0f11aztitul(1-7)


QAZLARDA ELEKTRİK CƏRƏYANI



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə28/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   24   25   26   27   28   29   30   31   ...   79

70 
 
2.5. QAZLARDA ELEKTRİK CƏRƏYANI 
 “Vilhelm Konrad Rentgen” mövzusundakı posterin müzakirəsi: 
 Vilhelm Konrad Rentgen kimdir?  O, rentgen şüalanmasını necə 
aşkar etmişdir? 
 Rentgen bu şüaları nə adlandırmışdır?  Rentgen 
bu işinə görə hansı mükafatı almışdır? 
“Rentgen şüalanmasının tətbiqləri” mövzusundakı posterin müzakirəsi:  
 Rentgen şüalanması təbabətdə hansı məqsədlər üçün tətbiq edilir?   Rentgen şüalanması 
elmin hansı sahələrində geniş tətbiq olunur? 
 Rentgen şüalanmasının nə kimi istehsalat 
tətbiqləri var? 
 Rentgen şüalanmasının zərərli təsirləri nədən ibarətdir? 
 
Qaz  adi  şəraitdə  dielektrikdir.  Qazda  iki  üsulla  sərbəst  yükdaşı-
yıcılar yaratmaq olar:  
1.  Qaz  molekullarını  xarici  təsirlə  ionlaşdırmaqla.  Qazın  neytral 
atom və molekullarını ionlaşdıran xarici təsirlər ionlaşdırıcı adlanır.  
Xarici təsirlər olan yüksək temperatur, şüalandırmaq, yüksəksürətli zərrəciklərlə “bombard-
man” etmək və s. ionizatordur.  2. Qaz mühitinə xaricdən yüklü zərrəciklər (elektron, ion) 
daxil etməklə; məsələn, şamı və ya spirt lampasını yandırdıqda onun alovu havanı müsbət 
və mənfi ionlarla təchiz edir. Bu zərrəciklər elektrik sahəsinə gətirildikdə nizamlı hərəkət 
edərək mühitdə elektrik cərəyanı yaradır. Hadisəni sadə təcrübə ilə müşahidə etmək olar. 
Belə  ki,  yüklənmiş  kondensator  lövhələri  arasındakı  mühitə  şam  alovunu daxil  etdikdə 
kondensator dərhal boşalır 
 lövhələr arasındakı hava elektrik cərəyanını keçirir.  
  Qazlardan  elektrik  cərəyanının  keçməsi  qaz  boşalması  adlanır.  Qazlarda  elektrik 
cərəyanı elektrik sahəsinin təsiri altında elektronların, müsbət və mənfi ionların nizamlı 
hərəkətidir. 
İonlaşdırıcının təsiri kəsildikdə elektronlar və müsbət ionlar bir-birinə yaxınlaşaraq yenidən 
neytral  atoma  çevrilir 
  zərrəciklərin  rekombinasiyası  baş  verir.  Nəticədə  qaz  yenidən 
dielektrikə çevrilir və xarici elektrik sahəsinin olmasına baxmayaraq qaz boşalması kəsilir. 
 İonlaşdırıcının təsiri altında baş verən qaz boşalması qeyri-müstəqil boşalma adlanır. 
  Xarici  təsir  olmadan  qazın  elektrik  cərəyanını  keçirməsi  müstəqil  boşalma  adlanır. 
Müstəqil qaz boşalması sürətləndirilən elektronların yaratdıqları zərbə ionlaşması və 
katodun səthindən yeni nəsil elektronların emissiyası nəticəsində baş verir. 
Müstəqil qaz boşalmasının dörd növü var: alovsuz boşalma, qığılcım boşalması, qövs bo-
şalması, tac boşalması. 
Alovsuz boşalma 
 aşağı təzyiqlərdə (10 10 mm c. süt) elektrodlar arasında gərgin-
lik bir neçə yüz volt olduqda baş verir.  
Qığılcım boşalması 
 elektrodlar arasında yüksək gərginlik olduqda baş verir. Boşalma-
nın xarakterik cəhəti ani və sürətli olmasıdır. 
Qövs boşalması 
 çox qızdırılan katodlarda əmələ gələn intensiv termoelektron emissiyasıdır. 
Tac boşalması 
 böyük elektrik yükünə malik itiuclu metalların ətrafında baş verir. 
 

 
Demək olar, hər gün müxtəlif formalı elektrik açarla-
rından istifadə edirsiniz. Onun vasitəsilə mənzildə və 
sinif  otağında  işıqları  yandırıb-söndürür,  elektrik  iş-
lədicilərini (su qızdırıcısı, tozsoran  və s.) elektrik döv-
rəsinə təhlükəsiz qoşur və ayırırsınız.
 
 Elektrik açarının təsiri 
nəyə əsaslanır?
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9
• Layihənin müzakirəsi

Qruplar üzrə
  LAYİHƏ


 
71 
 
 
 
 
Qaz boşalması.  Qazlar adi şəraitdə neytral atom və molekullardan təşkil olun-
duğu üçün dielektrikdir 
 elektrik cərəyanını keçirmir. Qazı keçirici etmək üçün onu 
ionlaşdırmaq lazımdır.  
 İonlaşma 

 neytral qaz atomunun (və ya molekulunun) elektron itirməsi və ya 
alması hesabına iona çevrilmə prosesidir
Elektronu neytral atomdan qopararaq onu müsbət iona çevirmək üçün elektron ilə 
nüvə arasında mövcud olan Kulon qarşılıqlı cazibə qüvvəsinə qarşı iş görülməlidir.  
 Elektronu neytral atomdan qoparmaq üçün zəruri olan minimum enerji ionlaş-
ma enerjisi (
?????? ) adlanır.  
Qazın ionlaşdırılması müxtəlif üsullarla həyata keçirilə bilər: 
 mühitə yanacaq alovu daxil etməklə (alovun tərkibi böyük miqdarda müsbət və 
mənfi ionlardan ibarətdir); 
 qazı ionlaşdıra biləcək yüksək temperatura (10 ??????-dən yüksək) qədər qızdır-
maqla. Buna termik ionlaşdırma deyilir; 
 qazı rentgen, radioaktiv və kosmik şüalarla şüalandırmaqla; 
 qazda güclü elektrik sahəsi yaratmaqla. 
İonlaşmış qazın olduğu fəzada elektrik sahəsi yaradılarsa, qazdan elektrik cərə-
yanı keçər 

 qaz boşalması baş verər. Qaz boşalmasının iki növü var: qeyri-müstəqil 
boşalma və müstəqil boşalma
Müstəqil qaz boşalmasının növlərini fiziki mexanizminə görə fərqləndirin. 
Məsələ 1. 
Verilən 7 şəkli araşdırın. Onların müstəqil qaz boşalmasının hansı növünə  aid 
olduğunu təyin edib nömrələrini uyğun açar sözün altında yazın.
1 
2
3
4
 
5
 
6
7
Nəticənin müzakirəsi:
 Müstəqil qaz boşalmasının  növlərinin fiziki mexanizminə görə  necə fərqləndiyini izah edin.
 
 Müstəqil və qeyri-müstəqil qaz boşalması hansı şəraitdə yarana bilər?
 
ARAŞDIRMA 
 
1
 
Qövs boşalması 
Alovsuz  boşalma 
Tac boşalması 
Qığılcım boşalması 
 
 
 
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə