0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə26/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   22   23   24   25   26   27   28   29   ...   79

66 
 
2.4. VAKUUMDA ELEKTRİK CƏRƏYANI 
 Elektronların yüksək temperatura qədər qızdırılan metalı tərk etməsi 
hadisəsi  termoelektron  emissiyası  adlanır.  Əgər  qapalı  elektrik 
dövrəsinə termoelektron emissiyası baş verən qurğu qoşub metaldan 
buxarlanan  elektronlara  istiqamətlənmiş  hərəkət  verilərsə,  o,  döv-
rədən biristiqamətli çərəyan keçməsini təmin edər.  
 İş prinsipi termoelektron emissiyasına əsaslanan, katod və anod-
dan  ibarət  ikielektrodlu  vakuum  balonu  ikielektrodlu  elek-
tron lampası və ya vakuum diodu adlanır. 
Vakuum diodunun başlıca xüsusiyyəti ondan ibarətdir ki, ora-
da elektronlar yalnız bir istiqamətdə – katoddan anoda doğru 
hərəkət edə bilir. 
Belə ki, qızdırılan katodun səthindən emissiya edən elektronlar onun ətrafında elektron 
buludu yaradır. Katod cərəyan mənbəyinin mənfi, anod isə müsbət qütbünə birləşdirilərsə, 
bu elektrodlar arasında yaranan elektrik sahəsinin təsiri ilə elektronlar anoda doğru nizamlı 
hərəkət edir. Onlar anoda çatdıqda dövrə qapanır, ondan cərəyan keçir. 
  Nazik  elektron  selini  sürətləndirməklə  elektrik  siqnallarını  işıq  siqnallarına  çevirən 
vakuum cihazı – elektron-şüa borusudur. 
Elektron-şüa  borusu uzun  illər  kompüter,  ossiloqraf,  elektron  mikroskopu,  televizor  və 
başqa cihazların mühüm hissələrindən biri olmuşdur. 
 
 
 
 

 
Lenor  şəhərinin  (ABŞ,  Kaliforniya  ştatı)  yan-
ğınsöndürmə  hissələrinin  birində  dünyada  ən 
“uzunömürlü”  lampa  işıqlanır.  “Ginnesin  re-
kordlar” kitabına düşmüş, “Yüzillik lampa” ad-
landırılan  və  demək  olar,  heç  vaxt  söndürül-
məyən 4 Vt gücündə olan bu lampa 1901-ci il-
dən bu günə qədər işıqlanmaqda davam edir 
(a)
.
 
 Sizcə, bu lampanın “uzun-
ömürlü” olmasının səbəbi 
nədir? 
 Şüşəsi sınmış, lakin spiralı 
zədələnməyən elektrik lampası 
yenə də əvvəlki kimi uzun 
müddət işıqlana bilərmi 
(b)

Niyə? 
 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –9
 
 Vakuum nədir? 
 Vakuum insanın 
“dostudur”, yoxsa 
“düşməni”?  
Cavabınızı misallarla 
əsaslandırın. 
 
(a) 
(b)
R
1
 
Katod  Anod 
Kondensatorlar  
sistemi 
Vakuum balonu 
  LAYİHƏ


 
67 
 
 
 
 
Vakuumun  elektrik keçiriciliyi. Vakuum (lat: “vakuus” 

 boş)

 içərisində heç 
bir atom və molekul olmayan mühitdir.   

 Texnika və tətbiqi fizikada vakuum dedikdə havası olduqca seyrəkləşdirilmiş 
mühit (təzyiqi atmosfer təzyiqindən dəfələrlə kiçik olan qaz) nəzərdə tutulur.  
Vakuum şəraiti yaradılan qabda (vakuum kamerasında) qaz molekullarının sərbəst yo-
lunun uzunluğu (molekulun bir toqquşmadan digər toqquşmaya qədərki orta məsafəsi
qabın ölçülərindən, yaxud mühitdəki elektrodlar arasındakı məsafədən çox böyük olur. 
Bu səbəbdən vakuum kamerasında qaz molekulları, demək olar, bir-biri ilə toqquşmur. 
Onlar yalnız kameranın divarları və elektrodlarla toqquşur. 
Vakuum ideal dielektrikdir (elektrik cərəyanını keçirmir), çünki orada heç bir 
sərbəst elektrik yükdaşıyıcısı yoxdur.  
Vakuumdan elektrik cərəyanı keçirmək üçün oraya süni yolla sərbəst yüklü zərrəcik-
lər daxil edilməli və həmin mühitdə elektrik sahəsi yaradılmalıdır. Vakuumda sərbəst 
yüklü  zərrəciklər  mənbəyi  kimi  metallardan  istifadə  edilir. 
Təbiidir ki, sərbəst elektronun metalı tərk edib vakuuma çıx-
ması üçün o, kristal qəfəsin ionları ilə Kulon qarşılıqlı cazibə 
qüvvəsinə üstün gəlməlidir 
(c)
. Bunun üçünsə elektron həmin 
qüvvəyə qarşı iş görməlidir. Görülən bu iş elektronun metaldan 
çıxış işi adlanır. 
 
 Çıxış işi (??????
ç
 ) 

 elektronun metalı tərk edərək vakuuma 
çıxması üçün lazım olan enerjinin minimum qiymətidir. Çıxış işi yalnız metalın növündən 
asılıdır. Metalı elə elektron tərk edə bilər ki, onun kinetik enerjisi ilə çıxış işi arasında  
??????

2
??????
ç
                    (1) 
münasibəti ödənilsin. Metaldakı sərbəst elektron daim ionlarla qarşılıqlı təsirdə ol-
duğundan onun kinetik enerjisi kiçik olur və metalı tərk edə bilmir. Elektrona əlavə 
enerji verilməklə onun metalı tərk etməsinə nail oluna bilər.  
 Elektronun metalı tərk etməsi elektron emissiyası adlanır
Metaldakı sərbəst elektronlara əlavə enerji müxtəlif üsullarla verilə bilər; məsə-
lən, metalı yüksək temperatura qədər qızdırmaq və ya metalın səthini güclü işıqla 
şüalandırmaq belə üsullardandır. 
Məsələ 1. 
Bildiyiniz məlumatlara əsaslanaraq nöqtələrin yerinə 
uyğun açar sözü yazmaqla verilən cümlələri tamam-
layın. 
... hadisəsinə əsaslanan ən sadə ... lampası ... elektron lampası və 
ya ... . Vakuum diodu havası  
10
10 ???????????? ??????????????????. ??????ü??????. ... qədər 
... şüşə (və ya saxsı) balondur. O, içərisinə daxil edilmiş ... və ...  
adlandırılan  iki elektrodla təchiz edilmişdir. Katod ... mənbəyinin 
... , anod isə ... qütbünə birləşdirilməklə dövrədə ... biristiqamətli 
keçiriciliyini təmin edir. Beləliklə, vakuumda ... elektronlardır. 
Nəticənin müzakirəsi. 
  Niyə vakuum lampası birtərəfli elektrik keçiriciliyinə malikdir?
Açar sözlər: 
təzyiq;   
termoelektron emissiyası;  
katod; 
vakuum;   
elektrik yükdaşıyıcıları; 
mənfi;   
müsbət; 
elektrik cərəyanı;  
ikielektrodlu;  
sabit cərəyan; 
seyrəkləşdirilmiş;   
anod;  
vakuum diodu.
 
ARAŞDIRMA 
 
1
 
Cümlələri tamamlayın.
 
??????⃗
??????
 
??????⃗
??????
 
(c)
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə