127
§14. Keçmiş İndefinite Zaman Forması
(The Past Indefinite Tense Form)
Keçmiş İndefinite zaman formasının əmələ gəlməsinə görə
fellət üç qrupa bölünür:
1)
qaydalı (regular);
2)
qaydasız (irreqular);
3)
qarışıq (mixed).
Qaydalı fellərin keşmiş İndefinite zaman formasını əmələ
gətirmək üçün felin sonuna
-ed,
e ile qurtaran fellərin sonuna isə
-d əlavə edilir:
to work – worked, to live – lived.
Qaydasız fellərin keçmiş İndefinite zaman forması (eləcə də
Participle II) müxtəlif şəkildə əmələ gəlir. Qaydasız fellərə
aşagıdakı fel qrupları daxildir:
1. Kökündən səslisi dəyişən fellər:
to meet – met – met
to win – won – won
2.
Kökündən səslisi dəyişən və -en sonluğu qəbul edən fellər:
to speak – spoke – spoken
to write – wrote – written
3.
Sonunda d hərfi
t hərfinə çevrilən fellər:
to send – sent - sent
to build – built – built
4. Kökündən səslisi dəyişən və -
d və ya
-t sonluğu qəbul edən
fellər:
to sell – sold – sold
to bring – brought – brought
129
Bu zaman forması bitmiş vaxt müddətində artıq icra olunmuş
hərəkətləri, keçmişdə bir-birinin ardınca baş verən və təkrar
olunan hərəkətləri ifadə etmək üçün işlədilir:
I met him 2 years ago – Mən onu 2 il əvvəl gördüm.
She visited his parents every month
– O, hər ay valideynlərinə baş çəkirdi.
Bu zaman forması adətən aşağıdakı zaman zərfləri ilə işlədilir:
yesterday – dünən, last week – keçən həftə, last month – keçən
ay, last year – keçən il, an hour ago – bir saat əvvəl, in 1920 –
1920-ci ildə və s.:
Yesterday he came from Moscow – O dünən Moskvadan gəldi.
I saw him the other day – Mən onu bu günlərdə gördüm.
§15. G
əl
əc
ək İndefinite zaman Forması
(The Future Indefinite Tense Form)
Bu zaman forması
shall və
will köməkçi felləri və əsas məna
daşıyan felin məsdərindən əmələ gəlir. Birinci şəxsin həm təki,
həm də cəmi üçün
shall, qalan şəxslər üçün isə
will köməkçi feli
işlədilir:
I shall write
– Mən yazacağam
You will write
– Sən yazacaqsan
She (he) will write – O yazacaq
We shall write
– Biz yazacağıq
You will write
– Siz yazacaqsınız
They will write
– Onlar yazacaqlar
Sual formasında
shall və
will köməkçi felləri mübtədadan
əvvəl gəlir:
Shall I write?
Will you write?