[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

 
124 
Təsdiq 
forması 
Sual 
forması 
İnkar 
Forması 
I work. 
You work. 
She works. 
He works. 
It works. 
We work. 
You work. 
They work. 
Do I work? 
Do you work? 
Does she work? 
Does he work? 
Does it work? 
Do we work? 
Do you work? 
Do they work? 
do not work. 
You do not work. 
She does not work. 
He does not work. 
It does not work. 
We do not work. 
You do not work. 
They do not work. 
 
 
İnkar  formasında  to  do  köməkçi  feli  ilə  not  inkar  ədatının 
birləşməsindən  qısa  inkar  forması  da  düzəldilir.  Məsələn,  I 
don't work. You don't work. She doesn't work və s. 
 
Sual formasına qısa təsdiq və inkar cavabları verərkən sözlər 
aşağıdakı kimi düzülür: Yes/No sözlərindən sonra şəxs əvəzliyi 
ilə ifadə olunan mübtəda və təsdiq və  ya inkar cavabından asılı 
olaraq  to  do  köməkçi  felinin  müvafiq  şəxs  forması  (do/don't, 
does/doesn't). Məsələn, 
 
 
Do you like this book? - Yes, I do. (-Bəli). 
 
 
 
- No, I don't (və yaxud: -No, I do not). (-Xeyr). 
 
Does she like that film? - Yes, she does. (-Bəli). 
 
 
 
- No, she doesn't (və yaxud: -No, she does not). (-Xeyr). 
 
 
Yes/No  sözlərindən  sonra  danışıqda  fasilə  edilir,  yazıda  isə 
vergül qoyulur. 
 
Bu zaman formasında əsas fellərin sual-inkar forması  to do 
köməkçi  felinin  müvafiq  şəxs  formalarının  mübtədadan  əvvəl, 
not inkar ədatının isə mübtədadan sonra işlənməsi və yaxud qısa 
inkar  formanın  mübtədadan  əvvəl  işlənməsi  ilə  düzəldilir. 
Məsələn: 


 
125 
 
 
 
 
Do you not work?    
 
Don't you work? 
 
 
 
 
Does he not work?    
 
Doesn't she work? 
 
 
 
 
Do they not work?    
 
Don't they work? 
 
 
2. İşlədilməsi. (1) İndiki qeyri-müəyyən zaman forması adın-
dan  da  göründüyü  kimi,  dəqiq  vaxtı  bildirilməyən  adi,  təkrarən 
icra edilən hərəkətləri ifadə etmək üçün işlədilir.Məsələn: 
 
I go to the Institute every day.  
 
 
(Mən hər gün instituta gedirəm).  
They usually speak English at the office.  
 
 
(Onlar idarədə adətən ingilis  
 
 
 
 
 
 
 
dilində danışırlar).  
 
 
 
Ramin reads newspapers every evening.  
 
(Ramin hər axşam qəzetləri oxuyur).  
 
Do you visit your parents every week?  
 
(Hər həftə valideynlərinizə  
 
 
 
 
 
 
 
baş çəkirsinizmi?) 
 
 
Təkrarən icra edilən, bir növ vərdiş halına düşmüş hərəkətləri 
daha  aydın  bildirmək  üçün  öz  leksik  mənasına  görə  təkrarlıq 
ifadə edən every day hər gün, every morning hər səhər, every 
evening  hər  axşam,  every  week  hər  həftə,  every  year  hər  il, 
every summer hər yay və s. söz birləşmələrindən istifadə olunur. 
Adı çəkilən söz birləşmələri adətən cümlənin  sonunda işlədilir. 
Lakin bir neçə hərəkəti sadaladıqda həmin zərflər nəqli cümlənin 
əvvəlində işlədilə bilər. Məsələn: 
 
 
Every day she returns home, cooks dinner, helps children do 
their exercises and watches TV. (Hər gün o, evə qayıdır, nahar 
hazırlayır,  tapşırıqlarını  yazmaqda  uşaqlara  kömək  edir  və 
televizora baxır). 


 
126 
 
Every  Saturday  Mr.Nelson  drives  to  the  country  house, 
waters plants and flowers and returns home in the evening. (Hər 
şənbə günü c-b Nelson bağa gedir ,bitkiləri və çiçəkləri suvarır və 
axşam evə qayıdır). 
 
 
 
   (2)  Mübtədaya  (şəxsə  və  ya  əşyaya)  xas  olan  hal  və  ya 
hərəkətləri ifadə etmək üçün işlədilir. Məsələn: 
 
 
Vaqif's daughter reads much. (Vaqifin  qızı çox oxuyur). 
 
She speaks English better than me.  
 
 
 
 
 
 
 
 
(O, ingilis dilində məndən yaxşı danışır). 
 
This machine creates a magnetic field.  
 
 
 
 
 
 
 
 
(Bu maşın maqnit sahəsi yaradır). 
 
   (3) Məlum ümumi həqiqətləri bildirən hərəkətləri ifadə etmək 
üçün işlədilir. Məsələn: 
 
 
 
The Sun rises in the East.  
 
 
 
 
 
(Günəş Şərqdən doğur).  
 
 
Magnet attracts iron.  
 
 
 
 
 
(Maqnit dəmiri çəkir).
 
 
 
   (4) Semantik təsnifatına görə hərəkət felləri adlanan to go, to 
come, to leave, to move, to start kimi fellərlə gələcəkdə mütləq 
icra ediləcək hərəkətləri bildirmək üçün işlədilir. Məsələn: 
 
 
 
 
 
 
  He leaves for Washington tomorrow.  
     
 
(O, sabah Vaşinqtona gedir).  
 
The train starts in twenty minutes.  
 
 
 
(Qatar 20 dəqiqədən sonra  
 
 
 
 
 
 
 
yola düşür). 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə