0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə24/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

 
61 
 
 
yarada  bilir.  İfratkeçirici  maqnitlər  elementar  yüklü  zərrəciklərin  sürətləndirici-
lərində, qaynar plazmanı idarə edən qurğularda və s.-də tətbiq olunur.    
 
 
Naqillərin xüsusi keçiriciliyini müqayisə edin. 
Məsələ 2. 
Şəkildə iki naqilin VAX-ı təsvir edilmiş-
dir.  Buna görə:  a)  müqaviməti    böyük 
olan  naqili  təyin  edin;  b)  naqillərin  hər 
birinin müqavimətini hesablayın. 
Nəticənin müzakirəsi: 
 Naqilin müqavimətinin fiziki mexanizmini klassik 
elektron  nəzəriyyəsi  əsasında  necə  izah  etmək 
olar?  
 Hansı naqilin xüsusi keçiriciliyi daha böyükdür? 
Niyə? 
 
 
Penoplast lövhələri kəsmək üçün kəsici qurğunu mü-
əyyən tərkibli məftillə təchiz etmək lazımdır. Problemi 
həll etmək üçün qarşımızda olan iki müxtəlif tərkibli 
metal  kələfçədən  lazımi  məftili  təyin  edib  ondan 
müəyyən hissə kəsmək lazımdır. 
 
İxtiyarımızda olan alətlər: xətkeş, mikrometr, ommetr. 
 Kəsici qurğu üçün hansı tərkibli məftil seçilməlidir?   
 Məftilin tərkibini necə müəyyənləşdirmək olar?
  
 
 
№ 
Suallar 
Bilirəm 
zəif  orta  yaxşı 

 
?????? =   düsturuna görə söyləmək olarmı ki, elektrik müqavi-
məti dövrə hissəsindəki cərəyan şiddətindən düz, onun ucla-
rındakı gərginlikdən tərs mütənasib asılıdır? Niyə? 
 
 
 

Niyə temperatur azaldıqca metal naqilin xüsusi keçiriciliyi 
artır, onun xüsusi müqaviməti isə azalır? 
 
 
 

Mis məftilin uzunluğu 8 m, kütləsi isə 89 q-dır. Misin sıx-
lığı 
8,9 ∙ 10 ???????????? ??????

-dir. Məftilin müqaviməti nəyə bəra-
bərdir (misin xüsusi müqaviməti:
1,8 ∙ 10 ???????????? ∙ ?????? )? 
 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: 
“dövrə  hissəsi  üçün  Om  qanunu”,  “gərginlik  düşküsü”,  “metal 
naqilin müqaviməti”, “xüsusi müqavimət”, “ifratkeçiricilik”.
 
 
 
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
U,V 
1
0
2
  LAYİHƏ


62 
 
2.3. ELEKTRİK HƏRƏKƏT QÜVVƏSİ. TAM DÖVRƏ ÜÇÜN OM QANUNU 
 
Naqildən elektrik cərəyanının uzun müddət keçməsi üçün onun 
uclarında  fasiləsiz  olaraq  potensiallar  fərqi  yaradılmalıdır: 
naqilin uclarında fasiləsiz olaraq elektrik yüklərinin toplanması 
 təmin edilməlidir. Bu məqsədlə cərəyan mənbəyindən və ya generator adlanan qurğudan 
istifadə olunur. 
  Cərəyan  mənbəyində  elektrik  yüklərinin ayrılması  baş  verir:  müsbət yüklər onun bir 
qütbündə, mənfi yüklər isə digər qütbündə toplanır. 
  İş  prinsipi  kimyəvi  reaksiyaya  əsaslanan  cərəyan  mənbəyi  qalvanik element  adlanır.  O, 
italyan bioloqu Luiсi Qalvaninin şərəfinə adlandırılmışdır: alim heyvanlar üzərində təcrübə 
apararkən əzələ yığılması zamanı elektriklənmə hadisəsini aşkar etmişdir. 
Müasir quru qalvanik element daxilində kömür çubuğu (2) olan sink 
qabından  (1)  ibarətdir.  Kömür  çubuğu  içərisində  manqan  oksidi  ilə 
kömür qarışığı olan kətan kisəciyində (3) yerləşdirilir. Kisəcik naşatır 
məhlulu ilə un qarışığından hazırlanmış qatı yapışqanla (4) əhatə edilir. 
Sink  qab  karton  qutu  (5)  içərisinə  qoyulur  və  üstdən  qatran  qatı  ilə 
örtülür.  Elementin  daxilində  gedən  kimyəvi  reaksiyalar  nəticəsində 
kömür çubuq müsbət, sink qab isə mənfi yüklənir. 
Elektrik  dövrəsi  müxtəlif  elementlərdən  ibarət  ola  bilər:  a)  cərəyan 
mənbəyi; b) elektrik işlədicisi (lampa, elektrik zəngi, elektrik qızdırı-
cısı, televizor və s.); c) elektrik açarı; d) elektrik ölçü cihazları (amper-
metr, voltmetr və s.); e) birləşdirici naqillər.
 
 
 
Dövrə  hissəsindən  cərəyan  keçəndə  naqildən  müəyyən 
miqdar istilik ayrılır – dövrədə enerji itkisi baş verir. Lakin 
dövrədən  cərəyan  keçməsi  davam  edir.  Bu  o  deməkdir  ki, 
enerjinin  saxlanması  qanununa  görə  enerji  itkisinə  məruz 
qalan dövrəyə fasiləsiz olaraq kənardan enerji verilir.
 
 Bu enerji mənbəyi 
elektrostatik sahə ola 
bilərmi?
 
► 
Televiziya kanallarından birinin “Xəbərlər”ində belə bir mə-
lumat getmişdir: “...Kənd sakininin evində baş verən yanğında 
insan tələfatı olmadı, lakin evin bütün əşyaları yanaraq kül oldu. 
Fövqəladə Hallar Nazirliyinin hesabatında yanğı-
nın səbəbi kimi əldəqayırma elektrik qızdırıcısında 
yaranan qısaqapanma olduğu göstərilmişdir”.
 
 Qısaqapanma nədir? 
 Niyə qısaqapanma 
hadisəsi çox vaxt 
yanğınla nəticələnir? 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 8
Batareya  dövrədə hansı “vəzifə”ni yerinə yetirir? 
Məsələ 1. 
Məişətdə istifadə etdiyimiz əksər batareyaların üzərində 
1,5 ?????? yazılmışdır.
Nəticənin müzakirəsi: 
 Batareyaların üzərindəki 1,5 ?????? nəyi bildirir? 
 Batareya (və ya akkumulyator) dövrədə hansı “vəzifə”ni yerinə yetirir? 
ARAŞDIRMA 
 
1
  LAYİHƏ


 
63 
 
 
Kənar qüvvələr. İki eyni elektrometrin metal sferalarını əksişarəli yüklə elek-
trikləndirib  naqillə  birləşdirək 
(a 

  b)
.  Sferalardakı  potensiallar  fərqi  hesabına 
naqildə yaranan elektrik sahəsi onun sərbəst elektronlarını nizamlı hərəkətə gətirir. 
Nəticədə  naqildə  elektrik  cərəyanı  yaranır  və  dərhal  da  kəsilir  –  elektrometrlər 
boşalır. Bu o deməkdir ki, sferalar arasındakı potensiallar fərqi yox olur və elektrik 
sahəsi  naqildə  fasiləsiz  sabit 
elektrik cərəyanı yarada bilmir.  
Cərəyanın uzun müddət möv-
cud  olması  üçün  1  və  2  metal 
sferaları  arasında  potensiallar 
fərqini saxlamaq lazımdır. Bunun 
üçün  xüsusi  qurğulardan  –  cə-
rəyan mənbələrindən istifadə edi-
lir. Əgər elektrostatik sahə naqil-
dəki  sərbəst  elektronları  yalnız 
potensialı az olan hissədən çox olan hissəyə hərəkət etdirirsə, cərəyan mənbəyinin 
vəzifəsi isə bu elektronları yenidən potensialı az olan hissəyə (mənfi yüklü qütbə) 
qaytarmaqdır 
(c)
.  Deməli,  cərəyan  mənbəyində  sərbəst  elektronlar  elektrik  sahəsi 
istiqamətində hərəkət etməlidir. Bu isə o zaman mümkündür ki, cərəyan mənbəyində 
yüklərə elektrostatik təbiətə malik olmayan qüvvələr təsir etsin. 
 Yüklü zərrəciklərə təsir edən və elektrostatik təbiətə malik olmayan bütün qüv-
vələr kənar qüvvələr adlanır
 Cərəyan mənbəyi – sərbəst yüklü zərrəciklərə təsir edən kənar qüvvələr yara-
dan qurğudur
Kənar  qüvvələr  kimyəvi  təbiətli  (qalvanik  elementdə),  istilik  təbiətli  (termoele-
mentdə), işıq təbiətli (fotoelementdə) və s. ola bilir. 
Qeyd edək ki, dövrədə sabit elektrik cərəyanının olması üçün kənar qüvvələrin 
zəruriliyi enerjinin saxlanması qanununun nəticəsidir. Belə ki, elektrostatik sahə po-
tensiallı sahə olduğundan qapalı elektrik dövrəsi boyunca yüklü zərrəciklərin hərə-
kəti  zamanı  sahənin  gördüyü  iş  sıfıra  bərabərdir. 
Naqildən  elektrik  cərəyanı  keçdikdə  onda  enerji 
itkisi baş verir – naqildən Coul – Lens istiliyi ayrı-
lır.  Ona  görə  də  dövrədə  digər  enerji  mənbəyi 
olmalıdır ki, onun işi hesabına itirilən enerji bərpa 
edilsin.  Cərəyan  mənbəyindəki  kənar  qüvvələr 
qeyri-potensiallı olmalıdır ki, qapalı dövrədə onla-
rın gördüyü iş sıfırdan fərqli olsun. Kənar qüvvə-
lərin işi hesabına yükdaşıyıcılar cərəyan mənbəyi 
daxilində enerji alır. Odur ki cərəyan mənbəyinin 
qütblərinə naqil birləşdirdikdə sərbəst elektronları 
mənbə daxilində kənar qüvvələr, naqildə isə elek-
trostatik qüvvələr hərəkətə gətirir 
(d)

Elektrik hərəkət qüvvəsi. Bilirsiniz ki, elektrik 
cərəyanı  yaradan  sahənin  sıfırdan  fərqli  gördüyü  iş 
(a) 
(b) 
1 
2
2 
1
1 
2 
Naqil 
(c) 
(d) 
??????⃗
??????
??????⃗
??????
 
??????⃗
??????
Xarici 
hissə 
Cərəyan mənbəyi 
2 
1 
??????⃗
??????
??????⃗
??????ə??????
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə