00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə21/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

 
 
 
 
Modelləşdi
rmə
 

61 
İnsanlar  üçün  sadalanan  formalar  anlaşıqlı  olsa  da,  kompüterdə  emal  etmək  üçün 
cədvəl  forması  daha  əlverişlidir.  Kompüter  proqramlarının  əksəriyyəti  cədvəllərlə 
işləyir və universal proqramlaşdırma dillərində cədvəllərin emalını təsvir etmək ra-
hatdır. Ona görə də mürəkkəb obyektlər qraf formasında nəzəri modellərdə təqdim 
edilir,  kompüter  modelləşdirməsində  isə  daha  çox  cədvəl  modellərindən  istifadə 
olunur.  
 
 
"Fəaliyyət"  bölümündə  qan  qrupları  ilə  bağlı  verilmiş  informasiya  modelini  cədvəl  – 
qonşuluq matrisi şəklində göstərin. Qonşuluq matrisinin baş diaqonalındakı elementlərin 
qiyməti nə olacaq? Qonşuluq matrisini Python dilində təqdim edin.   
 
 
Özünüzü yoxlayın
 
1.
 İnformasiya modellərini hansı formatlarda təqdim etmək olar? 
2.
 Aşağıda göstərilən qraflardan hansı şəhərlərarası əlaqəni xəritəyə uyğun olaraq düzgün 
əks etdirir? 
 
 
     
        
 
 
 
3.
 Ağac və qraf informasiya modellərinin hansı fərqi var? 
4.
 Kompüterin fayl sistemi hansı tip informasiya modelinə aiddir? 
5.
 Cədvəldə göstərilmiş informasiyanı ağac strukturu vasitəsilə təqdim edin.   
Adı 
Atasının adı 
Soyadı 
Fuad 
Salman 
Behbudov 
Məmməd 
Cahangir 
Eyvazlı 
Rövşən 
Cahangir 
Eyvazlı 
Səməd 
Salman 
Behbudov 
Vaqif 
Səlim 
Behbudov 
Zakir 
Fuad 
Eyvazlı 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
a) 
b) 
c) 


 
62 
 
 
 İ
NFORMASİYA MODELİNİN HAZIRLANMASI   
 
 
  Obyektin informasiya modelini yaratmaq üçün nə tələb olunur? 
  "Məktəb" informasiya modelini  qurmaq üçün, əsasən, hansı informasiyanı əldə 
etmək lazımdır? Müəllim, şagird, valideyn və Təhsil Nazirliyi üçün gərəkli 
olan məlumatlar eynimi olacaq? Cavabınızı əsaslandırın. 
 
 
 
 
Excel proqramında məktəbinizlə bağlı iki cədvəl hazırlayın. Bu cədvəllərdə uyğun olaraq 
aşağıdakı sütunlar olsun. 
1.  Məktəb  haqqında  ümumi  məlumat:  məktəbin  tam  adı,  ünvanı,  direktoru,    məktəbin 
yaranma ili, təlim dilləri, tədris olunan xarici dillər, sinif otaqlarının sayı, informatika 
kabinetlərinin sayı, kompüterlərin sayı və s.  
2. Siniflərin sayı, müəllim heyətinin sayı, hər sinif üzrə şagirdlərin sayı, şagird-müəllim nisbəti 
(cəmi şagirdlərin sayı / müəllimlərin sayı), şagird sıxlığı (cəmi şagirdlərin sayı / siniflərin 
sayı) və s.  
 
– Hansı göstəricilər əsasında diaqramlar qurmaq olar? 
– Bu cədvəllər kimin üçün faydalı ola bilər?  
–  Hansı  hallarda  məktəb  haqqında  məlumat  mətn  formasında,  hansı  halda  isə  cədvəl 
formasında təqdim oluna bilər? 
 
Orijinal  obyektin  hər  hansı  bir  xassəsini  öyrənmək  üçün,  adətən,  onun  digər 
xassələrini əks etdirməyə ehtiyac qalmır. Ona görə də istənilən informasiya modeli 
real obyekti yalnız qismən əvəz edir. Bu isə o deməkdir ki, tədqiq olunan obyektin 
müəyyən  cəhətlərinə  diqqəti  yönəltmək  üçün  onun  bir  neçə  informasiya  modeli 
qurula bilər. Misal olaraq mənzil tikintisi sahəsini seçək və hər hansı yaşayış evinin 
tikintisini nəzərdən keçirək. Bu evin informasiya modeli necə olmalıdır?  
Əslində,  belə  informasiya  modelləri  məqsəddən  asılı  olaraq  müxtəlif  ola  bilər. 
Aydındır ki, mənzilin alıcısı, memarı, tikintini maliyyələşdirən təşkilat (investor) və 
tikintini həyata keçirən təşkilatın hər biri informasiya modelini onları maraqlandıran 
cəhətlərə  görə  quracaqdır.  Deməli,  nəzərdən  keçirilən  ev  üçün  maraqlardan  asılı 
olaraq müxtəlif informasiya modelləri yaratmaq olar. Onlardan bəzilərinə baxaq.  
F Ə A L İ Y Y Ə T  
2.4 
MƏKTƏB RƏHBƏRLİYİ 
ŞAGİRDLƏR 
VALİDEYNLƏR 
MÜƏLLİMLƏR 


 
 
 
 
Modelləşdi
rmə
 

63 
Təbii  ki,  alıcının  məqsədi  daha  rahat  mənzil  əldə  etməkdir.  Onun  üçün  infor-
masiya modelini qurarkən bu cəhətə üstünlük vermək lazımdır. Rahatlığı müəyyən 
edən  əsas  göstəriciləri  sadalayaq:  ev  yaşıllıqlar  içərisində  sakit  bir  məkanda  yer-
ləşməli,  müasir  texniki  qurğularla  təchiz  edilməli  və yeraltı  qarajı  olmalıdır,  giriş 
qapısında isə gözətci oturmalıdır. İnformasiya modelini qurmaq üçün bu sadalanan 
tələbləri  əks  etdirən  informasiyanı  cədvəl  və  ya  siyahı  şəklində  təqdim  etmək  la-
zımdır. Alıcının vəzifəsi belə evlərin tikintisi ilə məşğul olan şirkətləri axtarıb tap-
maq, hər bir şirkət üçün  uyğun informasiya modelini qurmaq və təhlil nəticəsində 
ən yaxşı variantı seçməkdən ibarətdir. 
 
Alıcı nöqteyi-nəzərindən evin informasiya modeli 
Parametrlər 
Şirkətlər üzrə parametrlərin qiymətləri 
“A” 
“B” 
“C” 
“D” 
Mərkəzləşdirilmiş istilik sistemi  

– 
– 

Video-müşahidəli mühafizə sistemi 

– 
– 

Peyk televiziyası 




İnternet üçün ayrılmış kanal 
– 
– 
– 

Daxili rabitə sistemi  




Sutəmizləyici süzgəclər 

– 


Rayonun infrastrukturu 


– 
– 
Fitnes-mərkəz 

– 
– 
– 
Yeraltı parkinq 
– 
– 
– 
– 
Yaşıl zona 
– 
– 


Gözətçi 




 
Tikintidə maraqlı olan başqa şəxslər, məsələn, investor və memar üçün də analoji 
metodika  ilə  informasiya  modellərini  qurmaq  olar.  Aydındır  ki,  hər  iki  halda 
məqsədlər alıcı ilə müqayisədə tamamilə fərqli olduğundan modellər də fərqlənəcək.  
İnvestorun  məqsədi  mənzillərin  keyfiyyətini  göstərməklə  daha  çox  gəlir  əldə 
etməkdir.  Deməli,  onu  maraqlandıran  göstəricilər,  əsasən,  maliyyə  xarakterli  ola-
caqdır. 
  
İnvestor nöqteyi-nəzərindən evin informasiya modeli 
Parametrlər 
Şirkətlər üzrə parametrlərin qiymətləri 
“A” 
“B” 
“C” 
“D” 
Evin planlaşdırılan dəyəri, manat 
5 mln. 
10 mln. 
3,5 mln. 
13 mln. 
Yatırılmış vəsaitin çıxarılma müddəti, il 

1,5 

3,5 
Bütün mənzillərin satışından sonra xalis 
gəlir, manat 
3 mln. 
5 mln. 
2 mln. 
5 mln. 
Tikintinin başlanma ili 
2016 
2017 
2016 
2017 
Tikintinin bitmə (başaçatma) ili 
2018 
2019 
2017 
2019 
1 otaqlı / 2 otaqlı / 3 otaqlı mənzillərin 
miqdarı, % 
25/40/35  15/30/55  10/30/60 
5/20/75 
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə