88
Axsitanın bütün titul və ləqəbləri göstərilmişdir: böyük xaqan (xaqan-i kəbir), məlik
əl-müəzzəm, şirvanşah, Cəlal əd-Dövlə, Əbü-1-Müzəffər, A xsitan ibn Mənuçöhr.
2
Şirvanşahın adının dəbdəbəli ləqəblərlə müşayiət olun ması onun Cənubi Qafqazda iri
feodal dövlətinin məşhur hökmdarlarından biri kimi müstəqilliy ini göstərir. Şirvanşah I
Axsitanın dövründə kəsilmiş sikkə lərdə xəlifələ r və İraq sultanları ilə yanaşı, A xsitan
ibn Mənuçöhrün də adı əl-mə lik ə l-müə zzə m ləqəblə ri ilə birlikdə çəkilir.
3
İraq
sultanlarının adının çəkilməsi şirvanşahın onlardan vassal asılılığ ında olduğunu
göstərir. Şirvanşah öz dövlətində həm hərbi baxımdan, həm də təbəələri ü zərində
qeyri-məhdud hakimiyyətə nıalik id i. O, feodal idarə üsulunun dayağı və rəmzi,
əmirlərin qəsdlərinə qarşı duran qüvvə idi.
Şirvanşahın bu və ya digər istilaçıdan asılılığı mənbədə gətirilən aşağıdakı
epizoddan görünür: şirvanşah III A xsitanın Siyamərk adlı oğlu var id i. Bir dəfə
Siya mərk xanın iqa mətgahına getdi. Siya mərk saraya çatarkən şirvanşah Axsitan
tərəfindən qabaqcadan xəbərdar edilmiş Arqun onu qara ölüm de mək o lan qara mahuda
bükməy i əmr etdi; sonra onu təpiklə döyüb öldürdülər.
4
Monqollar xoşları gə lməyən
vassallarına, onların hökmdar ailəsinin ü zvləri o lmasına baxmayaraq, beləcə divan
tuturdular.
Feodal idarəçiliyin in başında iri feodalla r dayanırdı. Onla ra torpağa, suya, süni
suvarma qurğularına, əsas əmək vasitələrinə sahib olan hərbi əyanlar və yüksək
mənsəbli dövlət mə murları, a li rütbəli ruhanilər da xil idi. Feodal zadəganların ın
Abşeronda neft quyuları və duz mədənləri, əkin yerləri, bostanları və ü zü mlükləri,
ma l-qarası, qəsrləri, evləri və ka rvansaraları, Ba kı şəhərində bazar-dükanları var idi.
Feodal iyerarxiyasında şirvanşahlardan sonra əmirlər dururdu. Onların ad ları həm Bakı
qalasındakı, həm də Abşerondakı b ir sıra daş kitabələrdə çəkilir.
Əmirlər hərbi əyanlara daxil idi. Bütün hərbi və in zibati hakimiyyət onların
əlində cəmlən mişdi. XII əsrdə Bakı qalasındakı Cü mə məscidinin minarəsin in
bünövrəsinə qoyulmuş daş üzərində kufi xətlə həkk olun muş dörd sətirlik kitabədə
yazılmışdır:
"1. Əzəmətli əmir - sipahsalar, şücaətli (hərb i) rəis
2.
...Hüsaməddövlə (və-d-Din), dövlətin xoşbəxtliyi
3.
İslamın dayağı və qoşunun başçısı, millətin tacı
4.
Kübarların itirilmiş Əbu Yəqub Yusifi".
5
Hüsaməddinə verilən ləqəblərdən və Şirvanın iki böyük şairinin -Xaqani Şirvani
və Fələ ki Şirvanin in mə lu matla rından görünür ki, o, III Mənuçöhrün vaxtında təqribən
h.530-532 (1135/36-1137/38)-ci illə rdə Şirvanşahlar dövləti qoşunlarının baş
sərkərdəsi olmuşdur. Sipahsalar - hərbi rəis, qoşunların baş sərkərdəsi - XIII əsrin
əvvəllərində ən yüksək hərb i rütbə idi. XI əsr-XII əsrin əvvəllərində hərbi rəis
qoşunların baş sərkərdəsi, həm də sahib əl-cəyş (ərəbcə) ad lanırd ı. Məsud ibn Namdar
XI əsrin sonunda Gəncənin və bütün Arranın hakimi şirvanşah I Fəribürzün oğlu ə mir
əl-Ədudun
6
adını çəkir. XI əsrdə Dərbənddə Haşimi ə mirləri sülaləsi ha kimlik edird i.
7
Sonra Də rbənd və həndəvərindəki torpaqlar Şirvanın tərkib inə qatıld ı. Dərbənd XII
əsrin əvvəlindən XIII əsrin ikinci rübünə qədər başda əmir olmaq la müstəqil əmirlik
89
kimi mövcud olmuşdur. Əmirlərin hakimiyyəti irsi id i. Onlar şəhərin və Abşeronun bir
sıra kəndlərin in hakimi o lub, müdafiə istehkamlarının tikilməsinə başçılıq edirdilər.
Şirvanşahlar dövlətinin tərkib inə daxil o lan Abşeron yarımadası özünün coğrafi
xüsusiyyətlərinə, yeraltı sərvətlərinin zənginliyinə, rahat (əlverişli) limanların ın
olmasına görə əlahiddə coğrafi, iqtisadi və siyasi vahid sayılırd ı. XI-XV əsrlərdə
Abşeron Şirvanşahların hakimiyyəti altında o lan vassal torpaqları qrupundan ibarət id i.
8
Bunu Abşeronda bir-birin in yaxınlığında tikilmiş məscid və türbələri o lan ço xlu
möhkəmləndirilmiş qala və içqalaların mövcudluğu da sübut edir. Əmirlərin ad larına
XIV əsr kitabələrində rast gəlin ir. Ba kı qalasında, qədim Cü mə məscidin in cənub
tərəfdəki divarında binanın tə mir olunduğu xəbər ve rilən, "Məlik ə l-ü məra və-1-ə kabir
(ə mirlərin və əyanların məliki) Şərə fəddin Mahmud ibn Fə xrəddinin" adı çəkilən və
h.709 (1309/ 10)-cu il tarixi göstərilən ərəbcə kitabə olmuşdur.
9
Əmirəcan kəndindəki
məscidin qapısı üstündəki ə rəbcə kitabədə məscidi t ikd irən böyük ma lik Fə xrəddin in
oğlu Əmir Nizaməddin əmir Həccin ad ı çəkilir və h.730 (1329/30)-cu il tarixi
göstərilir.
10
Bu kitabələrdən aydın olur ki, Fə xrəddin ad ları çə kilən bu iki şə xsin atasıdır
və "böyük malik" epitetindən göründüyü kimi yüksək mövqe tutmuş, yəni, iri mü lkədar
olmuşdur. Onun oğlanlarından biri - Bakı qalasındakı məscid i təmir etdirmiş
Şərəfəddin Mah mud, ehtimal ki, şəhərdə yaşamış, ikinci oğlu isə titulundan göründüyü
kimi, iri mü lkədar, şərəfinə adlandırılan Əmirəcan (Əmir Həccan) kəndin in sahibi
olmuşdur.
Əmir Həcc rütbəsi fəxri vəzifə o lub Məkkə və Mədinəyə ziyarətə gedən
karvanın başçısına verilird i.
11
Əmirəcan kəndinin Ən ıir və Şərə f ad lı iki qa rdaş
tərəfindən salınmasına dair nəsillə rdən nəsillərə ötürülən rəvayət yuxarıda göstərilən
kitabələ rlə təsdiq olunur. Hə min məscidin baştağının üstündəki başqa bir daş kitabədə
Şərəfəddin ibn Şey x Mah mud ibn Nəsrəddin Qutluq şahın adı çəkilir və h.786
(1384-1385)-c ı il göstərilir.
12
Ço x eht ima l ki, Şə rəfəddin Qa zan xan və sultan Olcaytu
Xudabəndə zamanında baş əmir (ə mir ə l-ü mə ra) olmuş Qutluq şahın nəvəsidir.
13
Adları
çəkilən şəxslər feodal sinfin in nü mayəndələri və şirvanşahın vassalları o lmuşlar.
Şirvanşah və əmirlərin yanında onların şəxsi mühafizi, yaxud keçikçisi vəzifəsini
daşıyan qulamlar var id i. Onlar şirvanşahın tapşırığı ilə onun yaxın qohumlarını
öldürür, qan inqtiqamını alır və digər qorxulu əmrləri yerinə yetirirdilər. "Tarix
əl-Bab"da xid mətçilər arasında qulamlardan başqa, görünür, daha yük-sək mövqe tutan
"xadim" lərin də adı çəkilir. Şirvanşahlar dövlətində niza mi qoşunlardan (əsgər, cünd),
növbətçi dəstələrindən əlavə türk və türkmənlərdən təşkil olunan mu zdlu dəstələr də var
idi. Şəhərlərin əhalin i şəhəri yadelli işğalçılardan müdafiə etməkdə birliyə çağıran
sakinlərindən ibarət hərbi təşkilatı da var id i. Şəhər ic ması "əl-cə maət" adlanırd ı.
14
Şirvanşahdan sonra dövləti idarə edən ikinci şəxs ən yüksək mənsəbli
əyanlardan olan vəzir id i. Şirvanşahlar sarayında vəzir vəzifəsini üç nəsil ərzində
mənşəcə məşhur Dey lə milə r hökmda r sülaləsi qolundan olan və artıq o va xt lar
Səlcuqilərlə qohumlaşmış Ka kulilə r a iləsi tutmuşdur.
15
Şirvanın vəziri Bəhaəddin
Məhəmməd ibn əl-Hüseyn əl-Kaku li və zifəsi irsən keçən vəzirlərin oğlu və nəvəsi idi.
16
Bakı yaxın lığ ındakı Mərdəkan kəndindəki dairəvi qalanın h.600 (1204)-cü ilə aid daş
Dostları ilə paylaş: |