0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə61/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   57   58   59   60   61   62   63   64   ...   79

156 
 
Cədvəl  4.1. 
Bəzi maddələrin fotoelektrik xarakteristikası 
Maddə 
??????
ç
, ???????????? 

∙ 10
, ???????????? 

, ???????????? 
Sezium 
1,9 
4,6 
650 
Kalium 
2,2 
5,3 
560 
Natrium 
2,3 
5,6 
540 
Kalsium 
2,7 
6,5 
460 
Sink 
3,7 
8,9 
340 
Gümüş 
4,3 
10 
260 
Volfram 
4,5 
11 
280 
Nikel 
5,0 
12 
250 
Platin 
5,3 
13 
230 
 
 
Fotoeffektin qırmızı sərhəd dalğa uzunluğunu təyin edin 
Məsələ 1. 
Elektronun müəyyən metaldan çıxış işi 4,76 eV-dir. Bu metal üçün fotoeffektin 
qırmızı sərhəd dalğa uzunluğu nəyə bərabərdir?  
Nəticənin müzakirəsi: 
 Fotoeffektin qırmızı sərhəd dalğa uzunluğunu necə təyin etdiniz? 
 
Məsələ 2. İnsan gözünə 1 san-də neçə foton düşər? Göz dalğa uzunluğu 0,5 mkm və gücü 
1,8 ∙ 10
 ???????????? olan işıq şüalarını hiss edir (ℎ = 6,6 ∙ 10
?????? ∙ ??????????????????). 
 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif  orta  yaxşı 

Vakuum fotoelementində fotocərəyən hansı istiqamətdə-
dir: katoddan anoda, yoxsa əksinə? 
 
 
 

Fotoeffekt üçün Eynşteyn tənliyindən fotoelektronun 
maksimal sürətinin hesablanma düsturunu yaza bilərsi-
nizmi? 
 
 
 

Fotoeffekt üçün Eynşteyn tənliyinin enerjinin saxlanması 
qanununa əsaslandığını isbat edin. 
 
 
 

İsbat edin ki, Plank sabiti üçün  
ℎ = ?????????????????? bərabərliyi doğ-
rudur. 
 
 
 

Saxlayıcı  gərginliyin  fiziki  mahiyyəti  nədir  və  onun 
qiyməti nədən asılıdır?  
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?  
“Fotoeffektin anlayış xəritəsi”ni qurun.
 
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
1. İşığın korpuskulyar nəzəriyyəsinə görə N fotondan ibarət şüalanma enerjisi: 
E = Nh. 
2. Şüalanmanın gücü: 
P = .
 
İPUCU
 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
  LAYİHƏ


157 
 
4.3. KOMPTON EFFEKTİ VƏ DE BROYL DALĞALARI 
(Təqdimat dərs) 
Təqdimat üzərində işləyərkən aşağıda təqdim olunan qısa nəzəri materialdan və 
elektron ünvanlarından istifadə edə bilərsiniz. 
1. Qısa nəzəri material.  
1.1. Kompton effekti. ABŞ fiziki Artur Kompton (1892–1962) 1923-cü ildə işığın 
korpuskulyar  təbiətə  malik  olduğunu  və  fotonların  impulslarının  varlığını  təsdiq-
ləyən bir fiziki hadisəni apardığı eksperimentlərdə aşkar etmişdir. O, yüksək enerjili 
rentgen şüalarının yüngül atomlardan (məsələn, hidrogen, karbon, bor, alüminium 
və s.) təşkil olunmuş maddələrdən səpilməsini tədqiq edərkən belə bir fakta diqqət 
yetirdi ki, səpilmə nəticəsində bu şüaların dalğa uzunluğu dəyişir. Belə ki, səpilən 
şüaların içərisində düşən 
 dalğa uzunluqlu şüalardan başqa, dalğa uzunluğu 

′ >

 
olan şüalar da mövcuddur 
(a)
.  
 
Kompton effekti  adlanan  bu  hadisəni  işığın  elektromaqnit  dalğa  nəzəriyyəsinə 
əsasən  izah  etmək  olmur.  Belə  ki,  bu  nəzəriyyəyə  görə,  sükunətdə  olan  sərbəst 
elektronun  üzərinə  düşən  elektromaqnit  dalğasının  təsiri  altında  elektron  həmin 
dalğanın tezliyinə bərabər tezliklə rəqsi hərəkətə başlamalıdır. Rəqsi hərəkət edən 
elektron isə, öz növbəsində, düşən dalğanın tezliyinə bərabər tezliklə məcburi rəqs 
edərək eyni tezlikli ikinci elektromaqnit dalğası şüalandırmalıdır.  
Əgər işığın
 ?????? = ℎ

  enerjisinə və 
?????? =  impulsuna malik fotonlar selindən ibarət 
olduğu fərz edilərsə, bu halda işığın sərbəst elektronlardan səpilmə prosesi foton ilə 
elektronun toqquşmasının nəticəsi kimi izah olunur. Belə ki, bu toqquşma zamanı 
foton öz enerjisinin bir hissəsini elektrona verdiyindən o həm öz enerjisini, həm də 
istiqamətini dəyişir. Beləliklə, işığın zərrəciklər seli təsəvvürlərinə əsasən Kompton 
effektindən aşağıdakı nəticələr çıxarıldı:  
1. Foton sərbəst elektronla elastik toqquşmaya məruz qalaraq ondan səpilir. 
2. Səpilən fotonun enerjisi azaldığından enerji tənliyinə görə,  

>

  və 
 
?????? = ℎ

=

  ifadəsindən  enerjinin  azalması,  səpilən  fotonun  dalğa  uzunluğunun 
artmasına səbəb olur: 

<

 . 
3. İmpulsun saxlanması qanunu ödənilir: 
??????⃗ = ??????⃗

+ ??????⃗

(a)
 
?????? > ??????

 ;

>

;

<

; ?????? > ??????

 
??????üşə?????? ??????????????????????????????  
??????;

;

; ?????? 
?????? = ℎ

 
e
??????ə????????????ə????????????
???????????????????????????????????????????????? 
??????ə??????????????????ə?????? ??????????????????????????????
??????

;

;

; ??????

 
??????

= ℎ

e
?????? 


  LAYİHƏ


158 
 
4. Fotonun elektrondan səpilməsi prosesində onun dalğa uzunluğunun dəyişməsi dü-
şən şüanın dalğa uzunluğundan asılı deyil, o yalnız fotonun səpilmə bucağı ilə təyin 
olunur: 


=



=
(1 − ????????????????????????). 
Burada 
?????? − elektronun kütləsi, ?????? − fotonun səpilmə bucağıdır (bax:
 a
). 
1.2. De Broyl dalğaları. 1923-cü ildə fransız fiziki de Broyl (1892–1987) fotonun 
dalğa-korpuskul  dualizm  xassəsinin  maddənin  bütün  zərrəciklərinə  –  elektron, 
proton, neytron və atomlara da xas ola bilmə fərziyyəsini irəli sürür. Onun ideyasına 
görə, əgər hər bir zərrəcik 
?????? = ℎ

 enerjisinə və 
?????? =  impulsuna malikdirsə, bu hal-
da həmin  zərrəciyin hərəkətinə tezliyi 

=  və dalğa uzunluğu 

= =

  olan 
dalğa kimi baxıla bilər.  
De Broylun nəzəri əsaslandırdığı bu fərziyyə 1927–1928-ci illərdə aparılan eks-
perimentlərdə təsdiqləndi. Maddə zərrəciyi olan elektronun dalğa xassəsini aşkar-
lamaq üçün elə cihaz tələb olunurdu ki, onun həndəsi parametrləri elektron dalğası-
nın uzunluğu tərtibində olsun; məsələn, əgər elektron 

= 4 ∙ 10 ??????/?????????????????? sürətlə hə-
rəkət edirsə, onun dalğa uzunluğu: 

=
6,6 ∙ 10
−34
?????? ∙ ??????????????????
9,1 ∙ 10
−31
???????????? ∙ 4 ∙ 10
??????
??????????????????

1,8 ∙ 10
−10
?????? 
alınır.  Dalğa  uzunluğunun  bu  qiyməti  kristal  qəfəslərdə  atomlararası  məsafə 
tərtibindədir. Ona görə də aparılan eksperimentlərdə kristal qəfəsdən keçən elektron 
dəstəsinin interferensiya və difraksiyası aşkar edildi. Beləliklə, təbiətin ən mühüm 
qanunlarından  biri  –  materiyanın  dalğa-korpuskul  xassəsinə  malik  olması  həm 
nəzəri, həm də eksperimental olaraq təsdiqləndi. 
2. Tövsiyə olunan elektron ünvanlar: 
1. https://tr.wikipedia.org/wiki/Compton_olay%C4% 
2. http://ebooks.azlibnet.az/book/KnMcQv8u.pdf 
3. http://static.bsu.az/w27/Magmuh/ftm/vli-ftm6.pdf 
4. http://www.nkfu.com/compton-olayi-konu-anlatimi/ 
5. http://www.bilgicik.com/yazi/compton-olayi/  
6. https://www.youtube.com/watch?v=qpK79imhUDw 
7. https://www.youtube.com/watch?v=CbQ5rRjhth0 
8. https://www.youtube.com/watch?v=eBq4P-QrAfU 
9. http://www.fizik.net.tr/site/compton-olayi/ 
10. http://www.fencebilim.com/fizik/konular/compton_olayi.pdf. 
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə