00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə18/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

 
52 
 
 
vacib deyil. Uyğunluq dərəcəsi modelləşdirmənin məqsədlərindən asılıdır. Modelin 
orijinala  həddindən  artıq  uyğun  olmasının  da  əhəmiyyəti  yoxdur;  məsələn,  uşaq 
oyuncaqları real obyektlərin modelləridir və onların uyğunluq səviyyəsi uşağın ya-
şından asılı olur. Kiçikyaşlı uşaqlar üçün oyuncaqlar, adətən, yalnız obyektin for-
masını modelləşdirir: 3–4 yaşlı uşaqlar üçün avtomobilin modelində gövdənin, ka-
binənin, dörd fırlanan təkərin olması və real avtomobilə uyğun nisbətlərin saxlanıl-
ması yetərlidir. Daha mürəkkəb oyuncaqlarda orijinal obyektin elementləri arasında 
qarşılıqlı  əlaqə  də  modelləşdirilir:  qapılar  və  kapot  açılır,  sükanla  idarəetmə 
elementləri işləyir.   
Eyni bir obyekt üçün müxtəlif modellər yaratmaq olar. Bu, qoyulan məsələnin 
şərtlərində hansı xüsusiyyətlərin vacib hesab olunmasından asılıdır.   
Hər bir obyektin çoxlu sayda müxtəlif xassələri olur. Modelin qurulması prosesində 
(modelləşdirmənin məqsədi baxımından) tədqiqat üçün ən önəmli xassələr seçilir; mə-
sələn, aerodinamik boruda təyyarənin modelinin aerodinamik keyfiyyətlərini araşdırmaq 
üçün modelin orijinala həndəsi formaca oxşarlığı vacibdir, onun hansı rəngdə olması isə 
heç  bir  əhəmiyyət  daşımır.  Elektrik  dövrələrinin  modellərini  –  elektrik  sxemlərini 
qurarkən dövrə elementlərinin bir-birinə qoşulma ardıcıllığı önəmlidir, onların bir-birinə 
nəzərən həndəsi olaraq necə yerləşməsi isə əhəmiyyət daşımır. 
Obyekt və prosesləri müxtəlif elmlər fərqli baxış bucaqlarından tədqiq edir və 
cürbəcür modellər qururlar. Fizikada obyektlərin qarşılıqlı təsiri və dəyişilməsi pro-
sesi, kimyada onların kimyəvi tərkibi, biologiyada canlı orqanizmlərin quruluşu və 
davranışı öyrənilir. Nümunə olaraq insanı götürək; müxtəlif elmlər onu fərqli mo-
dellər çərçivəsində öyrənir. Mexanikada insana bir maddi nöqtə, kimyada müxtəlif 
kimyəvi  maddələrdən  ibarət  obyekt,  biologiyada  özünü  saxlamağa  çalışan  sistem 
kimi baxmaq olar. 
Bədii yaradıcılığın özü də faktik olaraq modellərin yaradılması prosesidir; məsə-
lən, təmsil kimi ədəbi janr insanlar arasındakı gerçək münasibətləri heyvanlar ara-
sındakı  münasibətlərə  keçirir  və  əslində,  insan  münasibətlərinin  modelini  qurur. 
Bundan başqa, demək olar ki, istənilən ədəbi əsərə real insan həyatının modeli kimi 
baxmaq  olar.  Rəsm,  heykəltəraşlıq  əsərləri,  teatr  tamaşaları  gerçəkliyi əks etdirən 
bədii formalı modellərdir. 
 
 
1.  İnternetdə  axtarış  apararaq  "Orreri"nin  nə  demək  olduğunu  öyrənin.  Youtube.com 
portalında  həmin  modelin  necə  işləməsi  ilə  bağlı  videomateriallarla  tanış  olun.  Bu 
model öz adını haradan götürüb? 
2.  Nyu-York şəhərinin yuxarıda haqqında danışılan modelinin dünyanın hansı muzeyin-
də saxlanıldığını, eləcə də satılan obyektlərin minimal və maksimal qiymətlərini öy-
rənin.
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
 
Modelləşdi
rmə
 

53 
Özünüzü yoxlayın
 
1. 
Obyektin modeli nə deməkdir? 
2. 
Nə üçün insanlar bəzən orijinalın özü ilə deyil, modellə işləyirlər? 
3. 
Modelin adekvatlığı nədir və o nədən asılıdır? 
4. 
Model ilə müqayisədə obyektin özünə nə deyilir? 
5. 
Göstərilmiş maket hansı orijinal obyektin modelidir? Orijinal obyektdən onu nə fərqlən-
dirir? 
 
 
 
6. 
Nəzəri modellərə nümunələr göstərin. 
7. 
Bu modellər orijinal obyektlərin hansı xüsusiyyətlərini əks etdirir? 
 
 
        
 
 

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 
9 iyun 1989) – Azərbaycan müğənnisi, SSRİ Xalq 
artisti, SSRİ və Azərbaycan SSR Dövlət 
mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, 
Dağıstan MSSR-in Xalq artisti, Gürcüstan SSR-in 
Əməkdar incəsənət xadimi. 



 
54 
 
 
 M
ODELLƏRİN NÖVLƏRİ 
 
 
  Şəkildə hansı proses təsvir olunub və bu modeli necə adlandırmaq olar?  
  Düsturdakı hər bir hərf nəyi ifadə edir?  
 
Modellər müxtəlif cür təsnif edilir və bu təsnifat hansı xassələrin daha vacib 
olmasından asılıdır; məsələn, modelləri istifadə sahələri üzrə təsnif etmək olar: qlo-
bus Yerin tədris modelidir; aerodinamik boruda sınaq üçün hazırlanmış təyyarə mo-
deli təcrübi modeldir; proses və hadisələri tədqiq etmək üçün elmi-texniki modellər-
dən  istifadə  olunur;  oyun  və  imitasiya modelləri  də 
mövcuddur (xüsusən də hərbidə).  
Zaman  amilini  nəzərə  almaqla  modelləri  statik  və 
dinamik modellərə ayırmaq olar. Statik model baxılan 
zaman  anında  dəyişmir.  Dinamik  model  isə  obyektin 
zamandan asılı olaraq dəyişməsini nəzərə alır. 
 
 
1. Qrafik redaktorda Yer kürəsinin Günəş ətrafında fırlanmasını təsvir edin. 
2. Microsoft PowerPoint proqramında Yer kürəsinin Günəş ətrafında fırlanmasının 
dinamik modelini hazırlayın. Bu zaman animasiya effektlərindən istifadə edin. 
 
– Hansı model prosesi daha aydın əks etdirir? 
– Hər bir modelin hansı üstün cəhətləri var?  
– Bu prosesi daha hansı modellər vasitəsilə təsvir etmək olar? 
 
Bildiyiniz  kimi,  təqdimolunma  formasından  asılı  olaraq  modelləri  iki  böyük 
sinfə ayırmaq olar: maddi modellər və informasiya modelləriMaddi modellər ob-
yektlərin  həndəsi,  fiziki  və  başqa  xassələrini  maddi  formada  əks  etdirir  (qlobus, 
anatomik mulyajlar, kristal qəfəs modelləri, binaların maketləri və s.). 
İnformasiya modelləri obyekt və prosesləri yalnız informasiya əsasında təsvir 
edir.  Başqa  sözlə,  informasiya  modellərinə  əl  ilə  toxunmaq  və  ya  gözlə  görmək 
F Ə A L İ Y Y Ə T  
2.2 

Maddi model 

İnformasiya modeli 

Formallaşdırma 

Dinamik model 

Statik model 

AR

zl
ə
r
F = 

 
×
 g 
×
 V 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə