00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə23/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

 
 
 
 
Modelləşdi
rmə
 

67 
bu metodun əhəmiyyəti böyükdür. Həyat və sağlamlıq üçün təhlükəli proseslərdə isə 
hesablama eksperimenti yeganə mümkün həll variantı kimi istifadə edilir; məsələn, 
istilik nüvə sintezi, kosmik fəzanın öyrənilməsi, kimya sənayesinin müxtəlif sahə-
lərində istehsal proseslərinin layihələndirilməsində kompüter modelləşdirilməsinin 
rolu əvəzedilməzdir.  
Kompüterdə informasiya modellərinin hazırlanması və tədqiq olunması prosesini 
bir neçə mərhələyə bölmək olar: 
1.  Tədqiqatın birinci mərhələsində, adətən, obyektin, yaxud prosesin təsviri infor-
masiya modeli qurulur. Belə model aparılan araşdırmanın (modelləşdirmənin) 
məqsədi  baxımından  obyektin  önəmli  olan  xassələrini  seçdirir,  əhəmiyyətsiz 
xassələri isə nəzərə almır. 
2.  İkinci  mərhələdə  formallaşdırılmış  model  qurulur,  yəni  təsviri  informasiya 
modeli  hər  hansı  formal  dildə  yazılır.  Formallaşdırılmış  modeldə  düsturların, 
tənliklərin, bərabərsizliklərin və başqa riyazi ifadələrin köməyi ilə obyektlərin 
parametrləri  arasında  formal  münasibətlər  təsvir  olunur.  Ancaq  axtarılan  kə-
miyyətləri ilkin verilənlər vasitəsilə ifadə edən düsturları tapmaq həmişə müm-
kün olmur. Belə hallarda nəticələri verilmiş dəqiqliklə almağa imkan verən təq-
ribi üsullardan istifadə olunur. 
3.  Üçüncü mərhələdə formallaşdırılmış informasiya modeli kompüter modelinə 
çevrilir. Kompüter modellərini, adətən, proqramçılar hazırlayır, istifadəçilər isə 
həmin modellərin köməyi ilə eksperimentlər aparırlar.   
4.  Dördüncü mərhələ kompüter eksperimentinin aparılmasından ibarətdir. Əgər 
kompüter  modeli  hər  hansı  proqramlaşdırma  dilində  hazırlanmış  proqramdan 
ibarətdirsə, onu başlatmaq və müəyyən nəticələr almaq lazımdır. Əgər kompüter 
modeli  elektron  cədvəl  kimi  tətbiqi  proqramlarda  tədqiq  olunursa,  bu  zaman 
verilənlərin  ceşidlənməsini  və  ya  axtarışını  aparmaq,  diaqram  və  ya  qrafik 
qurmaq və digər əməliyyatlar da aparmaq olar. 
5.  Beşinci mərhələdə alınmış nəticələr təhlil olunur və tədqiqat modeli təkmil-
ləşdirilir.  Əgər  informasiya  modelinin təhlili  zamanı  alınmış nəticələr  gerçək 
obyektin  dəqiq  olçülən  uyğun  parametrlərindən  fərqlənirsə,  deməli,  modelin 
qurulmasının  əvvəlki  mərhələlərində  yanlışlığa,  yaxud  qeyri-dəqiqliyə  yol 
verilib. Bu halda həmin yanlışlıqlar və ya qeyri-dəqiqliklər axtarılıb tapılmalı və 
düzəldilməlidir. 
 
Kompüterdə modellərin hazırlanmasının əsas mərhələləri 
 
 
 
1.
• Təsviri informasiya modelinin qurulması
2.
• Formallaşdırılmış modelin qurulması
3.
• Kompüter modelinin qurulması
4.
• Kompüter eksperimentinin aparılması
5.
• Alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsi


 
68 
 
 
 
n ü m u n ə  
Kvadrat tənliyin köklərinin tapılması modelini hazırlayaq. 
1.  Təsviri informasiya modeli: 
Kvadrat tənliyin ümumi forması ax
2
 + bx + c = 0 şəklindədir. Onu həll etmək üçün ab
c əmsallarının qiymətləri verilməlidir.  
2.  Formallaşdırılmış modeli düsturlar toplusu kimi və ya alqoritm formasında göstərmək 
olar. Verilmiş məsələnin sözlə alqoritmi belə olacaq: 
1. abc dəyişənlərinin qiymətləri daxil olunur.  
2. Diskriminant 
4  düsturu ilə hesablanır.  
3. Əgər D > 0 olarsa, tənliyin iki kökü var: 
,


4. Əgər D = 0 olarsa, tənliyin bir kökü var: 
– .  
5. Əgər D < 0 olarsa, tənliyin həqiqi kökü yoxdur. 
3. Bu məsələ üçün kompüter modeli Python proqramlaşdırma mühitində yazılmış  proqram 
ola bilər: 
print(
"Kvadrat tənliyin əmsallarını daxil edin: "

a = 
float
(
input
(
"a = "
)) 
b = 
float
(
input
(
"b = "
)) 
c = 
float
(
input
(
"c = "
)) 
  
discr = b
**
2 - 4 
*
 a 
*
 c 
print(
"Diskriminant D = ", 
discr) 
if discr 
>
 0: 
 
import 
math
 
 
x1 = (-b + 
math
.sqrt(discr)) / (2 
*
 a) 
 
x2 = (-b - 
math
.sqrt(discr)) / (2 
*
 a) 
 
print(
"x1 = ", 
x1) 
 print(
"x2 = ", 
x2) 
elif discr == 0: 
 
x = -b / (2 
*
 a) 
 
print(
"x = ",
 x) 
else
 
print(
"Tənliyin kökü yoxdur"

Burada math riyazi funksiyaları hesablamaq üçün (bizim nümunədə √  kökaltı funk-
siyanı) moduldur, elif yazılışı isə else if yazılışının qısa formasıdır. 
4.  Kompüter eksperimenti aparmaq üçün yazılmış proqramı icra etmək lazımdır. İlkin 
verilənləri dəyişdirməklə modelin adekvatlığını və düzgün işləməsini yoxlamaq olar. 
 


 
 
 
 
Modelləşdi
rmə
 

69 
5.    Bu  mərhələdə  proqramın  icrasından  sonra  alınmış  nəticələr  təhlil  olunur.  Göründüyü 
kimi, diskriminant mənfi olduqda proqram "Tənliyin kökü yoxdur", diskriminant müsbət 
olduqda iki kökün qiymətini, diskriminant sıfıra bərabər olduqda isə bir kökün qiymətini 
ekrana çıxarır.  
 
Beləliklə, nəticə çıxarmaq olar ki, model düzgün qurulub və bu model vasitəsilə kompüterdə 
ixtiyari ilkin verilənlər üçün kvadrat tənliyi həll etmək olar. 
 
 
 
 
Kompüter vasitəsilə  cosx – x
2
 = 0 tənliyini qrafik üsulla həll etməyə çalışın. Bu məsə-
lənin modelini necə qurdunuz? Bunun üçün kompüterdə hansı proqramdan istifadə et-
diniz?
 
 
Özünüzü yoxlayın
 
 
1. 
Kompüter modeli nədir? 
2. 
Kompüterdə informasiya modellərinin hazırlanması mərhələlərini sadalayın. 
3. 
Kompüter modellərinin hansı üstünlükləri var? 
4. 
Hansı dərslərdə siz formal modellərdən istifadə edirsiniz? 
5. 
Kompüter eksperimenti nədir və hansı məqsədlə aparılır? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Müxtəlif ölkələrdən olan bir qrup tədqiqatçı kompüterdə kainatın təkamülünün ehtimal 
olunan vizual modelini hazırlamışlar. Bu kompüter modeli sirli substansiya – qara ma-
teriya laxtalarının ətrafında ilk qalaktikaların necə yarandığını nümayiş etdirir.
 
Kom-
püter modeli kainatın nədən ibarət olduğu və necə qurulduğu haqqındakı nəzəriyyəni 
yoxlamağa imkan verir.
   
Model üzərində iş 20 ildən artıq davam etmişdir. Bu müddətdə Böyük partlayışdan 
dərhal  sonra  kainatın  necə  olması  haqqında  məlumatlar  bazaya  daxil  edilmiş,  əsas 
kosmoloji nəzəriyyələrə uyğun kompüter proqramı yaradılmış, sonra isə kompüterin 
gəldiyi nəticələr izlənilmişdir.  
Kompüter modelləşdirməsinin nəticələri isə heyrəta-
miz dərəcədə gerçəkliyə yaxındır.  
Bu  modelin  yaradılmasına  çox  böyük  hesablama 
gücləri  sərf olunmuşdur.  Proqramın  başladılması  və 
nəticələrin alınmasına adi kompüterə təxminən 2 min 
il  tələb  olunsa  da,  ən  müasir  superkompüterlərin  və 
“Arepo” proqramının köməyi ilə bu işə 3 ay vaxt sərf 
olunur.
 
Bu 
m
ar
aql
ıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə