110
Əvvəlki dərsdə dəyişən cərəyan dövrəsinin xüsusi, demək olar, ideallaşdırılmış
hallarını araşdırdınız. Real dəyişən cərəyan dövrələri isə eyni zamanda rezistor,
sarğac və kondensatorlar sistemindən ibarət olur.
Fərz edək ki, bu hissələrdən ibarət
ardıcıl dövrə EHQ-si harmonik
qanunu ilə dəyişən cərəyan mən-
bəyinə qoşulmuşdur
(c)
. Belə dövrədən
qanunu ilə dəyişən
cərəyan keçəcəkdir. Burada
dövrədəki cərəyan şiddəti ilə mənbəyin ucların-
dakı ümumi gərginlik (EHQ) rəqsləri arasında mövcud olan müəyyən faza sürüşmə-
sidir.
Om qanununa görə, dəyişən cərəyan şiddətinin və EHQ-nin (və ya dəyişən cərəyan
dövrəsinin uclarındakı ümumi gərginliyin) amplitud qiymətləri bir-biri ilə əlaqəlidir:
ə
. 1
Burada
dəyişən cərəyan dövrəsinin uclarındakı ümumi gərginliyin am-
plitud qiyməti,
dəyişən cərəyan dövrəsinin tam müqavimətidir.
Dəyişən cərəyan dövrəsinin tam müqaviməti – dövrənin uclarındakı ümumi gər-
ginliyin amplitud qiymətinin dəyişən cərəyan şiddətinin amplitud qiymətinə nisbətinə
bərabər olan fiziki kəmiyyətdir:
.
Sonuncu bərabərliyin surət və məxrəcini
√2 bölsək, Om qanununun dəyişən cərəyan
şiddəti və gərginliyin (EHQ) təsiredici qiymətləri üçün də ödənildiyi alınar:
.
Ardıcıl birləşdirilmiş aktiv, tutum və induktiv müqavimətli dövrənin tam müqa-
viməti həmin müqavimətlərdən asılıdır:
1
. 2
(c)
R
L
U
R
U
L
U
C
C
5. Cədvəl qiymətlərindən istifadə edərək Om qanununa əsasən rezistor, sarğac və kon-
densatordan keçən cərəyan şiddətini hesablayın. Alınan qiymətləri 1 multimetrinin göstə-
ricisi ilə müqayisə edin. 6. EHQ-nin rəqs tezliyini artırmaqla təcrübəni daha 2 dəfə
təkrarlayın. 7. Dövrədən rezistoru açıb aktiv müqaviməti kəskin azaldın (
→ 0) və bu
halda cərəyan şiddətinin amplitud qiymətinin necə dəyişdiyini izləyin.
Nəticənin müzakirəsi:
Dəyişən cərəyan mənbəyinin EHQ-nin rəqs tezliyinin artması ilə dövrədəki cərəyan şid-
dəti və hər bir qurğuya (rezistor, kondensator və sarğaca) düşən gərginlik necə dəyişdi?
Dövrədə aktiv müqaviməti kəskin azaltdıqda (rezistoru çıxarmaqla) dəyişən cərəyan
şiddətinin amplitud qiyməti necə dəyişdi? Niyə?
Dəyişən cərəyan dövrəsində Om qanunu ödənildimi?
LAYİHƏ
111
Burada
dəyişən cərəyan dövrəsinin reaktiv müqavimətidir. (2)-ni
(1)-də nəzərə alsaq, dəyişən cərəyan dövrəsi üçün Om qanununu belə də yazmaq
olar:
. 3
Qeyd. Yuxarıdakı ifadələri cərəyan şiddəti ilə
gərginlik arasındakı faza fərqini nəzərə almaqla
dəyişən cərəyan dövrəsinin hissələrindəki gərgin-
liklərin vektor diaqramına əsasən almaq olar
(d)
.
Diaqramdan görünür ki:
,
,
,
.
(2) ifadəsində aşağıdakı uyğun gərginlik düşküləri-
ni nəzərə alaq:
,
∙ ;
,
∙
;
,
∙
.
∙
∙
∙
1
,
Vektor diaqramından istifadə edərək güc əmsalı təyin edilə bilər:
cos
,
.
Şəkildə rezistorun müqavimətinin üç qiyməti üçün dəyişən cərəyan şiddətinin
amplitud qiymətinin EHQ-nin tezliyindən asılılıq qrafiki təsvir edilmişdir
(e)
. Qra-
fikdən görünür ki, aktiv müqavimət azaldıqca (
)
cərəyan şiddəti rəqs-
lərinin amplitud qiyməti artır. Cərəyan şiddətinin amplitud qiyməti o zaman kəskin
artır ki, dövrənin tam müqaviməti minimum olsun,
yəni:
1
0
.
Bu zaman dəyişən cərəyan şiddətinin və mənbəyin
EHQ-nin rəqslərinin tezliyi ( ) dövrənin sərbəst məx-
susi rəqslərinin tezliyi (
) ilə üst-üstə düşür – rezo-
nans hadisəsi baş verir:
.
(e)
(d)
U
L, m
– U
C, m
0
0
I
m
U
R m
U
m
U
L m
U
C, m
LAYİHƏ
112
Məsələ. Verilən dəyişən
cərəyan dövrəsindəki ele-
mentlərin xarakteristikalarına görə təyin
edin:
a) və müqavimətlərini;
b)
dövrənin tam müqavimətini;
c) dəyişən cərəyan şiddətinin amplitud və
təsiredici
qiymətini;
d) dövrənin güc əmsalını.
Nəticənin müzakirəsi:
Əgər dəyişən elektrik mənbəyi sabit cərəyan
mənbəyi ilə əvəz olunarsa, eyni hesablamaları
aparmaq olarmı? Niyə?
Həyatla əlaqələndirin.
Elektriklər dəyişən cərəyan dövrəsində cərəyan şiddəti ilə gərginlik rəqsləri arasındakı
faza sürüşməsini artırmaq üçün dövrənin böyük induktiv müqavimətə malik elementlərinə
(elektrik mühərriki, transformator və s.) ardıcıl olaraq kondensator qoşurlar.
Elektriklər dəyişən cərəyan dövrəsində cərəyan şiddəti ilə gərginlik rəqsləri ara-
sındakı faza sürüşməsini niyə artırırlar?
Özünüzü qiymətləndirin:
№
Suallar
Bilirəm
zəif
orta
yaxşı
1
Dəyişən cərəyan dövrəsində ardıcıl birləşdirilən element-
lərdə cərəyan şiddətlərinin eyni fazada rəqs etdikləri qəbul
olunur. Niyə?
2
Ardıcıl birləşdirilmiş elementlərdən ibarət dəyişən cərə-
yan dövrəsində tam müqavimət nəyə bərabərdir?
3
Kondensator və sarğacın uclarındakı gərginliyin rəqsləri-
nin dövrədəki dəyişən cərəyan şiddətinin rəqslərinə nisbə-
tən faza sürüşməsi nə qədərdir?
4
Dəyişən cərəyan dövrəsi ardıcıl birləşdirilmiş rezistordan
(R=1 kOm), tutumu 0,1 mkF olan kondensatordan və in-
duktivliyi 0,5 Hn olan sarğacdan ibarətdir. Dövrə tezliyi
1
olan mənbəyə birləşdirilmişdir. Təyin edin:
a) dəyişən cərəyan dövrəsinin tam müqavimətini;
b) dövrənin reaktiv müqavimətinin sıfıra bərabər olduğu
tezliyini.
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində “Dəyişən cərəyan dövrəsi üçün Om qanunu” mövzusunda
esse yazın.
ARAŞDIRMA
2
TƏTBİQETMƏ
Sarğacın
induktivliyi
5 Hn
Kondensatorun
tutumu
100 mkF
Dəyişən cərəyan
mənbəyi
u = 17 sin314t
Rezistorun
müqaviməti
1 kOm
Açar
LAYİHƏ