0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə55/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

140 
 
Nəticənin müzakirəsi:  
 Difraksiya qəfəsində ağ işığın difraksiyası nəticəsində ekranda mər-
kəzi maksimum necə görünür?  
  Şəkildə  ağ  işığın difraksiyası  nəticəsində  ekranda  neçə 
interferensiya maksimumu təsvir olunmuşdur?   
 Difraksiya və dispersiya spektrlərində 
şüaların dalğa uzunluqlarına görə meyiletmə ardıcıllıqları necə fərqlənir? 
 
Yəqin ki, diqqət yetirmisiniz: binanın küncündə durduqda hərəkət edən avtomobilin mü-
hərrikinin  səsi  “əyilərək”  bizə  çatır  və  onu  eşidirik,  lakin  avtomobildən  əks  edən  işıq 
şüalarını, yəni avtomobili görmürük. Niyə?  
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Difraksiya hadisəsinin mahiyyəti nədən ibarətdir?  
 
 
 

İşığın dispersiyasında həndəsi optikanın hansı qanunu pozulur? 
 
 
 

Niyə  işığın  difraksiyasını  difraksiya  qəfəsində  müşahidə  etmək 
əlverişlidir?  
 
 
 

Difraksiya qəfəsi üzərinə düşən ağ işıq ekranda bir-birini əvəz edən 
rəngli və qaranlıq maksimum və minimumlar yaradır. Niyə? 
 
 
 

Difraksiya  qəfəsində 
?????? = 45°  və  ?????? = √2

  olarsa,  onun  mak-
simum tərtibini təyin edin.  
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?  
İş vərəqində “İşığın difraksiyası” mövzusunda esse yazın. 
 
 
3.13. İŞIĞIN POLYARLAŞMASI 
Dalğanın  yayılması  nəticəsində mühitdə aşağıdakı hadisələr baş verir:  
a) dalğanın yayıldığı mühitin zərrəciklərinin rəqsi hərəkəti: mü-
hitin zərrəcikləri yalnız öz tarazlıq vəziyyətləri ətrafında rəqsi 
hərəkət edir və dalğada maddə daşınması baş vermir; 
b)  mühitin  zərrəciklərinin  qonşu  zərrəciklərlə  qarşılıqlı  təsiri:  zərrəciklər  arasındakı  qar-
şılıqlı təsirlər enerji daşınması ilə nəticələnir.  
 Eninə dalğa – mühitin zərrəciklərinin rəqsi hərəkət istiqamətinə perpendikulyar yayılan 
dalğadır. Eninə dalğalar yalnız bərk cisimlərdə və mayelərin səthində yayıla bilir. Eninə 
dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır.
 
 

 
Sürücüləri  qışda,  çovğunlu  gündə  qardan  əks  olunan,  gecə  isə  qarşıdan 
gələn avtomobilin faralarından düşən gözqamaşdırıcı parıltılar çox narahat 
edir 
(a)
. Bəzən belə parıltılar fəlakətlə nəticələnən yol-nəqliyyat hadisələ-
rinə səbəb olur. Ona görə də həmin vaxtlar sürücülərə polyaroid eynəkdən 
istifadə  etmək  məsləhət  görülür,  çünki  bu  eynəklər  ətrafın  normal 
görüntüsünü təmin edir 
(b)
.
 
 
Polyaroid eynək 
digər eynəklərdən 
hansı optik xüsu-
siyyəti ilə fərq-
lənir?  
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  10 
(a) 
(b) 
  LAYİHƏ


141 
 
 
Maksvell  nəzəriyyəsinin  mühüm  nəticələrindən  biri  işığın  eninə  elektromaqnit 
dalğası olmasıdır
.
 Bu nəzəriyyəyə görə, elektromaqnit təbiətli işıq dəyişən elektrik 
və maqnit sahələrinin  
??????⃗ və ??????⃗ vektorlarının fəzada yayılan rəqsidir. Həmin rəqslər 
təbii işıq dalğalarında həm bir-birinə, həm də yayılma sürətinə perpendikulyar müs-
təvilər üzrə bütün istiqamətlərdə yayılır 
(e)
; məsələn, Günəşin şüalandırdığı ağ işıq 
təbii işıq dalğasıdır.  
İnterferensiya və difraksiya hadisələri həm eninə, həm də uzununa dalğalarda müşahidə 
edildiyindən  işıq  dalğasının  eninə  olduğunu  təcrübi  olaraq  müəyyən  etmək  mümkün 
deyildir. Lakin elə optik hadisə vardır ki, onun köməyi ilə işıq dalğasının eninə elektro-
maqnit dalğası olduğu müəyyən edilə bilər. Həmin hadisə işığın polyarlaşmasıdır
Polyarlaşmış işıq təbii işığın tərkibindən xüsusi qurğu vasitəsilə ayrılmış və müəyyən 
müstəvidə 
??????⃗ vektorunun rəqslərinin üstünlük təşkil etdiyi hissəsidir (bax: 
e
).  
İşığı polyarlaşdıran həmin qurğulardan biri turmalin kristalıdır. Turmalin lövhə-
lər ilə aparılan təcrübələrdən biri belədir: lövhənin səthinə perpendikulyar istiqamət-
də ağ işıq şüası yönəldilir. İlk baxışdan elə görünür ki, ondan keçən işıq dəyişmir. 
Əslində isə turmalin kristalı elə işıq dalğasını keçirir ki, onun 
??????⃗ vektoru müəyyən M 
müstəvisində rəqs edir (bax: 
e
). Deməli, kristal lövhədən müstəvi polyarlaşan işıq 
şüası keçir. Belə lövhə polyaroid adlanır. İşığın həqiqətən polyarlaşdığını yoxlamaq 
üçün polyaroiddən keçən işığın qarşısına ikinci belə lövhə – analizator qoyulur. 
2.  Proyektoru  işə  salıb  işıq  şüasını  polyaroidin 
üzərinə  yönəldin  və  polyaroidi  sağanaq  içəri-
sində  gah  bu,  gah  da  digər  istiqamətə  fırladın 
(c)
. Ekranda alınan işıqlı dairənin parlaqlığının 
dəyişib-dəyişmədiyini izləyin.   
3.  Polyaroid  ilə  ekran  arasında  ikinci  polyaroidi 
elə  yerləşdirin  ki,  onların  hər  ikisinin  dəstəyi 
şaquli  yuxarıya  yönəlmiş  olsun.  Sonra  ikinci 
polyaroidi sağanaqda tədricən sağa (və ya sola) 
fırlatmaqla ekrandakı işıqlı dairə üzərində mü-
şahidə aparın 
(d)

Nəticənin müzakirəsi: 
 Bir polyaroid ilə apardığınız təcrübədə işığın 
parlaqlığında müəyyən dəyişiklik müşahidə et-
dinizmi? 
 İki polyaroidlə apardığınız təcrübədə qeyri-adi 
nə müşahidə olundu? Həmin hadisənin başver-
mə səbəbini necə izah etmək olar?
 
(c)
 
(d)
 
Təchizat:
 
“İşığın  dalğa  xassələri”  dəstindən  iki  polyaroid,  proyektor  (işıq  mənbəyi), 
ekran və altlıq. 
İşin gedişi: 
1.  Proyektor  və  ekranı  altlığın  diametral  əks  kənarlarında,  polyaroidin  birini  isə  onlar 
arasında yerləşdirin. 
ARAŞDIRMA 
 
1
 
İşıq niyə görünməz oldu? 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə