[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

 
130 
 
Inkar formasında shall və will köməkçi fellərindən sonra not 
inkar hissəciyi işlədilir:   
 
 
 
 
 
 
I shall not write.    
 
 
You will not write. 
 
 
Bu zaman forması gələcəkdə baş verəcək hərəkəti göstərmək 
üçün  işlədilir.  Belə  hərəkət  gələcəkdə  ya  bir  dəfə,  ya  da  təkrar 
olaraq icra oluna bilər.  
 
 
We shall go to the university everyday – 
 
 
 
 Biz hər gün universitetə gedəcəyik (təkrar olunan hərəkət) 
 
 
He will come from Moscow tomorrow –  
 
 
 
O, Moskvadan sabah gələcək (bir dəfə icra olunacaq hərəkət) 
 
 
İngilis dilində gələcək zamanda baş verəcək hərəkəti gələcək 
İndefinite  zaman  formasından  başqa  digər  vasitələrlə  də  ifadə 
etmək olar.  
 
1. To go felinin indiki Continuous zaman forması və məsdər ilə:  
 
 
 
 
 
She is going to visit us this summer –  
 
 
 
 
 
 
 
 
O, yayda bizə gələcək (gəlməyə hazırlaşır).  
 
 
To be going + məsdər ifadəsi dilimizı bir şey etmək niyyətində 
olmaq, bir şeyi  etməyə  hazırlaşmaq sözləri vasitəsi  ilə tərcümə 
edilir.  
 
 
2. Azərbaycan dilində olduğu kimi ən yaxın gələcəkdə icrası 
nəzərdə tutulan hərəkəti göstərən bəzi fellərlə:  
 
 
 
 
 
They are gojng to buy a car –  
 
 
 
 
 
 
 
 
Onlar maşın alırlar (almaq niyyətindədirlər) 
 
 
3. İndiki Indefinite zaman forması vasitəsi ilə:  
 
 
 
 
 
The delegation arrives tomorrow –  
 
 
 
 
 
 
 
 
Nümayəndə heyəti sabah gələcək. 
 
 
4.İndiki Continuous zaman formasi vasitəsi ilə:  
 
 
 
 
She is going in an our   –   O, bir saatdan sonra gedir. 
 


 
131 
§16. İsim 
(The Noun) 
 
 
İsim canlı və cansız əşyaların adlarını (Sevil, xəritə - a map, 
kitab  –  a  book),  hadisələrin  adlarını  (külək  –  wind),  əşyalara 
məxsus  xüsusiyyətləri  (sevgi  –  love,  dostluq  –  friendship), 
vəziyyəti (xöşbəxtlik – happiness) bildirir.  
 
 
İsim təkdə və cəmdə olur:  
 
a desk, a pen, a blackboard, schools, girls, tables. 
 
 
İngilis dilində isimlər adətən artikl ilə, bəzən isə artikl və ön-
lük ilə işlədilir. Artikl və önlük ismin əsas  əlamətlərindəndir:  
 
a book – hər hansı bir kitab, the book – müəyyən kitab,  
in the room – müəyyən otaqda 
 
 
Quruluşuna görə  isimlər sadə (the simple nouns), düzəltmə 
(the  derivative  nouns)  və  mürəkkəb  (the  compound  nouns
olur.  
 
a) Yalnız kökdən ibarət olan ismə sadə isim deyilir: 
 
a desk, a map, a teacher
 
 
b)  Prefiks  və  ya  suffiks  (bəzən  isə  hər  ikisini)  qəbul  edən 
isimlərə düzəltmə isimlər deyilir:  
 
reader, childhood, development. 
 
 
c) İki və ya daha çox sözdən ibarət olub bir anlayışı ifadə edən 
isimlərə mürəkkəb isimlər deyilir:  
 
 
 
newspaper – qazet (news – xəbərpaper – kağız
blackboard – yazı taxtası (black – qara, board – lövhə
 
 
Mürəkkəb isimlər bir yerdə yazılır. 


 
132 
§17. İsimlərin cəm forması 
(Plural forms of the nouns) 
 
 
İngilis dilində ismin cəmini əmələ gətirmək üçün təkdə olan 
ismin sonuna bir qayda olaraq –s (-es) cəm şəkilçisi, əlavə edilir:  
 
 
 
 
 
a boy – boys 
 
 
 
 
a book – books 
 
 
 
 
a dress –  dresses 
 
 
Bu  cəm  şəkilçisi  kar  səssizlərdən 
sonra  
 
 
 
 
 
caps, books 
 
[s] kimi, сingiltili səssizlərdən  
 
 
 
 
 
 
 
 
 
 
beds, bags 
və səslilərdən  
 
 
 
 
 
 
 
 
 
boys, cities 
 
sonra [z] kimi tələffüz edilir. 
 
İsim  –s  hərfi  və  ya  –ss,  -sh,  -ch,  -tch  hərf  birləşmələri  ilə 
bitərsə,  cəmdə  -es  cəm  sonluğu  qəbul  edir  və  [ız]  kimi  tələffüz 
edilir: 
 
 
 
a box – boxes 
 
 
a bench – benchez 
 
 
a bus – buses 
 
 
 
İsim  təkdə  “y”  hərfi  ilə  bitərsə  və  bu  hərfdən  əvvəl  səssiz 
durarsa, cəmdə “y” hərfi “i” hərfinə çevrilir və -es cəm şəkilçisi 
əlavə edilir: 
 
 
 
 
 
 
 
 
 
family – families 
 
 
 
 
 
 
 
 
army – armies 
 
 
 
 
 
 
 
 
city – cities 
 
 
Qeyd:  Səssizdən  sonra  gələn  “y”  hərfi  ilə  bitən  xüsusi 
isimlərin cəmində sadəcə olaraq –s cəm şəkilçisi əlavə edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə