0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə31/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

 
77 
 
 
Molyar kütlənin valentliyə nisbəti maddənin kimyəvi ekvivalenti adlanır: 
?????? =
??????
??????
.                                                                 (14) 
(14) ifadəsi (13)-də nəzərə alınarsa, maddənin elektrokimyəvi ekvivalenti ilə kimyəvi 
ekvivalenti arasında asılılığın olduğu aşkarlanar:  
?????? =
??????
??????
.                                                                  (15) 
       Bu asılılıq elektrolizin II qanunu adlanır. 
 
 
Aşağıdakıları isbat edin. 
Məsələ 1. 
İsbat edin ki, Faradeyin birləşmiş qanunu  
?????? =
??????∆?????? ifadəsinə bərabərdir.        
2. 
İsbat edin ki, maddələrin elektrokimyəvi ekvivalentlərinin nisbəti onların kim-
yəvi ekvivalentlərinin nisbətinə bərabərdir: 
??????
??????
=
??????
??????

Nəticənin müzakirəsi: 
 Elektrolizin I qanununun fiziki mənası nədir? 
 Maddənin elektrokimyəvi ekvivalentinin fiziki mənası nədir? 
 
Relyef  modellərın  metaldan  surətlərinin  istehsalı  qalvano-
plastika adlanır. Əşyaların, məsələn, metal pul, medal, barel-
yef  və  s.-nin  metaldan  surətini  almaq  üçün  onların  plastik 
materialdan (gil, mum və s.) qəlibləri hazırlanır. Alınan qəli-
bin səthi qrafit tozu ilə örtülüb katod olaraq elektrolit vanna-
sına batırılır. Sonra isə ... 
 Qalvanoplastika prosesinin izahını tamamlayın. 
  Nə  üçün  qalvanoplastikada  əşyanın  səthi  qrafit  tozu  ilə 
örtülür?
 
 
 Əgər əşyanın, məsələn, barelyefin gümüş surətini almaq la-
zımdırsa, qalvanoplastika prosesi necə davam etdirilməlidir?  
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Elektrolitlərdə elektrik cərəyanının təbiəti nədən 
ibarətdir? 
 
 
 
2  Elektrolitin müqaviməti nədən asılıdır? 
 
 
 
3  Elektrolizin II qanununun fiziki mənası nədir? 
 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqinə “elektrolit”, 
“elektrolitik dissosiasiya”, “elektroliz”, “ion 
keçiricilik”, “elektrolizin I qanunu”, “elekt-
rolizin II qanunu” anlayışlarının tərif, yaxud 
izahlarını qeyd edin.
 
Layihə.
“Elektrolizin tətbiqləri” möv-
zusunda poster təqdimat hazır-
layın.
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
  LAYİHƏ


78 
 
2.7. YARIMKEÇİRİCİLƏRDƏ ELEKTRİK CƏRƏYANI 
“Elektrolizin tətbiqləri” mövzusundakı posterin müzakirə planı: 
 Qalvanoplastika.  Qalvanostegiya.  Elektrometallurgiya.  
 Elektrolitik təmizləmə  və cilalama.  Metalların təmizlən-
məsi. 
 Ağır suyun – deyteriumun alınması. 
 Yarımkeçirici – sərbəst yükdaşıyıcılarının sayı xarici təsirlər-
dən (temperatur, işıqlanma, tərkibinə aşqar daxil etmək və s.) 
asılı olan maddədir.  
Yarımkeçirici təmizdirsə (tərkibində kənar maddə yoxdursa), o, məxsusi elektrik keçiri-
ciliyinə malik olur. Məxsusi elektrik keçiriciliyinin iki növü var: 
1. Elektron və ya n-tip keçiricilik – yarımkeçiricidə sərbəst elektronların hərəkəti ilə yaranan 
elektrik keçiriciliyidir. n – “neqativ” (mənfi) mənasında işlədilən latın sözünün ilk hərfidir. 
2. Deşik və ya p-tip keçiricilik  yarımkeçiricidə deşiklərin hərəkəti ilə yaranan elektrik 
keçiriciliyidir. p – “pozitiv” (müsbət) mənasında işlədilən latın sözünün ilk hərfidir. 
 Təmiz yarımkeçiricilərin məxsusi elektrik keçiriciliyi eyni miqdarda sərbəst elektronlar 
və deşiklər tərəfindən yaranır. Yarımkeçirici maddələrə aiddir: kimyəvi elementlərin dövri 
sistemində orta qrupların (IV, V və VI qruplar) 12 elementi (cədvəldə çəhrayı rənglə göstə-
rilmişdir); II və IV qrup elementlərinin, habelə III və V qrup elementlərinin birləşmələri; 
demək olar ki, bütün qeyri-üzvi maddələr.  
Yarımkeçirici  maddələrin  xassələri  kovalent  (və  ya  cüt-
elektron) kimyəvi rabitəsi əsasında formalaşmışdır. Təmiz 
yarımkeçiriciyə cüzi miqdarda aşqar qatıldıqda onun keçi-
riciliyi  kəskin  artır.  Buna  səbəb  yarımkeçiricidə  məxsusi 
keçiriciliklə yanaşı, aşqar keçiriciliyin də yaranmasıdır.  
 Əgər qatılan aşqar öz valent  elektronunu asanlıqla verərək  
yarımkeçiricidə sərbəst elektronların sayını artırırsa, belə aşqar donor aşqar (lat. “do-
nor” – verirəm) adlanır. Donor aşqarlı yarımkeçirici – əsas yükdaşıyıcıları elektronlar 
olan (n-tip keçiriciliyə malik) yarımkeçiricidir. 
 Əgər qatılan aşqar özünə əlavə valent elektronu birləşdirərək yarımkeçiricidə deşiklərin sayını 
artırırsa, belə aşqar  akseptor aşqar (lat. “akseptor” –  qəbul edirəm) adlanır. Akseptor aşqarlı 
yarımkeçirici – əsas yükdaşıyıcıları deşiklər olan (p-tip keçiriciliyə malik) yarımkeçiricidir. 
 
 

 
1833-cü ildə Maykl Faradey müəyyən etdi ki, gümüş-sulfidin (
???????????? ??????) 
temperaturunu artırdıqda onun elektrik keçiriciliyi də artır. O bu barədə 
özünün “Elektrikə dair eksperimental araşdırmalar” adlı  məşhur əsə-
rində belə yazmışdır: “Mən elə bir maddə tanımıram ki, onun gümüş-
sulfid kimi isti halındakı elektrik keçiriciliyi metalların keçiriciliyi ilə 
müqayisə oluna bilsin və hətta metaldan fərqli olaraq keçiriciliyi artsın. 
Lakin yaxşı axtarılarsa, bəlkə də belə maddələr aşkar edilə bilər”. XIX 
əsrin  sonlarında  Faradeyin  araşdırmaları  məqsədyönlü  davam 
etdirilməklə elə maddələr aşkar olundu ki, onlar elektrik keçiriciliyinə 
görə nə metala, nə də dielektrikə bənzədi. Bundan başqa, təcrübələrdə 
belə maddələrin ikinci qeyri-adi xassəsi də aşkarlandı. Belə ki, tellur-
sulfid  və  ya  qurğuşun-sulfidin  metalla  lehimlənən  kontakt  hissəsini 
qızdırdıqda orada çox yüksək EHQ əmələ gəldi. Nəticədə həmin kon-
takt  elektrik  cərəyanını  yalnız  bir  istiqamətdə  çox  yaxşı  keçirdi,  əks 
istiqamətdə  isə,  demək  olar,  keçirmədi.  Həmin  maddələr  yarım-
keçiricilər adlandırıldı. Yarımkeçiricilərin elektrik keçiriciliyinin təbiə-
tindəki bu iki qeyri-adiliyin səbəbi XX əsrin əvvəllərində öz düzgün 
izahını tapdı.
 Hazırda bu 
izahdan artıq 
100 il keçir
siz temperatu-
run artması ilə 
yarımkeçirici-
lərin elektrik 
keçiriciliyinin 
artmasının 
səbəbini necə 
izah edər-
diniz? 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  9
• Layihənin müzakirəsi  
Qrup təqdimatı
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə