0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə29/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

72 
 
Qaz boşalmasının VAX-ı. VAX təcrübi olaraq müəyyən edilmişdir. Belə ki,  ion-
laşdırıcının təsiri ilə şüşə borunun elektrodları (katod və anodu) arasındakı qaz ion-
laşdırılaraq orada elektron və müsbət ionlar yaradılmışdır 
(a)
. Bundan sonra elekt-
rodlar arasına gərginlik verilmiş və o, sıfır qiymətindən tədricən artırılmağa başlan-
mışdır. VAX-dan görünür ki, zəif elektrik sahəsində qazdakı elektrik yükdaşıyıcıla-
rına da zəif elektrik qüvvələri təsir edir və qazda elektrik cərəyanı gərginliklə düz 
mütənasib artır (bax: 
b, 
VAX-da 
Oa 
hissəsi). Bu hissədə qazda cərəyanın dəyişməsi 
Om qanununa uyğun baş verir.  
 
Gərginliyin sonrakı artımında cərəyan şiddəti ilə gərginlik arasındakı mütənasib-
lik  pozulur  (
ab 
hissəsi).  Gərginliyin 
??????   qiymətindən  başlayaraq  cərəyan  şiddəti 
gərginlikdən  asılı  olmur 
  doyma  hadisəsi  baş  verir  (qrafikin 
bc
  hissəsi).  Deməli, 
borudakı  bütün  elektronlar  və  müsbət  ionlar  nizamlı  hərəkət  etməklə  cərəyanın 
yaranmasında iştirak edirlər. Beləliklə, qrafikin 
Oc
 hissəsi qazın qeyri-müstəqil boşal-
masına uyğundur (bax: xatırlama hissəsi). 
Doyma cərəyan şiddətinin qiyməti aşağıdakı ifadə ilə təyin edilə bilər: 
?????? =
??????????????????
??????
.                                 (2) 
Burada 
?????? −  ?????? müddətində qazın vahid həcmində ionlaşdırıcının yaratdığı elektron-
ion cütünün sayı, 
?????? − elementar yük, ?????? − elektrodlar arasındakı fəzanın həcmidir. 
Gərginliyi artırmaqda davam etdikdə elə bir an gəlib çatır ki, onun müəyyən qiy-
mətindən başlayaraq (
??????
2
-dən
) sonrakı kiçik artımlarında qazdakı elektronların ki-
netik enerjisi kəskin artır. Əgər bu enerji qaz molekullarının ionlaşma enerjisindən 
böyük olarsa, yəni 
??????

2
??????                                (3) 
şərti ödənilərsə, bu halda həmin elektronlar molekullarla toqquşduqda əlavə enerji 
almış  atomlar  elektron  itirərək  ionlaşar.  Bu  hadisə  elektron zərbəsi ilə ionlaşma 
adlanır.  Nəticədə  qazda  elektron  və  ionların  sayı  və  deməli,  cərəyan  şiddəti  artır 
(qrafikin 
cd 
hissəsi). Gərginliyin daha böyük qiymətlərində isə elektrik sahəsində 
böyük kinetik enerji alan müsbət ionlar katoda vurduqları ardıcıl zərbələr nəticəsində 
ondan  elektronları  vuraraq  çıxarır  –  ikinci  elektron  emissiyası  baş  verir.  Bununla 
??????
??????
??????
(a)
 
(b)
 
??????
??????
??????
0
1
2

4
?????? 
??????
??????
??????
??????
??????
??????
  LAYİHƏ


 
73 
 
 
yanaşı, katodun temperaturu kəskin artır və orada termoelektron emissiyası baş verir. 
Nəticədə  qazda  elektrik  yükdaşıyıcılarının  sayı  və  deməli,  ondan  keçən  cərəyan 
şiddəti daha kəskin artır (qrafikin 
de 
hissəsi). Beləliklə, (3) şərti ödənildikdə müstəqil 
qaz boşalması yaranır.  
 
 
Qazın ionlaşması dedikdə nə nəzərdə tutulur? 
Məsələ  2. 
İonlaşdırıcı  borunun  elektrodları  arasındakı  qazın 
həcmi 
0,25 ??????-dir. Xarici təsirlə ionlaşdırılan qazda 
doyma cərəyan şiddəti 
?????? = 1,6 ∙ 10 ????????????-dir. Qa-
zın vahid həcmində 2 san müddətində neçə elektron-
ion cütü əmələ gəlir (
?????? = 1,6 ∙ 10
????????????)? Elektrik 
sahəsini bircins qəbul edin.  
Nəticənin müzakirəsi: 
 Nə üçün qazın ionlaşması dedikdə qazda  elektron-ion cütü-
nün yaranması nəzərdə tutulur? 
 
 Niyə adi elektrik xətlərindən fərqli olaraq yüksək gərginlik xətləri izolyasiya qatı ilə 
örtülmür?  
 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Qaz boşalması mənfi ionların hesabına baş verə 
bilərmi? Cavabınızı əsaslandırın. 
 
 
 

Qazda müstəqil boşalmanın baş verməsi üçün 
hansı şərt ödənilməlidir? 
 
 
 

İonlaşdırıcının təsiri ilə qazda ionların sayı 
müəyyən həddə qədər artır, sonra isə sabit qalır. 
Niyə? 
 
 
 

Şimşək çaxması 1 msan -da baş verdi. Bu zaman 
şimşəkdən 60 kA cərəyan keçdi. Şimşəyin 
daşıdığı elektrik yükünün miqdarını təyin edin.  
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqinə “qaz boşalması”, “müstəqil boşalma”, “qeyri-müstəqil bo-
şalma”, “ionlaşma enerjisi”, “sərbəst qaçış yolu” anlayışlarının tərifini, 
yaxud izahlarını qeyd edin və müstəqil boşalma ilə qeyri-müstəqil 
boşalmanın VAX-ını çəkin.
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
  LAYİHƏ


74 
 
2.6. ELEKTROLİT MƏHLULLARINDA ELEKTRİK CƏRƏYANI. ELEKTROLİZ QANUNU 
 
  Məhlulları  (və  ya  ərintiləri)  elektrik  cərəyanını  keçirən 
maddələr (duz, turşu və qələvi) elektrolitlər adlanır. 
  Suda  həll  olmuş  molekulların  parçalanması  zamanı  müsbət  və 
mənfi ionların yaranma prosesi elektrolitik dissosiasiya adlanır.  
 Elektrolitdə elektrik cərəyanı müsbət və mənfi ionların nizamlı hərəkətidir. 
 Elektrolitdən cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması prosesi elektroliz adlanır. 
  Elektroliz  zamanı  elektrodlar  üzərində  ayrılan  maddənin  kütləsi  elektrolitdən  keçən 
elektrik yükünün miqdarı ilə düz mütənasibdir. İngilis alimi 
M.Faradeyin müəyyən 
etdiyi e
lektroliz qanunu adlanan bu asılılıq riyazi şəkildə belə ifadə olunur: 
m = k ∙ q       və ya         m = kIt. 
Burada m – elektrod üzərində ayrılan maddənin kütləsi, q – elektrolitdən keçən elektrik 
yükünün miqdarı, k – mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi ekvivalentidir.  
 Maddənin elektrokimyəvi ekvivalenti ədədi qiymətcə elektrolitdən 1 Kl yük keçərkən 
elektrod  üzərində  ayrılan  maddənin  kütləsinə  bərabərdir.  Elektrokimyəvi  ekvivalent 
müxtəlif maddələr üçün müxtəlif qiymətə malikdir.
 
 

 
İnsan ürəyindən cansız avtomobillərə, pleyer və mobil telefonlara qədər 
bütün  müasir  cihazların  ayrılmaz  hissəsi  elektrokimyəvi  cərəyan 
elementi və müxtəlif akkumulyatorlardır.  
Yüksək  temperaturda  əridilən  boksitdən  elektroliz  üsulu  ilə  adi  kola 
bankasından tutmuş aviasiya sənayesində istifadə olunan  alüminium 
istehsal edilir. Ətrafımızda, demək olar, hər şey 
 qızıl suyu ilə örtülmüş 
üzük  və  sırğadan,  avtomobillərin  xromlanmış  barmaqlıqlarına  qədər 
elektrolit məhlullarından keçmişdir. Təsadüfi deyildir ki, bu hadisəni 
xüsusi elm – elektrokimya adlandırılan elm sahəsi öyrənir. 
 Bəs bu 
hadisənin 
fiziki əsası nə-
dən ibarətdir? 
 
 
Elektroliz hadisəsi. Araşdırmadan aşağıdakı nəticəyə gəlmək olar: 
1. Mayelər də qazlar kimi həm dielektrik, həm də naqil ola bilir. 
Məhlulda elektrik cərəyanını hansı 
yükdaşıyıcılar təmin etdi? 
Təchizat:  sabit  cərəyan  mənbəyi  (BC-24  düzləndiricisi), 
elektrolitik vanna, distillə edilmiş su, 
????????????????????????  duzu, amper-
metr, voltmetr, açar, reostat, birləşdirici naqillər. 
İşin gedişi:  
1. Verilən sxemə əsasən elektrik dövrəsi yığın.
2.  Elektrolitik  vannaya  distillə  edilmiş  su  tökün  və  dövrəni  qapayın.  Elektrik  ölçü 
cihazlarının göstəricilərinə diqqət yetirin.  
3. Açarı açın, suya bir qədər 
????????????????????????  duzu əlavə edib dövrəni yenidən qapayın. Elektrik 
ölçü cihazlarının göstəricilərini izləyin.  
Nəticənin müzakirəsi: 
 Təcrübədən hansı nəticəyə gəldiniz? 
 Suya ????????????????????????  duzu əlavə etdikdə elektroliz hadisəsinin başvermə prosesini izah edin. 
 Duzlu su məhlulunda elektrik cərəyanını hansı yükdaşıyıcılar təmin etdi? 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  9
ARAŞDIRMA  
1 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə