0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə22/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

56 
 
Metal daxilində kollektivləşmiş sərbəst elektronlar
i
deal qaz molekulları kimi daim xaotik 
hərəkətdədir. Bu kollektivləşmiş “elektron qazı” bütün kristal üçün ümumi olub müsbət 
yüklü ionları əlaqələndirməklə güclü metallik rabitə əmələ gətirir. Metal daxilində elektrik 
sahəsi yaradıldıqda elektronlara intensivlik vektorunun əksi istiqamətində 
??????⃗
??????
= ????????????⃗ elektrik 
qüvvəsi təsir edir. Həmin qüvvə xaotik hərəkət edən elektronlara nizamlı  hərəkət verir. 
Digər tərəfdən bu elektronlara qəfəs düyünlərində yerləşən ionlar tormozlayıcı təsir gös-
tərir. Nəticədə bu iki qüvvənin təsirinə məruz qalan sərbəst elektronların nizamlı hərəkət 
sürəti sabit qalır – metalda sabit cərəyan yaranır. Lakin elektrik cərəyanının istiqaməti 
1820-ci ildə fransız alimi Amperin təklifi ilə müsbət yüklü zərrəciklərin hərəkət istiqaməti 
(xarici elektrik sahəsinin intensivlik vektorunun istiqaməti) qəbul edilmişdir.  
Metallarda elektrik cərəyanını xarakterizə edən fiziki kəmiyyətlər cərəyan şiddəti 
və cərəyan sıxlığıdır
 Cərəyan şiddəti – ədədi qiymətcə vahid zamanda naqilin en kəsiyindən keçən 
elektrik yükünün miqdarına bərabərdir. Əgər naqilin en kəsiyindən 
∆?????? müddətində 
∆?????? miqdarda elektrik yükü keçərsə, cərəyan şiddəti: 
?????? =
∆??????
∆??????
= ??????

 (??????).                       (2) 
Deməli, cərəyan şiddəti – elektrik yükünün zamana görə birinci tərtib törəməsinə 
bərabərdir
 Cərəyan şiddətinin qiyməti və cərəyanın istiqaməti zaman keçdikcə dəyişmirsə, 
belə cərəyan sabit cərəyan adlanır
?????? =
??????
??????
.                                        (3) 
Cərəyan şiddəti skalyar fiziki kəmiyyət olub BS-də vahidi amperdir
?????? = 1 ??????. 
Cərəyan  şiddətinin  vahidi  amper  elektrik  cərəyanının  maqnit  təsirinə  əsasən 
müəyyən edilmişdir. 
 1 A elə cərəyan şiddətidir ki, vakuumda aralarındakı məsafə 1 m olan iki paralel 
sonsuz uzun və nazik naqillərin hər birindən  eyni şiddətdə cərəyan keçdikdə onların 
hər birinin, digərinin 1 m uzunluqlu hissəsinə 
2 ∙ 10 ?????? qüvvə ilə təsir etmiş olsun
Cərəyan şiddəti yükdaşıyıcı zərrəciyin yükündən (
?????? ), onların konsentrasiyasın-
dan, istiqamətlənmiş hərəkət sürətindən və naqilin en kəsiyindən asılıdır: 
?????? = ?????? ??????

??????.                               (4) 
Metallarda yükdaşıyıcılar sərbəst elektronlar (
??????) olduğundan (4) ifadəsini belə də 
yazmaq olar: 
?????? = ????????????

??????.                                  (5) 
 Cərəyan sıxlığı – ədədi qiymətcə naqildəki cərəyan şiddətinin onun en kəsik 
sahəsinə nisbətinə bərabər fiziki kəmiyyətdir
?????? =
??????
??????
.                                        (6) 
Sərbəst elektronların nizamlı hərəkət istiqaməti 
Elektrik cərəyanının qəbul edilmiş istiqaməti
Sərbəst elektronlar
Müsbət ionlar: – kationlar
  LAYİHƏ


 
57 
 
 
Cərəyan sıxlığı vektorial kəmiyyətdir. Cərəyan sıxlığı vektoru naqildən keçən cərə-
yan istiqamətində yönəlir. Onun BS-də vahidi metr-kvadratında amperdir
?????? = 1
??????
??????

(5) ifadəsi (6)-da nəzərə alınarsa, metal naqildəki cərəyan sıxlığı üçün alınar: 
?????? = ????????????

.                                    (7) 
 
Elektronun  metal  naqildə  nizamlı hərəkət sürəti nə 
qədərdir? 
Məsələ  2. 
En  kəsiyinin  sahəsi 
0,5 ????????????   olan  metal 
naqildən keçən cərəyan şiddəti 12 A-dır. Na-
qildəki  sərbəst  elektronların  konsentrasiyası 
5 ∙ 10 ????????????  olarsa, bu elektronların nizam-
lı  hərəkətinin  orta  sürətini  təyin  edin  (elek-
tronun yükü 
?????? = 1,6 ∙ 10
????????????).  
 
 
 
Nəticənin müzakirəsi: 
 Metal naqildə sərbəst 
elektronların nizamlı hərəkət 
sürətini hansı düsturdan təyin et-
diniz?  
 Metal naqildə sərbəst 
elektronların çox kiçik nizamlı 
hərəkət sürətinə malik 
olmasının səbəbi nədir?
 
 
Yəqin ki, diqqət etmisiniz: ixtiyari elektrik dövrəsini qapayan an dövrədəki elektrik işlədicisi 
işə düşür – otaqdakı lampa işıqlanır, kompüter, elektrik su qızdırıcısı və s. dərhal işə düşür. 
 Elektrik cərəyanı qapalı naqildə hansı sürətlə yayılır? 
  Elektrik  cərəyanının  naqildən  keçmə  sürətinin  oradakı  sərbəst  elektronların  nizamlı 
hərəkət sürəti ilə eyni olduğunu iddia etmək olarmı? 
 Naqildən elektrik cərəyanının keçməsi nə deməkdir? 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

 Lampada cərəyan şiddəti 0,5 A-dır. Lampanın közərmə telinin en 
kəsiyindən  1  san  müddətində  neçə  elektron  keçər  (elektronun 
yükü: 
?????? = 1,6 ∙ 10
????????????)? 
 
 
 

Paltaryuyan maşının mühərrikində cərəyan şiddəti 12A-dır. 
Mühərrikdən 1 saat müddətində keçən elektrik yükünün 
miqdarını təyin edin.  
 
 
 

Metallarda sərbəst elektronlardan başqa, daha hansı yüklü zərrəciklər 
vardır? Onlar harada yerləşir?   
A) Atomlar; kristal qəfəsin düyünlərində  
B) Mənfi ionlar; kristal qəfəsin düyünlərində  
C) Müsbət ionlar; kristal qəfəsin düyünlərində  
D) Müsbət və mənfi ionlar; kristal qəfəsin düyünlərində  
E) Mənfi ionlar; hər biri üçün sabit nöqtədə 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?  
İş vərəqinə “elektrik keçiriciliyi”, “xüsusi keçiricilik”, “cərəyan şiddəti”, “cərə-
yan  sıxlığı”  anlayışlarının  təriflərini  və  “metalların  elektrik  keçiriciliyinin  
klassik elektron nəzəyyəsindən çıxan əsas nəticələri”ni qeyd edin. 
 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ  
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə