[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

 
113 
Do you have much time for your English?  
- Yes, I usually have sufficient time 
for my English.  
- No, I don't have much time for my 
English classes. 
 
 
Lakin  söhbət  əşyanın,  hadisənin, 
vəziyyətin  az  təsadüf  edilən,  konkret 
hallarından  gedirsə,  sual  və  inkar  formalarını  düzəldərkən  to 
have felinin özündən istifadə edilir. Məsələn, 
 
 
Have you a textbook to read today?  
 
 
 
 
- Yes, I have my textbook here. 
 
 
 
 
- No, I have not a textbook today. 
 
 
 
Qeyd:  Xəbəri  to  have  feli  ilə  ifadə  edilən  cümlələrin  inkar 
forması  təkcə  yuxarıdakı  cədvəldə  verildiyi  kimi  have  (has)  və 
not  inkar  hissəciyi  ilə  deyil,  həm  də  have  (has)  formalarından 
sonra no inkar əvəzliyinin artırılması ilə düzəlir. 
 
To have feli rest, dinner, lunch, lesson, classes, fun, smoke və 
s. kimi bəzi isimlərlə birlikdə işlədildikdə öz ilkin malik olmaq, 
varı  olmaq  mənalarından  uzaqlaşır  və  proses  bildirən  mənalar 
kəsb  edir  (to  have  a  rest  -  dincəlmək,  istirahət  etmək;  to  have 
dinner - nahar eləmək; to have a lesson, to have classes — dərs 
keçmək,  dərs  oxumaq  və  s).  Belə  cümlələrin  sual  və  inkar 
formaları to do köməkçi feli vasitəsilə düzəlir. Məsələn, 
 
 
We have classes five days a week.  
 
 
Həftədə 5 gün dərs keçirik.  
 
She has lunch at 2 o'clock.  
 
 
O, saat ikidə nahar eləyir. 
 
I have breakfast at seven thirty  
 
every day. - Mən hər gün səkkizin 
 
 
 yarısında səhər yeməyi yeyirəm. 
 


 
114 
 
 
 
 
Do we have classes five days a week? 
 
 
 
 
Does she have lunch at 2 o'clock? 
 
 
 
 
Do I have breakfast at seven thirty every day? 
 
 
 
We do not (don't) have classes five days a week. 
 
She does not (doesn't) have lunch at 2 o'clock. 
 
do not (don't) have breakfast at seven thirty every day. 
 
 
§9. Şəxs əvəzliklərinin obyekt halı  
(Objective case of personal pronouns) 
 
 
Hər bir şəxs  əvəzliyinin  müvafiq  obyekt  halı vardır və  onlar 
aşağıdakı cədvəldə əks olunur. 
 
 
Adlıq hal 
Obyekt halı 
Tərcüməsi 

You 
He 
She 
It 
We 
You  
They 
Me 
You 
Him 
Her 
It 
Us 
You  
Them 
Mənə, məni 
Sənə, səni 
Ona, onu (kişi c.) 
Ona, onu (qadın c.) 
Ona, onu (orta c.) 
Bizə, bizi 
Sizə, sizi  
Onlara, onları. 
 
 
Obyekt  halında  olan  şəxs  əvəzlikləri  cümlədə  vasitəsiz,  va-
sitəli və önlüklü tamamlıq funksiyalarını yerinə yetirir və Azər-
baycan  dilindəki  ismin  yönlük  və  təsirlik  hallarına  uyğun  gəlir. 
Məsələn, 
 


 
115 
 
I know him. (vasitəsiz tamamlıq)- Mən onu tanıyıram. 
 
Please give me your text-book, (vasitəli tamamlıq) –  
 
 
 
 
 
 
Zəhmət olmasa dərsliyinizi mənə verin. 
 
 
Dilara speaks English to her.  
 
 
 
(önlüklü tamamlıq) –  
 
 
 
Dilara  onunla (ona) ingilis  
 
 
 
 
 
dilində danışır. 
 
 
 
 
 
I see him in the garden. 
 
 
 
He shows her a map. 
 
 
 
We play with them every day. 
 
§10. İşarə əvəzlikləri  
(Demonstrative pronouns) 
 
 
This  (bu)  və  that  (o)  işarə  əvəzlikləridir.  İşarə  əvəzliklərinin 
kəmiyyət  kateqoriyası  vardır,  yəni  onlar  tək  və  cəm  halında 
işlədilirlər. İşarə əvəzliyi cümlədə həmişə vurğulu olur. 
 
Tək 
Cəm 
Qeyd 
This 
Bu 
These 
Bunlar, bu 
Danışanın  yaxınlığında  olan 
əşyalara  işarə  etdikdə  this 
(these), 
ondan 
müəyyən 
məsafədə  olan  əşyaları  işarə 
edərkən 
isə 
that 
(those) 
işlədilir. 
That 

Those 
Onlar, o 
 
 
This is a book. - These are books.  
 
That is a man. - Those are engineers. 


 
116 
 
Cəm halında these və those əvəzlikləri ilə bağlayıcı fel (to be) 
və yalnız isimlə ifadə olunan xəbərin ad hissəsi (predikativ) cəm 
şəklində  işlədilir.  Predikativ  sifətlə  ifadə  edildikdə  yalnız 
bağlayıcı fel cəm şəkli alır.  
 
These are books. These books are good. 
 
 
İşarə əvəzlikləri cümlədə mübtəda, təyin və tamamlıq funksi-
yalarını yerinə yetirir.Məsələn, 
 
This is our auditorium, (mübtəda)  
 
 
 
 
 
 
 Bu bizim auditoriyamızdır. 
 
These are pencils, (mübtəda)  
 
 
 
 
 
 
 Bunlar karandaşdır.
 
 
 
That pen is new (təyin)  Bu qələm təzədir. 
 
Those specialists live in Houston. (təyin)  
 
 
 
 
 
 
 
 O mütəxəssislər Hyustonda yaşayırlar.  
 
Tell me that (tamamlıq)  Onu mənə deyin.  
 
Please give her this (tamamlıq)  
 
 
 
 
 
 
 
 Zəhmət olmasa bunu ona verin. 
 
 
Cəm halındakı işarə əvəzlikləri these, those təyin vəzifəsində 
təyin etdikləri ismin cəmdə işlənməsini tələb edirlər. 
 
 
 
 
 
 
These students live in the dormitory.  
 
 
 
 
 
Those engineers are in the hall. 
 
 
 
İşarə  əvəzlikləri  olan  sual  cümlələrinə  qısa  təsdiq  və  inkar 
cavabları  verərkən  cümlədə  this,  that  olduqda  adlıq  halda  olan 
"it"  şəxs  əvəzliyindən  və  these,  those  olduqda  "they"  şəxs 
əvəzliyindən istifadə etmək məqbul sayılır.Məsələn, 
 
 
 
 
 
 
Is this a pencil? 
 Yes, it is. 
 
 
 
 
 
Are these pencils? 
Yes, they are. 
 
 
 
 
 
 
 
Is that pen black? 
 No, it is not.  
 
 
 
 
 
 
 
Are those folders? 
 No, they are not. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə