0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə33/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

 
81 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqinə “yarımkeçirici”, “məxsusi keçiricilik”, “aşqar keçiricilik”, “n-tip 
yarımkeçirici”,  “p-tip  yarımkeçirici”  anlayışlarının  tərif,  yaxud  izahlarını 
qeyd edin. 
 
 
Yarımkeçirici termistor elektrotexnikanın, demək olar, bü-
tün  sahələrində  tətbiq  olunan  cihazdır.  Onun  köməyi  ilə 
soyuducuda freonun, qabyuyan və paltaryuyan maşınların 
vakuum  kamerasının,  avtomobildə  mühərrik  yağının  və 
digər  elektrik  sistemlərinin  temperaturunu  müəyyən-
ləşdirmək və tənzimləmək mümkündür 
(f)
.  
 
 Termistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə 
əsaslanmışdır?
 
  Onun  vasitəsilə  temperatur  necə  müəyyən  oluna  bilər? 
Ümumi şəkildə fərziyyənizi söyləyin.
??????℃ 
(f)
 
 
(d)
 sxeminə əsasən müəyyən edin:  
1) sxemdə nə təsvir edilmişdir?  
2) 3 rəqəmi ilə nə işarə edilmişdir?  
3) Si atomuna aşqar olaraq bor (B) atomu vurulduqda hansı tip yarımkeçirici alınır? 
Niyə? 
 
(e)
  sxeminə əsasən müəyyən edin:  
1) sxemdə nə təsvir edilmişdir?  
2) 4 rəqəmi ilə nə işarə edilmişdir?  
3) Si  atomuna aşqar olaraq stibium (Sb) atomu vurulduqda hansı tip yarımkeçirici 
alınır? Niyə? 
 
 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Yarımkeçiricilərin elektrik keçiriciliyi metalların, 
qazların, elektrolit və vakuumun elektrik keçirici-
liyindən nə ilə fərqlənir?  
 
 
 

Yarımkeçiricinin aşqar keçiriciliyinin onun məxsusi 
keçiriciliyindən fərqi nədir? 
 
 
 

IV qrup yarımkeçirici kristalına aşqar kimi V qrup 
kimyəvi elementi vurularsa, o hansı tip keçirici 
olar? Niyə? 
 
 
 

VII qrup yarımkeçirici kristalına aşqar kimi III qrup 
kimyəvi elementi vurularsa, o hansı tip keçirici olar? 
Niyə? 
 
 
 
  LAYİHƏ


82 
 
2.8. YARIMKEÇİRİCİ DİOD. TRANZİSTOR 
 
İki  yarımkeçirici kristalı, yəni p - və n-tip kristallarını lehimlədikdə onların  
toxunma hissəsində elektron-deşik keçidi (və ya p-n keçidi) yaranır. Bu zaman 
n-tip  kristalından  elektronların  bir  hissəsi  p-tip  kristalına  diffuz  edərək 
sərhəddəki deşiklərin müəyyən hissəsi ilə rekombinasiya edərək neytrallaşır. 
p-tip kristalından isə deşiklərin bir hissəsi n-tip kristalına diffuz edərək oradakı 
elektronların müəyyən hissəsi ilə neytrallaşır. Nəticədə yarımkeçirici kristalın 
p-n keçidində sərbəst elektron və deşiklərin konsentrasiyası kəskin azalaraq 
həmin hissənin müqavimətini artırır. Ona görə də kontaktın ab sərhədində 
yaranan böyük müqavimətli bu təbəqə elektronların n-hissədən p-hissəyə, 
deşiklərin isə p-hissədən n-hissəyə sonrakı keçidlərinin qarşısını alır 
(a)
.  
p-n keçidinə malik kristal sabit cərəyan dövrəsinə qoşularsa, o, cərəyanı 
yalnız  bir  istiqamətdə  yaxşı  keçirəcəkdir.  Əgər  kristalın  n-tip  hissəsi 
cərəyan mənbəyinin mənfip-tip hissəsi isə müsbət qütbünə birləşdirilər-
sə, mənbəyin yaratdığı elektrik sahəsinin təsiri ilə n-tip kristaldan elek-
tronlar, p-tip kristaldan isə deşiklər bir-birinə qarşı, ab sərhədinə doğru 
hərəkət  edəcək.  Sərhədi  keçən  elektronlar  deşikləri  dolduraraq  ab 
təbəqəsinin l qalınlığını və deməli, kristalın ümumi elektrik müqavimətini 
azaldacaqdır 
(b)
. Belə birləşmə düz keçid adlanır, dövrədən elektrik cərə-
yanı maneəsiz keçir. 
Əgər kristalın n-tip hissəsi cərəyan mənbəyinin müsbət, p-tip hissəsi isə 
mənfi qütbünə birləşdirilərsə, mənbəyin yaratdığı xarici elektrik sahəsinin 
təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan deşiklər qarşılıqlı əks 
istiqamətlərə, ab sərhədindən kristalın əks uclarına doğru hərəkət edəcək. 
Nəticədə ab sərhədindəki ikiqat təbəqənin qalınlığı və deməli, kristalın 
ümumi elektrik müqaviməti artacaq 
(c)
. Bu halda dövrədən, demək olar, 
elektrik cərəyanı keçmir: tərs keçid baş verir. 
 Yarımkeçirici diod – bir p-n keçidindən və elektrik dövrəsinə birləş-
dirmək üçün iki kontaktdan ibarət cihazdır. p-n keçidinə malik yarımke-
çirici  diod  sabit  cərəyanı  yalnız  bir  istiqamətdə  keçirir.  Yarımkeçirici 
diodun biristiqamətli keçiriciliyi elektrik dövrələrində sxematik olaraq xü-
susi işarə ilə göstərilir 
(d)
.
 
 

 
Barselona  universitetinin  (İspaniya)  alimləri 
2017-ci ildə Si təbəqəsində yerləşdirilən bir mo-
lekulun  yarımkeçirici  diod  kimi  işlədiyini  nü-
mayiş etdirdilər. Nonadien-1,8 adlandırılan bu 
molekul  9  karbon,  12  hidrogen  atomundan 
(
?????? ?????? ) təşkil olunmuşdur 
(e)

Beləliklə, hətta molekulyar elektronika miqya-
sına görə dünyada ən kiçik olan bu diodun müs-
bət xüsusiyyəti onun otaq temperaturunda işlə-
yə  bilməsidir.  Mənfi  cəhəti  isə  stabil  işləmə 
müddətinin çox qısa olmasıdır. 
Mənbə: Albert C. Aragonès, Nadim Darwish, Simone 
Ciampi, Fausto Sanz, J. Justin Gooding & Ismael Díez-
Pérez. Single-molecule electrical contacts on silicon 
electrodes under ambient conditions // Nature Communi-
cations. 2017. 8. DOI:10.C 1038 /ncomms 15056.
 Yarımkeçirici diodun iş prinsipi nə-
yə əsaslanır? 
 Alimlər niyə daha kiçikölçülü diod 
yaratmağa çalışırlar? Belə diodun 
üstünlükləri nədədir?  
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9
(e)
 
Nonadien-1,8  
molekulu 
Si təbəqəsi 
l
 
a
 
n
 
p
b
E
n-p
(a)
 
l
 
a
 
n
 
p
E
n-p
b
(c)
 
E
l
 
a
 
n
 
p
E
n-p
b
 
(b)
 
E
 
Katod
(n-tip)
I
Anod
 
(p-tip)
 
(d)
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə