0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə34/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   30   31   32   33   34   35   36   37   ...   79

 
83 
 
 
 
p-n keçidi: yarımkeçirici diod.  İki müxtəlif növ keçiriciyə malik yarımkeçirici 
kristalın (n-tip və p-tip kristalları) səthlərinin toxunma sərhədində yaranan birtərəfli 
keçid p-n keçidi adlanır
 Yarımkeçirici diod (iki yunan sözünün birləşməsidir: di – iki + odos – yol) bir  
p-n keçidinə malik olub xarici elektrik dövrəsinə qoşulmaq üçün iki çıxışla təchiz 
edilən cihazdır. Dioddan o zaman cərəyan keçir ki, onun p-tip hissəsinə müsbət gər-
ginlik verilsin. Diodun VAX-da onun düz və tərs keçidinin fərqi aydın görünür 
(f)

Qrafikin 0–3 hissəsi tərs  keçidə uyğun  olub, demək  olar, gərginlikdən asılı deyil. 
Qrafikin 0–1 hissəsi cərəyanın gərginlikdən asılı olaraq qeyri-xətti, 1–2 hissəsi isə 
xətti artma halına uyğundur. Diodun başlıca vəzifəsi p-n 
keçidin birtərəfli keçiricilik xassəsi  əsasında dəyişən 
cərəyanı düzləndirməkdir.  
Tranzistor.  Elektrik rəqslərini  gücləndirmək və  çevir-
mək  məqsədilə  tranzistor  (tranzistor  iki  ingilis  sözündən 
yaranıb: transfer – aparıram + rezistor – müqavimət) adla-
nan cihazdan istifadə olunur. Başqa sözlə desək, adi kran su 
axınının tənzimləyicisi rolunu necə oynayırsa, tranzistor da 
elektrik dövrəsindəki cərəyan şiddətinin tənzimlənməsində 
analoji rol oynayır. Tranzistor üç yarımkeçirici təbəqədən 
təşkil olunmuşdur: kənar təbəqələr eyni tip, ara təbəqə isə 
çox  nazik  başqa  tip  yarımkeçiricidir.  Tranzistorda  kənar 
təbəqələr uyğun olaraq emitter (ing. emit – şüalandırmaq, 
vermək) və kollektor (ing. collect – toplamaq), orta təbəqə 
isə baza adlanır.  Tranzistorlar  iki  növ  ola  bilir: 
??????????????????  və  
?????????????????? .  Dövrəyə  birləşdirmək  üçün  tranzistorun  üç  çıxışı 
olur  və  növündən  asılı  olaraq  elektrik  dövrəsində  xüsusi 
simvolla göstərilir 
(g)

Tranzistor  elektrik  dövrəsinə  iki  cərəyan  mənbəyi 
vasitəsilə  qoşulur.  Bu  zaman  emitter-baza  keçidi  düz 
keçid, baza-kollektor keçidi isə tərs keçid istiqamətində 
olur 
(h)
.  Məsələn, 
??????????????????  tranzistorunda  gücləndiriləcək 
siqnal  emitter  dövrəsinə  verilir,  kollektor  dövrəsindən 
Diod niyə birtərəfli keçiriciliyə malikdir? 
Təchizat:  nümayiş  diodu  (“yarımkeçirici  cihazlar  dəs-
ti”ndən), sabit cərəyan mənbəyi (4 V-luq düzləndirici), 
rezistor, ampermetr, açar, birləşdirici naqillər. 
İşin gedişi: 1. Cərəyan mənbəyi, diod, rezistor, amper-
metr və açardan ibarət ardıcıl dövrənin sxemini çəkin.  
2. Sxemə əsasən dövrəni qurun və açarı qapayıb amper-
metrin göstəricisini qeyd edin.  
3.  Açarı  açın,  diodu  dövrədən  ayırıb  tərsinə  qoşun  və 
təcrübəni təkrarlayın. 
Nəticənin müzakirəsi: 
 Diodu dövrəyə necə qoşduqda o, cərəyanı keçirdi? Niyə? 
ARAŞDIRMA 
 
1
 
(g)
(f)
(h)
  LAYİHƏ


84 
 
isə  gücləndirilmiş  siqnal  alınır.  Hər  iki  dövrə  açıq  olduqda  emitterdəki  əsas 
yükdaşıyıcılar olan deşiklər bazaya keçir. Baza təbəqəsi nazik olduğundan deşiklər 
oradakı elektronlarla birləşməyə imkan tapmır və onların 
95% hissəsi kollektora 
keçir. Nəzərə alınsa ki, emitter dövrəsindəki cərəyan şiddəti (
?????? ) baza və kollektorda 
yaranan cərəyan şiddətlərinin cəminə bərabərdir:  
??????
??????
= ??????
??????
??????
??????
,                      (1) 
bu halda kollektor dövrəsinin cərəyan şiddəti, demək olar, emitter dövrəsindəki cərə-
yan şiddətinə bərabər olur: 
??????
??????

 ??????
??????
.                                  (2) 
Ona görə də kollektor dövrəsindəki cərəyan şiddəti emitter dövrəsindəki cərəyan şid-
dətinə sinxron olaraq dəyişir. Nəticədə R rezistorunda sinxron dəyişən gərginlik ya-
ranır (bax: 
h
). Bu zaman rezistor böyük müqavimətli olarsa, emitter dövrəsində gər-
ginliyin kəskin artması (
10 ) dəfə baş verir. Cərəyan şiddətləri arasında (2) müna-
sibəti olduğundan R rezistorunda ayrılan güc emitter dövrəsində sərf olunan gücdən 
dəfələrlə çox olur.  
Tranzistoru 1948-ci ildə Amerika alimləri Uilyam Şokli, Valter Bratteyn və Con 
Bardin  ixtira  etmişlər.  Onlar  bu  işlərinə  görə  1956-cı  ildə  fizika  üzrə  Nobel 
mükafatına layiq görülmüşlər. 
 
 
Hansı rezistordan cərəyan keçər?
Məsələ 1. 
Sxemdə iki dioddan ibarət elektrik dövrəsi göstəril-
mişdir. Dövrənin A və B nöqtələrinə EHQ 12V və 
daxili  müqaviməti  2  Om  olan  cabit  cərəyan  mən-
bəyinin  qütbləri  birləşdirilir.  Rezistorların  müqa-
vimətləri 
??????
1
= 3 ????????????  və ??????
2
= 4 ????????????-dur.
 
a)  Əgər  dövrənin  A  nöqtəsinə  cərəyan  mənbəyinin  mənfi,  B 
nöqtəsinə müsbət qütbü birləşdirilərsə, hansı rezistordan cə-
rəyan keçər? 
b) Əgər dövrənin  A nöqtəsinə cərəyan mənbəyinin müsbət, B nöqtəsinə mənfi qütbü bir-
ləşdirilərsə, hansı rezistordan cərəyan keçər?
 
c)  Dövrənin  A  nöqtəsinə  cərəyan  mənbəyinin  müsbət  qütbü  birləşdirilərsə,  dövrənin 
ümumi müqaviməti nəyə bərabər olar; mənfi birləşdirilərsə, nəyə bərabər olar? 
d) Dövrənin A nöqtəsinə cərəyan mənbəyinin müsbət qütbü birləşdirilərsə, dövrədən keçən 
cərəyan şiddəti nəyə bərabər olar; mənfi qütbü birləşdirilərsə, nəyə bərabər  olar? 
Nəticənin müzakirəsi: 
 Diod dövrəyə necə qoşulmalıdır ki, o, çərəyanı keçirsin? Niyə? 
 Cərəyan mənbəyinin müsbət qütbü dövrənin A nöqtəsinə birləşdirildikdə dövrənin ümu-
mi müqavimətini və cərəyan şiddətini necə təyin etdiniz?
 
ARAŞDIRMA 
2
 
TƏTBİQETMƏ 
R
1
 
R
2
 
B
 
A
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə