[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   25   26   27   28   29   30   31   32   ...   63
    Bu səhifədəki naviqasiya:
  • Yes/No

 
109 
Ümumi sual 
Təsdiq cavabı 
İnkar cavabı 
 
Are you an engineer?  
Is she a student?  
Are we at the lesson? 
Are they workers? 
 
Is Peter a good 
manager?  
Is Jenny a nice 
musician? 
 
Yes, I am. -Bəli. 
Yes, she is. " - " 
Yes, we are. " - " 
Yes, they are. "-" 
 
Yes, he is. " - "  
 
Yes, she is. "-" 
 
No, I am not. - Xeyr 
No, she is not. " - " 
No, we are not. " - " 
No, they are not. " - " 
 
No, he is not. " - "  
 
No, she is not. " - " 
 
 
Qısa inkar cavabı verərkən tam qısaltmalar is not =isn't, are 
not =aren't və c. mümkündür. Yes/No sözlərindən sonra nitqdə 
pauza edilir, yazıda isə vergül qoyulur.
 
 
 
 
Qeyd:  to  be  felli  ümumi  sual  cümlələrində,  ümumi  suallara 
qısa təsdiq cavabı verdikdə, qısaldılmış inkar formalarında to be 
felinin formaları am, is, are vurğulu olurlar. 
 
 
 
 
 
Is it an auditorium?  
 
 
 
 
Yes, it 'is.  
 
 
 
 
No, it 'isn't. 
 
 
§7. Yiyəlik  əvəzlikləri   
(Possessive  pronouns) 
 
 
Yiyəlik əvəzlikləri mənsubiyyət bildirir və "Whose" - kimin? 
sualına cavab verir. Yiyəlik əvəzlikləri aşağıdakılardır: 


 
110 
Yiyəlik əvəzlikləri 
Azərbaycan dilində qarşılığı 
My 
Your 
His 
Her 
Its 
Our 
Your 
Their 
Mənim 
Sənin 
Onun 
Onun 
Onun 
Bizim 
Sizin 
Onların 
 
 
Misallar:  
 
 
My pen is on the table. -Mənim qələmim stolun üstündədir.  
 
This is my book. - Bu mənim kitabımdır. 
 
Your English is not poor.  
 
 
Sizin ingilis diliniz zəif deyil.  
 
His father lives in the country.  
 
 
Onun atası kənddə yaşayır.  
 
Her parents live in the city.  
 
 
Onun valideynləri şəhərdə yaşayır.  
 
The dog is black but its tail is white.  
 
 
- İt qaradır, lakin onun quyruğu ağdır.  
 
Our University is big.  
 
 
Bizim universitetimiz böyükdür. 
 
 
 
 
Yuxarıdakı misallara diqqət yetirdikdə görmək olar ki, yiyəlik 
əvəzliklərindən  sonra  hər  bir  misalda  isim  gəlir.  Ona  görə  də 
bunlara yiyəlik əvəzliklərinin asılı forması deyilir. Asılı formada 
olan  yiyəlik  əvəzlikləri  həmişə  təyin  etdikləri  ismin  əvvəlində 
durur və ismin əvvəlində artiklın işlədilməsini istisna edir. 


 
111 
This is our classroom. It is my table. 
 
 
Əgər ismin əvvəlində digər təyinlər olarsa yiyəlik əvəzlikləri 
onların hamısından əvvəl işlədilir. 
 
This is our new classroom. It is my new big table. 
 
 
Qeyd etmək lazımdır ki, ingilis dilindəki yiyəlik əvəzliklərinin 
isimlə  işlənən  forması,  yəni  asılı  forması  şəxs  və  cinsdən  asılı 
olaraq  Azərbaycan  dilinə  bir  çox  hallarda  "öz"  əvəzliyi  ilə 
tərcümə olunur. Məsələn, 
 
 
I go along with my way. - Mən öz yolumla gedirəm. 
 
She lives with her parents. - O, öz valideynləri ilə yaşayır. 
 
He admits his mistake. - O, öz səhvini etiraf edir. 
 
We reproach our children.  
 
 
 
 
 
 
 
- Biz öz uşaqlarımızı məzəmmət edirik. 
 
§8. "To have"  felinin  indiki  qeyri-müəyyən  
zaman forması 
 
 
To have - malik olmaq, varı olmaq kimi tərcümə edilir və in-
diki qeyri-müəyyən zamanda digər fellərdən fərqli olaraq yalnız 
üçüncü şəxsin təkində felin əsasının dəyişməsi yolu ilə has şək-
lində, qalan şəxslərin təkində və cəmində isə have kimi işlədilir. 
 
Təsdiq forması 
Sual forması 
İnkar forması 
I have a book. 
Have I a book?* 
I have not a book. 
You have a book. 
Have you a book?  You have not a book. 
He has a book. 
Has he a book? 
He has not a book. 
She has a book. 
Has she a book? 
She has not a book. 
It has a name. 
Has it a name? 
It has not a name. 
We have books* 
Have we books? 
We have not books. 
You have books. 
Have you books? 
You have not books. 
They have books. 
Have they books?  They have not books. 


 
112 
 
Qısaldılmış təsdiq forma:  
 
 
 
 
 
 
I have = I've, you have= you've və s.    
 
Qısaldılmış inkar forma:  
 
 
 
 
 
 
have not = haven't, has not = hasn't. 
 
 
*Təsdiq,  sual  və  inkar  formalarının  cəm  şəkillərində  have 
felindən (xəbərindən) sonra gələn isim (tamamlıq) həm tək, həm 
də cəm halında işlədilə bilər. Lakin məna fərqlərinə fikir vermək 
lazımdır. Müqayisə edin: 
 
 
We have a book.  
 
 
 
 
 
- Bizim kitabımız var (Hamımızın bir kitabı var).  
 
We have books.  
 
 
 
 
 
- Bizim kitabımız var (Hərəmizin öz kitabı var). 
 
 
*Müasir  ingilis  dilində  to  have  feli  olan  cümlələrin  sual  və 
inkar  formaları  iki  yolla  düzəlir.  Birincisi,  sual  formasında  to 
have  felinin  mübtədadan  əvvələ  keçirilməsi  ilə;  ikincisi,  to  do 
köməkçi  feli  vasitəsilə.  İnkar  formasında  isə  birincisi,  to  have 
felindən sonra not inkar hissəciyinin artırılması ilə; ikincisi, to do 
köməkçi felindən sonra not inkar hissəciyinin artırılması yolu ilə. 
Müqayisə edin: 
 
 
    
(1) Have you a book? - (2)Do you have a book?  
 
 
 
(1) I have not a book. - (2) I do not have a book. 
 
 
Bəzi müşahidəçilər to have felindən istifadə etməklə düzələn 
sual və inkar formalarını Böyük Britaniyaya, to do köməkçi feli 
vasitəsilə  düzələn  sual  və  inkar  formalarını  Amerika  Birləşmiş 
Ştatları və digər ingilis dilli ölkələrə xas hesab etsələr də, hər iki 
fel vasitəsilə düzələn formalar hər yerdə paralel olaraq işlədilir və 
bunların  arasında  cüzi  məna  fərqi  müşahidə  olunur.  Əşyanın, 
hadisənin, vəziyyətin daimiliyini ifadə etmək üçün sual və inkar 
formalarında to do köməkçi felindən istifadə edilir. Məsələn, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə