,  dövlət  verg ilərin in  alın masın ın  və  dövlət  gəlirlərin in 
başlıca forması kimi şəhərlərin təsərrüfat həyatında geniş yayılaraq, bütövlükdə ö lkən in 
məhsuldar qüvvələrin in in kişafında əngələ çevrilmişdi. 
Feodal  şəhər  inzibati  idarəsinin  mühüm  simalarından  biri  ş əhərin  bazarlarına, 
ticarət-sənətkarlıq məhəllələ rinə, məhsulla rın keyfiyyətinə, tə mizliyə və qayda-qanuna
ölçü və çəki vasitələrindən düzgün istifadə olunmasına nəzarət edən  mühtəsib idi.  O, 
polis  funksiyasını  da  -  şəhərdə  ictimai  asayişin  qorunması,  cinayət  işlərinin  və 
cinayətkarlığın  tədqiqi,  sərxoşların  və  iğtişaşçıların  cəza landırılması  -  ic ra  edirdi. 
Mühtəsib, həmçinin şəhər sakinlərinin  Quranın göstərişlərinə və  islam din i ayin lərinə 
riayət et mələ rin i nə zarətdə saxlayırdı.
35
 
Bakı  şəhərinin  feodal  cəmiyyətində  rəislər  mühü m  yer  tuturdu.  Bakın ın 
İçərişəhər  hisəsəsindəki  Sın ıqqala  məscidin in  divarındakı  kitabədə  memarının  adı 
çəkilir:  Ustad  ər-Rəis  Məhəmməd   ibn  Əbubəkr  (h.417  (1078/79)-ci  il).
36
  Bu  tarix 
şirvanşah  I  Fəribürzün  hakimiyyət  dövrünə  uyğun  gəlir.  Rəislər  şəhərin  sosial 


93 
 
həyatında mühüm rol oynayan tacir silkinin nümay əndələri, ya xud sənətkar sexlə rin in 
başçıları id ilər. Rəis şəhər hakimiyyəti ilə əhali arasında vasitəçilik edir, b irinci tərəfin 
fərmanla rını yayır, sonuncuların adın-dan çıxış edird i. On lar, bir növ, ş əhər zadəganları 
idi. Rə islər şirvanşahlarla  tez-tez mü xalifətdə olur, ö zlə rinin şə xsi silah lı nökə rlə rinə  - 
qulamlara  a rxa lanaraq  şəhər  hakimlərinə  qarşı  qiya mla ra  başçılıq  edirdilər.
37
  Rəislər 
Şirvanda  şirvanşahın  h.458-ci  il  cəmadiyüləvvəl  ayında  (aprel,  1066-cı  il)  ö lkən in 
paytaxtı  Yəzidiyyədə  (Şamaxıda)  keçirdiyi  cəza  tədbirlərinin  qurbanları  kimi 
xatırlanır.
38
 
Rə is  Məhəmməd  ibn  Əbubəkrin  Ba kı  qalasında  məscid  tikdirməsi  şəhərin  bu 
zü mrəsin in  varlı  olduğuna  dəlalət  edir.  "Ustad  ər-rəis"  rütbəsi  onun sənətkar  sexləri 
rəislərinin başçısı olduğunu göstərir. 
XI əsrin sonlarında və türklərin hücumu ərəfəsində ə mirlə rin nüfuzu güclü idi. 
Məscidin kitabəsində I Fəribürzün adının çəkilmə məsi 1078/ 79-cu ildə Səlcuqilərə tabe 
olan şirvanşahın hakimiyyətinin zəiflədiy ini, rəislərin gücləndiyin i göstərir. 
Şəhər  şurası  şəhər  ağsaqqallarından  və  şəhər  idarəsinə  mənsub  olub,  rəis 
ər-rüəsa  (rəislər  rəisi)  qarşısında  hesabat  verən  rəislərdən  ibarət  id i.  Rəislərin 
səlahiyyətinə mü xtə lif vəzifə lər da xil idi. Mü xtə lif se x və birliklərin başçıları, məhə llə  
darğaları, bazarbaşılar rəislərə tabe  idilər və onlara hesabat verirdilər.  Rəislər şəhərin 
sosial və siyasi həyatında fəal iştira k edirdilər.
39
 Böyük var-dövlət, torpaq sahibi olan 
rəislərlə yanaşı, sənətkarlar və d igər aşağı ictimai təbəqələr arasından çıxıb, Ba kın ın və 
Şirvanın digər şəhərlərin in sosial-siyasi həyatında fəal iştirak edən rəislər də var idi. 
XI-XII  əsrlərdə  Beyləqanda,  Şa ma xıda,  Bakıda,  Dərbənddə  şəhər  əhalisinin 
sinfi ç ıxışla rı bu və ya  digər şəkildə şəhərlərin feodal ha kimlə ri və feodal üsuli-idarəsi 
əleyhinə  yönəlmiş  mü xtəlif  hərəkatlara  çevrilir,  şəhər  əhalisinin  feodal  hakimiyyət 
nümayəndələrindən  xilas olmaq, onların yerinə şəhərin tacir silkinin,  rəislərin, habelə 
sənətkarla rın  nü mayəndələrini  keç irmə k  cəhdlərinə  gətirib  çıxa rırdı.  Ehtima l  et mək 
olar  ki,  Bey ləqanda,  Yə zidiyyədə,  Ba kıda,  Də rbənddə  və digər  şəhərlərdə  baş verən 
hadisələr XI əsrdə ictima i təsisat kimi şəhər özünüidarəsinin meydana gəlməsi ilə bağlı 
idi. 
Bu  proses  rəislər  şəhər  həyatında  mühüm  rol  oynamağa  baş layandan  təkcə 
Şirvan,  Arran   və  Dərbənddə  deyil,  Gürcüstanda  Ermən istanda  və  Cənubi  Qafqazın 
digər ölkə lərində də nəzərə çarpır. Şəhər feodal hakiminin hökmranlığı a ltında qalsa da, 
şəhər özünüidarəsi mövcud id i.
40
 Şirvan və Arran şəhərlərində ö zünüidarə ə la mətlə rin in 
meydana gəlməsi və şəhərlərin müstəqillik və mu xtariyyət uğrunda mübarizəsi orta əsr 
şəhərinin  sənətkarlıq  və  ticarət  mərkəzi  kimi  in kişafı  və  şəhərlilərin  feodal  zülmü, 
səlcuq  işğalçıla rı  ə leyhinə  mübarizəsi  ilə   bağlı  idi.  Şirvan  və  Arranda  şəhər 
özünüidarəsinin  sonrakı  inkişafı  XIII  əsrin   30-cu  illərində  monqol  hücumları  ilə 
əlaqədar dayandırıldı. 
XI-XVI  əsrlə rdə  Ba kın ın  şəhər  əhalisinin  mühü m  təbəqəsini  mü xtəlif  istehsal 
sahəsində  çalışan  sənətkarlar  təşkil  edirdi.  Bu  dövrün  narrativ   mənbələri, 
qəbirdaşlarındakı və  binala rdakı daş kitabələr, a rxeo loji materia llar göstərir ki, Ba kıda 
və Dərbənddə 40-dan ço x adda s ənətkarlıq sahəsi və peşəsi  mövcud idi.  XI əsr a limi 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə