[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

 
117 
§11. Artikl  haqqında  
(On the article) 
 
 
Müasir  ingilis  dilində  artikl  adlanan  köməkçi  nitq  hissəsi 
isimlərin əvvəlində işlədilir və qarşısındakı ismə yanaşaraq onu 
bir  növ  təyin  edir.  Artikl  əsas  nitq  hissəsi  olan  ismin  mühüm 
əlamətlərindən birini müəyyən edir və ismə məxsus müəyyənlik 
və  qeyri-müəyyənlik  anlayışlarının  bir  qrammatik  kateqoriya 
kimi ifadə olunmasına xidmət göstərir. Müasir ingilis dilində — 
(1) qeyri-müəyyən və (2) müəyyən the artiklları mövcuddur. 
 
Qeyri-müəyyən  a  artiklı  "one"  (bir)  sayının  qədim  ingilis 
dilindəki formasından əmələ gəlmişdir. Müasir ingilis dilində də 
həmin  "bir"  mənası  mühafizə  olunur  və  ona  görə  də 
qeyri-müəyyən artikl (əsasən) sayıla bilən tək isimlərin əvvəlində 
işlədilir. Məsələn, a book, a folder, a pencil. 
 
Əgər ismin əvvəlində onu təyin edən sifət gələrsə, onda artikl 
sifətin  əvvəlində  işlədilir  və  yenə  də  ismə  aid  olur.  Məsələn,  a 
good book, a nice garden, a pretty girl. 
 
Özündən  sonra  gələn  isim  və  yaxud  həmin  ismi  təyin  edən 
sifət  sait  səslə  başlayarsa,  qeyri-müəyyən  artiklın  an  forması 
işlədilir. Məsələn, an actor, an amplifier, an outsider, an hour, an 
easy task (asan tapşırıq), an interesting book (maraqlı kitab), an 
unbearable condition (dözülməz şərait), an incredible story (ağla 
gəlməyən əhvalat),və s. 
 
Müəyyən  the  artiklı  "that"  (o)  işarə  əvəzliyinin  qədim 
formasından  əmələ  gəlmişdir.  Müəyyən  artikl  həm  tək,  həm  də 
cəm, həm sayıla bilən, həm də sayıla bilməyən isimlərlə işlədilir. 
Tələffüz zamanı özündən sonra gələn söz samitlə başlanarsa, the 
müəyyən artiklının sonuncu səsi [ə] neytral səsi, saitlə başlanarsa, 
[i] kimi oxunur. Məsələn, 
 


 
118 
 
[ə] the boy - the boys:  
 
 
 
 
Open the window.  
 
 
 
 
Close the door.  
 
[i] the actress, the apple:   
 
 
 
 
the order of events, etc.
 
 
 
 
Ən  ümumi  şəkildə  qeyri-müəyyən 
artikl  a  (an)  o  zaman  işlədilir  ki,  söhbət 
müsahibə,  dinləyiciyə,  oxucuya  məlum 
olmayan əşya və ya şəxsdən gedir. Əşya və şəxs barəsində əlavə 
məlumat  verildikdə,  haqqında  danışılan  şəxs  və  əşya  eyni  tipli 
şəxs  və  əşyalar  sinfindən  ayrıldıqda  isə  müəyyən  artik1  the 
işlədilir. Məsələn, 
 
 
 
 
This is a bookThe book is black. 
 
 
 
John talks to a man.  
 
 
 
 
 
 
 
 
 
The man is our personnel manager.  
 
 
§12. Sözönləri  
(The Prepositions) 
 
 
İngilis dilində sözönü adlanan köməkçi nitq hissəsi cümlədə 
sözlər arasında əlaqə yaratmağa xidmət edir və adətən aid olduğu 
ismin və ya əvəzliyin əvvəlində durur (for a month, to us, with 
him).  Müasir  ingilis  dilinə  xas  olan  sözlər  iki  baxımdan  təsnif 
edilə bilər:  
1)
 
morfoloji quruluşlarına görə; 
2)
 
ifadə etdikləri qrammatik mənaya görə. 
 
Morfoloji  quruluşuna  görə  müasir  ingilis  dili  sözönləri 
aşağıdakı qruplara bölünür: 
 
a)
 
sadə sözönləri: on, in, at, for, with, of, out, to və s. 
b)
 
düzəltmə sözönləri: behind, along, below, across və s. 
c)
 
mürəkkəb sözönləri: without, upon, inside, outside, into və s. 


 
119 
d)
 
tərkibi sözönləri: in front of, with regard of, because of, out 
of və s. 
 
 
İfadə  etdikləri  qrammatik  və  semantik  mənalarına  görə  söz-
önləri müxtəlif qruplara bölünürlər: məkan bildirənlər (in, on, at, 
by, under, over, between, behind, in front of, before, around), isti-
qamət bildirənlər (to, into, towards, out of, from, off, up, down), za-
man bildirənlər (in, on, at, for, after, during, from, till, untill, by), 
mücərrəd əlaqələr bildirənlər (about, with, by, because of) və s.
 
 
 
 
1. Məkan bildirənlər:  
 
in    -da, -də, içində 
on    -da, də, üstündə
 
 
The book is in the bag. 
at     -da, -də, yanında 
The teacher is at  
the table. 
by    yanında, ... qədər (vaxt 
haq.), vasitəsilə, tərəfindən 
 
under    altında 
The cat is  
   under the tree. 
over    üstünə, üzərinə, 
üstündən, üzərindən,  
  o tayında, o tərəfində 
There is the  forest 
 over the river. 
between  arasında, 
arasına 
The desks are between the window. 
behind  arxada, arxasında   
in front of  qarşısında, 
önündə 
There are the flowers in front of the 
house. 
before  ...dən əvvəl, 
qədər ... 
Sevil came to the lesson before us. 
around  ətrafında, 
ətrafına, orada-burada, 
oraya-buraya 
There  are  four  chairs  around  the 
table. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə