0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə37/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

 
 
 
118 
 
göstəricilərinin  olduğu  ərazidə  bir  landşaftın  daxilində  tamamilə  fərqli  landşaft 
yarana  bilir.  Məsələn,  Kür-Araz  və  Samur-Dəvəçi  yarımsəhraları  daxilində  daha 
kiçik əraziyə malik olan düzənlik meşə landşaftları yaranmışdır: Nabran-Yalamada, 
Şollar meşələri, Kür çayı boyunca isə Tuqay meşələri və s. Belə landşaftlara intra-
zonal landşaftlar  (“intra”  –  “daxili”  mənasındadır)  deyilir.  Onlar  yerli  amillərin, 
xüsusən də yeraltı suların təsiri ilə formalaşmışdır.  
Zonal  landşaftlar  daxilində  azonal landşaftlar  da  ola  bilir.  Azonal landşaftları 
yaradan amil – relyefdir. Dağlıq ərazilər zonallığı pozur və azonallıq yaradır. Mə-
sələn, Böyük Qafqaz (
a
), Kiçik Qafqaz (
b
), Naxçıvanın dağlıq əraziləri (
c
), Talış 
dağları (
d
) və s. azonal landşaftlara aiddir.  
 
 
 
 
 
 
Şəkillərin uyğun gəldiyi 
landşaft tiplərini tapın:   
a) Düzənlik   
b) Dağlıq   
c) İntrazonal   
d) Azonal    
e) Zonal  
f) Antropogen   
g) Təbii 
 
 
 
Şəkil üzrə iş
Azonal landşaft tiplərinin hündürlüyə doğru dəyişməsi 
a
 
b
 
c
 
d
 
N-b
S
 
A-ç
S-ç
D-m
 
D-ç
Q-ç
Y
 
D-k
 
Q-d-ç
 
D-m
 
Dz-m
 
N-b
 
S
A-ç
S-ç
D-ç
Q-ç
Y
 
D-k
S
 
A-ç
S-ç
D-m
 
D-ç
Q-ç
N-b  Nival buzlaq   
– Subnival      
 
D-k – Dağ-kserofit bitkiləri   
 
A-ç – Alp çəmənləri     
S-ç – Subalp çəmənləri 
D-m – Dağ-meşə 
Dz-m – Düzən-meşə   
D-ç – Dağ çölləri 
 
Q-d-ç – Quru dağ çölləri 
Q-ç – Quru çöllər 
 
– Yarımsəhralar 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 








 
 
 
119 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


2. Mətndəki şəkillərə əsasən azonal landşaftlar üzrə yayılan landşaft tiplərini müəyyən 
edin və cədvəli tamamlayın:  
Landşaft tipi 
Böyük Qafqaz 
Kiçik Qafqaz  Naxçıvan  Talış 
1. Nival 

 

 
2. Subnival 
 
 
 
 
3. Alp çəmənləri 
 
 
 
 
4. Subalp çəmənləri 
 
 
 
 
5. Dağ meşələri 
 
 
 
 
6. Dağ çölləri və kserofit kolluqlar 
 
 
 
 
7. Yarımsəhra 
 
 
 
 
 
3. Xəritə-sxemdə qeyd olunan məntəqələri 
zonal, 
azonal, intrazonal landşaftların 
yayılmasına görə 
qruplaşdırın: 
zonal 
azonal 
intrazonal 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“E
KOLOJİ SİYASƏT

 
 
 
 
XX əsrdə elm və texnikanın, sənaye və kənd təsərrüfatının intensiv yollarla inki-
şafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini güc-
ləndirmişdir.  Bir çox ekoloji  problemlər  kəskinləşmiş,  bəziləri  isə ekoloji böhran 
xarakteri almışdır. 
Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə 
dəyişməsidir  ki,  nəticədə  təbii  komplekslər,  oradakı  canlı  orqanizmlərin  gələcək 
mövcudluğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müx-
təlifdir. Ətraf mühiti ekoloji  vəziyyətinə görə 5 qrupa ayırmaq olar: 
1. Təbii vəziyyət – insan fəaliyyətinin olmadığı və ya çox zəif olduğu ərazilərdir. 
Yer kürəsinin ekstremal ərazilərində (yüksək dağlar, arktik səhralar, ekvatorial cən-
gəlliklər və s.) təbii şərait, demək olar ki, dəyişməmişdir. 
33 
• Aral gölünün quruması, Afrikada səhralaşma, Amazon meşə-
lərinin qırılması problemlərinin yaranma səbəblərinə aid 
mülahizələrinizi şərh edin.
 
Müzakirə edin:
 
1. Bu problemlərin qarşısını almaq üçün hakimiyyət orqanları nə 
etməlidir? 
2. “Ekoloji siyasət düzgün aparılsaydı, bu problemlər yaranmaz-
dı” fikrinə münasibət bildirin. 

  

 

 B 

 C 
• 


 E 

 F 


 
 
 
120 
 
2. Müvazinət vəziyyəti – insan fəaliyyətinin təsiri olsa da, təbiət özünü bərpa edə 
bilir.  Müvazinət  vəziyyəti  mülayim  qurşağın  iynəyarpaqlı  meşələrində,  rütubətli 
ekvatorial meşələrin savanna ilə sərhədində  müşahidə olunur. 
3. Böhran vəziyyəti – insan fəaliyyətinin təsiri böyükdür. Belə ərazilərdə təbiətdə 
dəyişiklik dərəcəsi  yüksək  olur.  Lakin  ilkin  təbii  komplekslərin  mövcudluğu  hiss 
olunur. Böhran vəziyyətinə çöl, meşə-çöl, savanna və seyrək meşələr aid ola bilər.  
4. Faciəli vəziyyət – özünün əvvəlki vəziyyətinə bərpa olunması qeyri-mümkün  
mühiti əks etdirir. Belə mühitdə əhalinin yaşaması çətinləşir. Təbiətin özünü bərpa 
etməsi üçün illər tələb olunur. Adətən, iri şəhərlərin kənarlarında faydalı qazıntıların 
çıxarıldığı ərazilərdir. 
5. Kollaps vəziyyəti – bioloji məhsuldarlığını əbədi itirən ərazilərdir. Kollaps və-
ziyyətə malik olan ərazilərdə insanların yaşaması təhlükəlidir. Belə ərazilərə misal 
olaraq Çernobılı göstərmək olar. Bu şəhərdə atom-elektrik stansiyasında baş verən 
partlayışdan sonra yaşamaq təhlukəli hal almışdır. Kollaps vəziyyətində təbii mü-
hitin özünü bərpa etməyə gücü çatmır.  
Əhatə etdiyi əraziyə görə ekoloji böhran qlobal, regional  lokal ola bilər.  
Qlobal ekoloji böhranla mübarizə aparmaq çox çətindir, onun həlli üçün dövlət-
lərin birgə fəaliyyəti vacibdir. Hazırda qlobal ekoloji böhrana nümunə kimi Avro-
pada “turşulu yağışları”, “istixana effekti” və Antarktidada “ozon dəliyi”ni göstər-
mək olar. 
 
 
 
Regional ekoloji böhran bəzi dövlətləri və ya dövlətin regionlarını əhatə edir. O, 
həmçinin qonşu regionlara da mənfi təsir göstərə bilər; lakin onu bir və ya bir neçə 
dövlətin səyi ilə həll etmək mümkündür. Lokal ekoloji böhran daha kiçik əraziləri 
əhatə  edir.  Buna  nümunə  kimi  dağ-mədən  sənayesinin  çirkləndirdiyi  landşaftları, 
sənaye tullantıları ilə çirklənmiş su hövzələrini və torpaq örtüyünü göstərmək olar. 
Bu problemlərin həlli torpaqların rekultivasiyası və pozulmuş landşaftların bərpası 
ilə mümkündür. 
Atmosfer, litosfer və hidrosferin sənaye müəssisələrinin zəhərli 
tullantıları ilə  çirklənməsi dövrümüzün qlobal probleminə çevrilmişdir.
Avropada bir çox məş-
hur memarlıq abidələri 
turşulu yağışların 
təsirindən dağılır. 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə