117
Şəbəkə te
xn
ologiyala
rı
4
Research Organisation) radioastronomiya laboratoriyasında mühəndis
Con
O’Sallivan (John O’Sullivan) tərəfindən yaradılıb.
Wi-Fi şəbəkəsi
Hazırda bir çox ictimai yerlərdə – hava limanlarında, mağazalarda, restoran və
kafelərdə, istirahət yerlərində, eləcə də evlərdə İnternetə çıxışı olan simsiz lokal
şəbəkələr fəaliyyət göstərir. Noutbukla və ya simsiz şəbəkə adapteri olan hər hansı
başqa cihazla belə şəbəkələrin təsir zonasında olduqda çox asanlıqla həmin şəbəkə-
lərə qoşulmaq mümkündür.
Kompüterin Wi-Fi şəbəkəsinə qoşulması
1. Start menyusunu açın və Control Panel bəndini seçin.
A D D I M
A D D I M –
Wi-Fi
adapteri
(yerləşik)
Müştəri 1
Müştəri 2
Müştəri 3
Wi-Fi adapteri
(xarici)
Wi-Fi adapteri
(PCMCI)
Server
İnternet
Wi-Fi
erişim
nöqtəsi + hab
LAYİHƏ
118
2.
Network and Internet bölümünə daxil olun.
3. Network and Sharing Center bölümündə Connect to a network bəndini çıqqıl-
dadın. Ətrafda mövcud olan simsiz şəbəkələrin siyahısı açılacaq.
4. Siyahıdan uyğun şəbəkəni seçin və sonra Connect düyməsini çıqqıldadın. Tapşırıqlar
zolağında
simgəsi yaranacaq. Bu isə seçdiyiniz şəbəkəyə qoşulmuş olduğunuzu
göstərir.
5. Əgər başqa bir şəbəkəyə qoşulmaq istəsəniz, öncə cari şəbəkədən ayrılmaq lazımdır.
Bunun üçün tapşırıqlar zolağındakı
simgəsini çıqqıldadın, açılan aktiv simsiz
şəbəkələrin siyahısından hazırda qoşulğunuz şəbəkəni seçin və Disconnect düyməsini
çıqqıldadın. Siyahıdan başqa bir şəbəkəni seçib ona qoşulun.
Diqqət!
Simsiz lokal şəbəkələrin əksəriyyəti qapalı olur, yəni icazəsiz qoşulmadan qorunur.
Belə
şəbəkələrə qoşulmaq üçün, əlbəttə, uyğun parolu daxil etmək lazımdır.
LAYİHƏ
119
Şəbəkə te
xn
ologiyala
rı
4
Simsiz şəbəkənin ən vacib xarakteristika-
larından biri onun təsir məsafəsidir. Maksi-
mal uzaqlıqdan artıq məsafədə yerləşən sim-
siz qurğular bir-biri ilə əlaqə yarada bilmir;
məsələn, açıq sahədə olan Wi-Fi şəbəkələ-
rində əksər qurğuların təsir məsafəsi təxmi-
nən 150 m (maksimum 300 m), qapalı yerdə
isə 20–30 metrdir. Bu isə Wi-Fi şəbəkələrinin
başlıca çatışmazlığıdır.
Wi-Fi şəbəkələrinin bu problemini
WiMAX (Worldwide
Interoperability
for Microwave Access) texnologiyası həll edir. Bu texnologiya iş stansiyaları və
daşınabilir kompüterlərdən tutmuş mobil telefonlaradək geniş spektrli qurğular üçün
Qeyd edildiyi kimi, bu gün evlərdə, mağazalarda, restoran və kafelərdə, hava
limanlarında və başqa ictimai yerlərdə Wi-Fi şəbəkəsindən geniş istifadə olunur.
Verilənlərin naqilsiz ötürülməsindən istifadə ilbəil həndəsi silsilə ilə artır, ancaq
mümkün tezliklər diapazonu hüdudsuz deyil və getdikcə daha da az olur. Bu məqsədlə
daha yüksək tezliklərdən istifadə edilir, ancaq bununla yanaşı, radiotezlik maneələri
də artır. Gələcəkdə belə problemdən qaçmaq üçün 2011-ci ildə
Li-Fi (
Light
Fidelity) texnologiyası ixtira olunub. Bu texnologiyada siqnalları daşımaq üçün
radiotezliklərdən deyil, yüksək parlaqlıqlı işıq diodundan (LED) istifadə edilir. İşıq
diodlar ani yanıb-sönür, çünki işıq diodunun işçi sürəti 1 mikrosaniyədən azdır. Bunu
isə insan gözü hiss etmir, ona görə də insana elə gəlir ki, işıq daim işləyir. Bu
gözəgörünməz yanıb-sönmələr verilənləri ötürmək üçün ikilik koddan istifadəyə
imkan verir. Yanma məntiqi "1"-ə, sönmə isə məntiqi "0"-a uyğundur. Bu prinsip işıq
diodunun yanıb-sönmə sürətini dəyişməklə verilənləri işıqla kodlaşdırmağa imkan
verir. Li-Fi texnologiyasında verilənlərin ötürülmə sürəti 10 Mbit/san-dən yuxarı ola
bilər. İşıq dalğaları divardan keçə bilmədiyindən bu texnologiyada əhatə dairəsi çox
da böyük olmur.
Bu
m
ar
aql
ıdır
Simsiz
texnologiyalar
"Ad hoc"
rejimi
"İnfrastruktur" rejimi
Wi-Fi
Li-Fi
WiMAX
Bluetooth
Simsiz fərdi şəbəkə (WPAN)
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ