00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə24/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

 
70 
 
 
 İ
NTERAKTİV KOMPÜTER MODELLƏRİ 
 
Kommunal və mobil 
telefon xidmət haqlarını  
ödəmək üçün xüsusi 
terminallardan istifadə 
edilir.  
  Kommunal xidmətlər dedikdə nə nəzərdə tutulur? 
  Siz bu xidmətlər üzrə borcunuzu necə ödəyirsiniz: 
poçtda, ödəniş terminalından, yoxsa xüsusi saytlardan?  
 
 
 
 
1.  Kompüterdə Control Panel qovluğunda Mouse simgəsini tapın və qoşa çıqqıldadın. 
Açılan pəncərədə siçan qurğusunun köklənmə elementlərinə fikir verin. Siçanın bəzi 
parametrlərini dəyişdirin və sonra yenidən ilkin vəziyyətinə qaytarın. 
2.  İş masasının qısayol menyusuna daxil olun və Screen Resolution bəndini seçin. Açı-
lan pəncərədə ekranın çözümlülüyünü dəyişdirməklə baş verən dəyişiklikləri izləyin. 
 
– Nəyə görə Mouse pəncərəsini siçan qurğusunun modeli hesab etmək olar? 
– Parametrlərin dəyişdirilməsi istifadəçiyə hansı imkanları verir? 
– Screen resolution pəncərəsini hansı obyektin modeli hesab etmək olar? 
 
Bildiyiniz kimi, kompüter interaktiv qurğudur, yəni iki istiqamətdə iş rejimi-
nə malik qurğudur: istifadəçi kompüterə sual və ya komanda verdikdə sistem dərhal 
cavablandırır. Ona görə də kompüter modellərinin əksəriyyəti interaktiv modellər 
olur.  Belə  modellərdə  tədqiqatçı  (istifadəçi)  prosesin  ilkin  şərtlərini  və  gedişinin 
parametrlərini dəyişə və modelin fəaliyyətindəki dəyişiklikləri müşahidə edə bilər. 
İnteraktiv  kompüter  modellərinə  kompüter  oyunlarını,  öyrədici  proqramları, 
kompüterdə elmi tədqiqatlar aparmaq və nəticələri yoxlamaq üçün hazırlanmış mo-
delləri aid etmək olar. 
www.edu.az təhsil portalında şagirdlər və müəllimər 
üçün fənlər üzrə çoxlu sayda interaktiv modellər yerləş-
dirilmişdir. Bu tip modelləri yaratmaq üçün xüsusi proq-
ramlaşdırma alətlərindən istifadə olunur. 
F Ə A L İ Y Y Ə T  
2.6 

İnteraktiv qurğu 

İnteraktiv model 

Elektron resurslar 

AR

zl
ə
r


 
 
 
 
Modelləşdi
rmə
 

71 
 
1.  www.edu.az portalına daxil olun. 
2.  "Elektron resurslar" bölümünə keçin. 
 
 
 
3.  Səhifənin orta hissəsində istədiyiniz fənnin şəklini çıqqıldadın. Uyğun fənnə aid re-
sursların siyahısı əks olunacaq. 
 
 
 
4.  İxtiyari resursu seçin və Baxış sütunundan Bax düyməsini çıqqıldadın. Resursla tanış 
olun. 
A D D I M
A D D I M –  


 
72 
 
 
 
Fizika, biologiya və coğrafiya fənləri üzrə modellərin tədqiq edilməsi 
1.  www.edu.az portalına daxil olun. 
2.  Fizika fənninə aid "İdeal qaz qanunu" resursu ilə tanış olun. İzobar, izoxor və izotermik 
proseslərin  formal  və  kompüter  modellərini  araşdırın.  Səhifənin  aşağısında  verilən 
tapşırıqları yerinə yetirin.  
3.  Kimya fənninə aid "Zülallar" resursu ilə tanış olun. Aminturşunun ümumi quruluşu ilə 
tanış olun. Səhifənin aşağısında verilən tapşırıqları yerinə yetirin. 
4.  Coğrafiya fənninə aid "Avropa. Fiziki-coğrafi təsvir" adlı resursla tanış olun. Çaylara, 
göllərə, təbii zonalara aid modellərlə tanış olun. 
 
– Tapşırıqlarda interaktivlik necə təmin olunur? 
– Aminturşunun modelini qurmaq üçün hansı biliklərdən istifadə olunub? 
 
 
 
 
 
Python  proqramlaşdırma  dilində  kompüterlə  dialoq  aparan  proqram  yazmağa  çalışın; 
məsələn, kompüter "Neçə yaşın var?", "Adın nədir?" tipli suallar verir və yaşını (15) və 
adını (məsələn: Fərid) daxil etdikdən sonra belə cümlələr ekrana çıxarır: "Fərid, salam", 
"20 ildən sonra sənin 35 yaşın olacaq" və s. 
Belə proqram nəyi modelləşdirir?
 
 
Özünüzü yoxlayın
 
1
İnteraktivliyi necə başa düşürsünüz? 
2
İnteraktiv kompüter modellərinin hansı üstünlüyü var? 
3
İnteraktiv lövhələr barədə nə bilirsiniz? 
4
Nə üçün müasir kompüterlərdə əksər proqram məhsullarını interaktiv model hesab etmək 
olar?  
5
Elektron cədvəl proqramlarının birində y=ax
2
+bx+c funksiyasının qrafikini qurun. ab
c verilənlərinin qiymətlərini dəyişməklə qrafikin necə dəyişdiyini izləyin.  
 
 
F Ə A L İ Y Y Ə T  
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Hər  il  kompüter  proqramları  arasında  şahmat 
üzrə dünya çempionatı (World Computer Chess 
Championship,  WCCC)  keçirilir.  Çempionatda 
bütün növ kompüterlər – mikroprosessorlar, su-
perkompüterlər,  klasterlər  (kompüterlər  qrupu) 
iştirak  edir.  2009-cu  ildə  qaydalarda  edilmiş 
dəyişikliklərə görə, yarışlara yalnız ən çoxu 8 nü-
vəsi olan kompüterlər qatıla bilər. 1974-cü ildə 
keçirilmiş  birinci  çempionatın  qalibi  SSRİ-nin 
"Kaissa"  proqramı,  2016-cı  il  çempionu  isə 
"Komodo" (ABŞ) proqramı olmuşdur. 
Tari
x
 


 
 
 
 
Modelləşdi
rmə
 

73 
 K
OMPÜTER QRAFİKASI 
 
 
  Verilmiş rəsmlərin hansı ümumi cəhətləri var?  
  "Qrafika" nədir və kompüter qrafikasının hansı növləri 
ilə tanışsınız? 
 
İlk kompüterlərdə qrafik obyektlər yaratmaq üçün, 
demək olar ki, heç bir vasitə yox idi. O zamanlar ekrana 
yalnız simvollar – hərflər, rəqəmlər və xüsusi işarələr 
çıxarmaq  olurdu.  Ancaq  elə  onda  da  proqramçılar 
kompüterdən  “rəsm  aləti”  kimi  istifadə  etməyə  cəhd 
göstərirdilər; məsələn, kompüter proqramının köməyi 
ilə simvollardan tərtib olunmuş məşhur “Mona Liza” 
şəklini həmin dövrün insanları, yəqin ki, xatırlayırlar.  
Sonrakı  kompüterlər  artıq  sadə  görüntüləri  –  nöqtəni,  düz  xətti,  çevrəni  çəkə 
bilirdi. Ozamankı monitorlar ağ-qara olduğundan kompüterdə yaradılan görüntülərin 
hamısı qrafik-rəssamların işlərini xatırladırdı. Rəssamlığın başqa janrlarından fərqli 
olaraq  qrafik-rəssamların  əsərləri,  hər  şeydən  öncə,  cizgilərin  aydın  çəkilişi  ilə 
səciyyələnir. Məhz buna görə də o dövrun kompüterlərinin təsvir imkanlarını kom-
püter  qrafikası  adlandırmağa  başladılar.  Ancaq  indi  kompüterin  köməyi  ilə  rəs-
samlar  müxtəlif  janrlarda  əsərlər  yarada  bilsələr  də,  “kompüter  qrafikası”  termini 
yenə də istifadə olunur. 
 
 
Öncə rastr (məsələn: Paint), sonra isə vektor (məsələn: SketchUp) qrafik redaktorunda kub 
modelini hazırlayın.
 
 
– Hansı redaktorda bu işi daha mükəmməl görmək olar? Cavabınızı izah edin. 
– Rastr və vektor qrafikasının ümumi və fərqləndirici cəhətlərini qeyd edin. 
F Ə A L İ Y Y Ə T  
2.7 

Kompüter qrafikası 

Rastr qrafikası 

Vektor qrafikası 

Fraktal qrafika 

İkiölçülü qrafika 

Üçölçülü qrafika 

AR

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə