0f11aztitul(1-7)


ELEKTROLİT MƏHLULLARINDA ELEKTRİK CƏRƏYANI. ELEKTROLİZ QANUNU



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə28/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

74 
 
2.6. ELEKTROLİT MƏHLULLARINDA ELEKTRİK CƏRƏYANI. ELEKTROLİZ QANUNU 
 
  Məhlulları  (və  ya  ərintiləri)  elektrik  cərəyanını  keçirən 
maddələr (duz, turşu və qələvi) elektrolitlər adlanır. 
  Suda  həll  olmuş  molekulların  parçalanması  zamanı  müsbət  və 
mənfi ionların yaranma prosesi elektrolitik dissosiasiya adlanır.  
 Elektrolitdə elektrik cərəyanı müsbət və mənfi ionların nizamlı hərəkətidir. 
 Elektrolitdən cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması prosesi elektroliz adlanır. 
  Elektroliz  zamanı  elektrodlar  üzərində  ayrılan  maddənin  kütləsi  elektrolitdən  keçən 
elektrik yükünün miqdarı ilə düz mütənasibdir. İngilis alimi 
M.Faradeyin müəyyən 
etdiyi e
lektroliz qanunu adlanan bu asılılıq riyazi şəkildə belə ifadə olunur: 
m = k ∙ q       və ya         m = kIt. 
Burada m – elektrod üzərində ayrılan maddənin kütləsi, q – elektrolitdən keçən elektrik 
yükünün miqdarı, k – mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi ekvivalentidir.  
 Maddənin elektrokimyəvi ekvivalenti ədədi qiymətcə elektrolitdən 1 Kl yük keçərkən 
elektrod  üzərində  ayrılan  maddənin  kütləsinə  bərabərdir.  Elektrokimyəvi  ekvivalent 
müxtəlif maddələr üçün müxtəlif qiymətə malikdir.
 
 

 
İnsan ürəyindən cansız avtomobillərə, pleyer və mobil telefonlara qədər 
bütün  müasir  cihazların  ayrılmaz  hissəsi  elektrokimyəvi  cərəyan 
elementi və müxtəlif akkumulyatorlardır.  
Yüksək  temperaturda  əridilən  boksitdən  elektroliz  üsulu  ilə  adi  kola 
bankasından tutmuş aviasiya sənayesində istifadə olunan  alüminium 
istehsal edilir. Ətrafımızda, demək olar, hər şey 
 qızıl suyu ilə örtülmüş 
üzük və sırğadan, bahalı  avtomobillərin xromlanmış  barmaqlıqlarına 
qədər  elektrolit  məhlullarından  keçmişdir.  Təsadüfi  deyildir  ki,  bu 
hadisəni xüsusi elm – elektrokimya adlandırılan elm sahəsi öyrənir. 
 Bəs bu 
hadisənin 
fiziki əsası nə-
dən ibarətdir? 
 
 
Elektroliz hadisəsi. Araşdırmadan aşağıdakı nəticəyə gəlmək olar: 
1. Mayelər də qazlar kimi həm dielektrik, həm də naqil ola bilir. 
Məhlulda elektrik cərəyanını hansı 
yükdaşıyıcılar təmin etdi? 
Təchizat:  sabit  cərəyan  mənbəyi  (BC-24  düzləndiricisi), 
elektrolitik vanna, distillə edilmiş su, 
 duzu, amper-
metr, voltmetr, açar, reostat, birləşdirici naqillər. 
İşin gedişi:  
1. Verilən sxemə əsasən elektrik dövrəsi yığın.
2.  Elektrolitik  vannaya  distillə  edilmiş  su  tökün  və  dövrəni  qapayın.  Elektrik  ölçü 
cihazlarının göstəricilərinə diqqət yetirin.  
3. Açarı açın, suya bir qədər 
 duzu əlavə edib dövrəni yenidən qapayın. Elektrik 
ölçü cihazlarının göstəricilərini izləyin.  
Nəticənin müzakirəsi: 
 Təcrübədən hansı nəticəyə gəldiniz? 
 Suya 
 duzu əlavə etdikdə elektroliz hadisəsinin başvermə prosesini izah edin. 
 Duzlu su məhlulunda elektrik cərəyanını hansı yükdaşıyıcılar təmin etdi? 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  9
ARAŞDIRMA 
1 
  LAYİHƏ


 
75 
 
 
2. 
 
duzunun suda həll olması nəticəsində elektrolitik dissosiasiya hadisəsi baş 
verir
M
əhlulda sərbəst yükdaşıyıcılar 
 müsbət mis (
) və mənfi xlor (
) ionları 
əmələ gəlir. Dövrə qapandıqda müsbət ionlar katoda, mənfi ionlar isə anoda doğru hərəkət 
edərək məhluldan cərəyan keçməsini təmin edir. Buradan nəticə olaraq elektrolitə belə bir 
tərif vermək olar:  

 Elektrolit 

 dissosiasiya etmiş ionlar hesabına elektrik cərəyanı keçirən maddə, 
ərinti və ya məhluldur. 
Elektrolitlər 

 məhlulda (və ya ərintidə) tamamilə, yaxud qismən ionlardan ibarət 
olan bərk və ya maye maddələrdir.  

 Elektrik cərəyanı ionların nizamlı hərəkəti hesabına yarandığından belə keçi-
ricilik ion keçiriciliyi adlanır. 
3. Dövrə qapandıqda anoda çatan 
 ionları artıq elektronunu elektroda verib oksid-
ləşmə reaksiyası ilə neytrallaşır və anodun səthində qaz qabarcıqları formasında ayrılır:  
2Cl
 –
 – 2e
 –
 → Cl
2. 
 Katoda çatan 
 ionları isə bu elektroddan iki elektron alaraq neytral mis ato-
muna çevrilir və katod üzərində yığılaraq mis təbəqəsi yaradır: Cu
2+
 + 2e 
– 
→ Cu
0

Elektroliz hadisəsi baş verirDeməli, elektrolit məhlulundan cərəyanın keçməsi elek-
trodda maddə ayrılması ilə nəticələnir. 
Elektrolitdən keçən cərəyan şiddəti  məhlulun sabit müqavimətində gərginlikdən 
xətti asılıdır 
 elektrolit məhlulları üçün Om qanunu ödənilir 
(a)
. Lakin xətti asılılıq 
koordinat başlanğıcından keçmir, bir qədər sağa sürüşür. Bu onunla izah edilir ki, 
elektrolizdə gərginliyin müəyyən qiyməti elektrolit məhluluna batırılan elektrodların 
polyarlaşmasına sərf olunur. 
Elektrodların polyarlaşması – elektroliz prosesində elektrod-
ların  yükünün  tarazlıq  qiymətindən  kənara  çıxmasıdır.  Pol-
yarizasiya  nəticədə  elektrodların  potensiallarının  da  tarazlıq 
qiymətlərindən kənara çıxması baş verir.
  
Elektrolitin  müqaviməti  temperatur  artdıqca  xətti  azalır, 
çünki temperatur artdıqda elektrolit məhlullarında zərrəciklərin 
istilik  hərəkəti  intensivləşir  və  onunla  əlaqədar  dissosiasiya 
dərəcəsi artır 
(b)

=
(1
). 
Burada 
−  müqavimətin  temperatur  əmsalıdır,  o,  mənfi 
qiymətə malikdir, 
− elektrolitin 0 -də xüsusi müqavimətidir. 
Elektroliz qanunuQanun 1836-cı ildə ingilis alimi M.Faradey 
tərəfindən irəli sürülmüşdür. O, elektroliz hadisəsində kəmiyyətlər 
arasındakı  asılılığın  qanunauyğunluğunu  müəyyən  edir.  Həmin 
asılılıqları biz də müəyyən edə bilərik. Bunun üçün ionun kütləsini 

∆  müddətində 
elektroda çatan ionların sayını isə   ilə işarə etsək, həmin müddətdə elektrodda ayrılan 
maddənin kütləsi belə olar: 
=

. (1) 
İonun kütləsi kimyəvi elementin molyar kütləsinə əsasən hesablanır: 
=
. (2) 
Burada 
− Avoqadro ədədi,  −kimyəvi elementin molyar kütləsidir.  
(b)
 
(a)
 
ρ
ρ
0
0
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə