61
maqnit Coul-Lens istiliyi ayırmadığından (ifratkeçirici naqillərdə istilik təsiri
olmur), o, uzun müddət güclü maqnit sahəsi yarada bilir. İfratkeçirici maqnitlərdən
elementar yüklü zərrəciklərin sürətləndiricilərində, qaynar plazmanı
idarə edən qur-
ğularda və s.-də tətbiq olunur.
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın:
“dövrə hissəsi üçün Om qanunu”, “gərginlik düşküsü”, “metal
naqilin müqaviməti”, “xüsusi müqavimət”, “ifratkeçiricilik”.
Naqillərin xüsusi keçiriciliyini müqayisə edin.
Məsələ 2. Şəkildə iki naqilin VAX-ı təsvir edil-
mişdir.
Buna görə: a) müqaviməti böyük olan na-
qili təyin edin; b) naqillərin hər birinin müqavi-
mətini hesablayın.
Nəticənin müzakirəsi:
Naqilin müqavimətinin fiziki mexanizmini
klassik elektron nəzəriyyəsi əsasında necə izah
etmək olar?
Hansı naqilin xüsusi keçiriciliyi daha böyük-
dür? Niyə?
Həyatla əlaqələndirin
:
Penoplast lövhələri kəsmək üçün kəsici qurğunu
müəyyən tərkibli məftillə təchiz etmək lazımdır.
Problemi həll etmək üçün qarşımızda olan iki müx-
təlif tərkibli metal kələfçədən lazımi məftili təyin
edib ondan müəyyən hissə kəsmək lazımdır.
İxtiyarımızda olan alətlər: xətkeş, mikrometr, om-
metr.
Kəsici qurğu üçün hansı tərkibli məftil seçilməlidir?
Məftilin tərkibini necə müəyyənləşdirmək olar?
U,V
1
0
2
ARAŞDIRMA
2
TƏTBİQETMƏ
Özünüzü qiymətləndirin:
№
Suallar
Bilirəm
Zəif orta yaxşı
1
= düsturuna görə söyləmək olarmı ki, elektrik müqavi-
məti dövrə hissəsindəki cərəyan şiddətindən düz, onun ucla-
rındakı gərginlikdən tərs mütənasib asılıdır? Niyə?
2
Niyə temperatur azaldıqca metal naqilin xüsusi keçiriciliyi
artır, onun xüsusi müqaviməti isə azalır?
3
Mis məftilin uzunluğu 8 m, kütləsi isə 89 q-dır. Misin sıx-
lığı
8,9 ∙ 10
⁄
-dir. Məftilin müqaviməti nəyə bəra-
bərdir (misin xüsusi müqaviməti:
1,8 ∙ 10
∙ )?
LAYİHƏ
62
2.3. ELEKTRİK HƏRƏKƏT QÜVVƏSİ. TAM DÖVRƏ ÜÇÜN OM QANUNU
Naqildən elektrik cərəyanının uzun müddət keçməsi üçün onun
uclarında fasiləsiz olaraq potensiallar fərqi yaradılmalıdır:
naqilin uclarında fasiləsiz olaraq elektrik yüklərinin toplanması
təmin edilməlidir. Bu məqsədlə cərəyan mənbəyindən və ya ge-
nerator adlanan qurğudan istifadə olunur.
Cərəyan mənbəyində elektrik yüklərinin ayrılması baş verir: müsbət yüklər onun bir
qütbündə, mənfi yüklər isə digər qütbündə toplanır.
İş prinsipi kimyəvi reaksiyaya əsaslanan cərəyan mənbəyi
qalvanik element adlanır. O,
italyan bioloqu Luiсi Qalvaninin şərəfinə adlandırılmışdır: alim heyvanlar üzərində təcrübə
apararkən əzələ yığılması zamanı elektriklənmə hadisəsini aşkar etmişdir.
Müasir quru qalvanik element daxilində kömür çubuğu (
2) olan sink
qabından (
1) ibarətdir. Kömür çubuğu içərisində manqan oksidi ilə
kömür qarışığı olan kətan kisəciyində (
3) yerləşdirilir. Kisəcik naşatır
məhlulu ilə un qarışığından hazırlanmış qatı yapışqanla (
4) əhatə edilir.
Sink qab karton qutu (
5) içərisinə qoyulur və üstdən qatran qatı ilə
örtülür. Elementin daxilində gedən kimyəvi reaksiyalar nəticəsində
kömür çubuq müsbət, sink qab isə mənfi yüklənir.
Elektrik dövrəsi müxtəlif elementlərdən ibarət ola bilər: a) cərəyan
mənbəyi; b) elektrik işlədicisi (lampa,
elektrik zəngi, elektrik qızdırıcısı,
televizor və s.); c) elektrik açarı; d) elektrik ölçü cihazları (ampermetr,
voltmetr və s.); e) birləşdirici naqillər.
►
Dövrə hissəsindən cərəyan keçəndə naqildən müəyyən
miqdar istilik ayrılır – dövrədə enerji itkisi baş verir. Lakin
dövrədən cərəyan keçməsi davam edir. Bu o deməkdir ki,
enerjinin saxlanması qanununa görə enerji itkisinə məruz
qalan dövrəyə fasiləsiz olaraq kənardan enerji verilir.
Bu enerji mənbəyi
elektrostatik sahə ola
bilərmi?
►
Televiziya kanallarından birinin “Xəbərlər”ində belə bir mə-
lumat getmişdir:
“...Kənd sakininin evində baş verən yanğında
insan tələfatı olmadı, lakin evin bütün əşyaları yanaraq kül oldu.
Fövqəladə Hallar Nazirliyinin hesabatında yanğı-
nın səbəbi kimi əldəqayırma elektrik qızdırıcısında
yaranan qısaqapanma olduğu göstərilmişdir”.
Qısaqapanma nədir?
Niyə qısaqapanma
hadisəsi çox vaxt
yanğınla nəticələnir?
Batareya dövrədə hansı “vəzifə”ni yerinə yetirir?
Məsələ 1. Məişətdə istifadə etdiyimiz əksər batareyaların üzərində
1,5 yazılmışdır.
Nəticənin müzakirəsi:
Batareyaların üzərindəki 1,5 nəyi bildirir?
Batareya (və ya akkumulyator) dövrədə hansı “vəzifə”ni yerinə yetirir?
ARAŞDIRMA
1
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika – 8
LAYİHƏ
63
Kənar qüvvələr. İki eyni elektrometrin metal sferalarını əksişarəli yüklə elek-
trikləndirib naqillə birləşdirək
(a
və
b)
. Sferalardakı potensiallar fərqi hesabına
naqildə yaranan elektrik sahəsi onun sərbəst elektronlarını nizamlı hərəkətə gətirir.
Nəticədə naqildə elektrik cərəyanı yaranır və dərhal da kəsilir – elektrometrlər
boşalır. Bu o deməkdir ki, sferalar arasındakı potensiallar fərqi yox olur və elektrik
sahəsi naqildə fasiləsiz sabit
elektrik cərəyanı yarada bilmir.
Cərəyanın uzun müddət möv-
cud olması üçün
1 və
2 metal
sferaları arasında potensiallar
fərqini saxlamaq lazımdır. Bunun
üçün xüsusi qurğulardan – cə-
rəyan mənbələrindən istifadə edi-
lir. Əgər elektrostatik sahə naqil-
dəki sərbəst elektronları yalnız
potensialı az olan hissədən çox olan hissəyə hərəkət etdirirsə, cərəyan mənbəyinin
vəzifəsi isə bu elektronları yenidən potensialı az olan hissəyə (mənfi yüklü qütbə)
qaytarmaqdır
(c)
. Deməli, cərəyan mənbəyində sərbəst elektronlar elektrik sahəsi
istiqamətində hərəkət etməlidir. Bu isə o zaman mümkündür ki, cərəyan mənbəyində
yüklərə elektrostatik təbiətə malik olmayan qüvvələr təsir etsin.
Yüklü zərrəciklərə təsir edən və elektrostatik təbiətə malik olmayan bütün qüv-
vələr kənar qüvvələr adlanır.
Cərəyan mənbəyi – sərbəst yüklü zərrəciklərə təsir edən kənar qüvvələr yara-
dan qurğudur.
Kənar qüvvələr maqnit təbiətli (Lorens qüvvəsi), kimyəvi təbiətli (qalvanik ele-
mentdə), istilik təbiətli (termoelementdə), işıq təbiətli (fotoelementdə) və s. ola bilir.
Qeyd edək ki, dövrədə sabit elektrik cərəyanının olması üçün kənar qüvvələrin
zəruriliyi enerjinin saxlanması qanununun nəticəsidir. Belə ki, elektrostatik sahə po-
tensiallı sahə olduğundan qapalı elektrik dövrəsi boyunca yüklü zərrəciklərin hərə-
kəti zamanı sahənin gördüyü iş sıfıra bərabərdir.
Naqildən elektrik cərəyanı keçdikdə onda enerji
itkisi baş verir – naqildən Coul–Lens istiliyi
ayrılır. Ona görə də dövrədə digər enerji mənbəyi
olmalıdır ki, onun işi hesabına
itirilən enerji bərpa
edilsin. Cərəyan mənbəyindəki kənar qüvvələr
qeyri-potensiallı olmalıdır ki, qapalı dövrədə onla-
rın gördüyü iş sıfırdan fərqli olsun. Kənar qüvvə-
lərin işi hesabına yükdaşıyıcılar cərəyan mənbəyi
daxilində enerji alır. Odur ki cərəyan mənbəyinin
qütblərinə naqil birləşdirdikdə sərbəst elektronları
mənbə daxilində kənar qüvvələr, naqildə isə
elektrostatik qüvvələr hərəkətə gətirir
(
d
).
Elektrik hərəkət qüvvəsi. Bilirsiniz ki, elektrik
cərəyanı yaradan sahənin sıfırdan fərqli gördüyü iş
1
2
naqil
(c)
1
2
ə
(d)
(a)
(b)
1
2
2
1
LAYİHƏ