[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

 
133 
 
solo – solos  
 
piano – pianos 
 
radio – radios 
 
 
Sonu “f”və ya “fe” ilə bitən isimlər 
cəm şəkilçisi qəbul edərkən “f” hərfi 
v”  hərfinə  çevrilir  və  -es  cəm 
şəkilçisi əlavə edilir. Bu cəm şəkilçisi  
[z]  kimi tələffüz edilir: 
 
 
 
 
life – lives 
 
 
 
wife – wives 
 
 
 
shelf – shelves 
 
 
Bununla  belə  müstəsna  hallar 
da vardır: 
 
 
 
chief – cheifs 
 
 
roof – roofs 
 
 
safe – safes  
 
 
Bəzi isimlərin cəmi xüsusi yolla düzəlir. 
 
 
 
a) İsimin kökündəki səsli dəyişir: 
 
 
 
 
 
 
 
 
 
man – men 
 
 
 
 
 
 
 
 
tooth – teeth 
 
 
 
 
 
 
 
 
foot – feet 
 
 
 
 
b) İsimin sonuna –en şəkilçisi əlavə edilir: 
 
 
 
 
 
 
 
 
 
ox – oxen 
 
 
 
 
 
 
 
 
child – children 
 
 
Yunan  və  latın  dilindən  alınmış  isimlər  öz  cəm  şəkillərini 
həmin dillərdə olduğu kimi saxlamışlar: 
 
 
 
 
 
 
 
 
 
datum – data 
 
 
 
 
 
 
 
 
basis – bases 
 
 
 
 
 
 
 
 
phenomenon – phenomena 


 
134 
§17. İsmin halları 
(Cases of the nouns) 
 
 
Müasir  ingilis  dilində  ismin  iki  halı  var:  ümümu  hal  (the 
Common  Case)  və  yiyəlik  hal  (the  Possessive  Case).  Ümumi 
halda  ismin  heç  bir  hal  şəkilçisi  olmur,  yiyəlik  halda  isə  ismin 
sonuna 

’s (təkdə olan isimlər üçün) ya da sadəcə 

’ (cəmdə olan 
isimlər üçün) vasitəsi ilə düzəlir və [s], [z] və [ız] kimi tələffüz 
edilir.  
 
 
the girl’s toy – qızın oyuncağı 
 
the girls’ toys – qızların oyuncaqları  
 
 
Cəm  formada  ümumi  qaydada  tabe 
olmayan  isimlərin  yiyəlik  halı  həm 
təkdə, həv də cəmdə ’s artırmaqla düzəlir: 
 
the children’s dresses 
the child’s beds 
 
 
Yiyəlik  halda  isim  sahiblik  bildirir  və  başqa  bir  ismin  təyini 
kimi çıxış edir. Bu halda olan isim  whose  –  kimi sualına cavab 
olur. Müasir ingilis dilində yiyəlik hal əsasən canlılara aid olur.  
 
Mürəkkəb  isimlərin  yiyəlik  halını  əmələ  gətirmək  üçün 
mürəkkəb ismin sonuna -’s əlavə edilir: 
 
my sister – in - law’s house  
 
 
Bir əşyanın sahibi iki və ya daha çox şəxs olduqda -’s yiyəlik 
hal şəkilçisi sonuncu ismə əlavə edilir. 
 
Anar and Sona’s mather is a housewife. 
 
 
Bəzi cansız isimlər də yiyəlik hal da  işlədilir. İngilis dilində 
belə isimlərə aşağıdakılar aiddir: 
 
a)  vaxt və məsafə bildirən:  
 
a few day’s holiday 
a  mile’s   distance 


 
135 
 
b)  Ship,  world,  nature,  earth,  sun,  moon,  water,  ocean  və  s. 
bildirən: 
 
the   ship’s   fuel 
the  sun’s   energy 
the nature’s beauty 
 
 
c) Ölkə, şəhər, materik, ay, gün bildirən: 
 
Azerbaijan’s  future 
Baki’s  streets 
 
 
Ingilis dilində sahiblik bildirmək üçün ismin yiyəlik halından 
başqa “of” önlüyündən də istifadə edilir. Bu ancaq cansızlara aid 
olur.  
 
the boy’s books – the books of the boy 
the city’s centre – the centre of the city 
 
 
18. Sifə
(The Adjective) 
 
 
Sifət əşyanın əlamətini və keyfiyyətini bildirir və what (hansı, 
necə,  nə  cür)  suallarına  cavab  olur:  green  (yaşıl),  difficult 
(çətin), good (yaxşı) və s. 
 
Sifət həmişə ismi bu və ya digər cəhətdən təyin edir. Cümlədə 
əsasən təyin vəzifəsində olur:  
 
Baki  is the largest city in Azerbaijan. 
 
 
Quruluşuna görə sifətlər iki cür olur:  
 
 
 
 
 
1) sadə sifət (the simple Adjective) və  
 
 
 
 
2) düzəltmə sifət (the Derivative Adjective). 
 
 
Yalnız bir kökdən ibarət olan sifətlərə sadə sifətlər deyilir: big, 
fat, short, rich və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə