0g9az(1-6)esas


      Cənub-Şərqi Avropa regionuna



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə45/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

 
 
144 
 
 
Cənub-Şərqi Avropa regionuna daxil olan – Xorvatiya, Sloveniya, Bosniya və 
Herseqovina,  Serbiya,  Makedoniya  və  digər  ölkələr  yaxın  zamana  qədər  sosialist 
ölkələri blokuna daxil idi. Bu ölkələrdə yeni ictimai münasibətlər hələ də çətinliklə  
yaranmaqdadır. 
Siyasi, iqtisadi-sosial xüsusiyyətlərinə görə ziddiyyəti ilə fərqlənən Cənub-Qərbi 
Asiya regionunun  bir  neçə  ölkəsi  də    Aralıq  dənizinə  çıxışa  malikdir.  Bu  ölkələr 
Türkiyə,  Livan,  Suriya  və  İsraildir.  İsrail–Fələstin  münasibətləri  və  Suriyada  baş 
verən müharibə bu regionda təhlükə mənbəyi olmaqla yanaşı, iqtisadiyyatın zəiflə-
məsinə gətirib çıxarır.    
Hazırda  Aralıq  dənizi  sahilində  yerləşən  ölkələr  arasında  müxtəlif  beynəlxalq 
birlik və təşkilatlar yaranmaqdadır. 2008-ci ildə regionda yerləşən ölkələrin başçı-
larının iştirakı ilə yeni bir beynəlxalq təşkilat yaradılmasına dair razılıq əldə edil-
mişdir. Bu təşkilatın 43 üzvü vardır.  
“Aralıq dənizi sahili ölkələrinin birliyi” adlanan təşkilatın məqsədi regiondakı 
ölkələr  arasında  sülh,  iqtisadi,  mədəni  əlaqələri  möhkəmlətmək,  onların  inkişaf 
səviyyələri arasında fərqi azaltmaqdır. 
    
 
Cədvəli dəftərinizdə çəkib mətnə əsasən tamamlayın. 
Regionlar 
Ölkələr 
Dini tərkibi 
Təbii şəraiti 
İnkişaf səviyyəsi 
Cənubi Avropa 
 
 
 
 
Şimali Afrika 
 
 
 
 
Cənub-Şərqi Avropa 
 
 
 
 
Cənub-Qərbi Asiya 
 
 
 
 
 
 
  
Cədvəl üzrə iş
•  Aralıq  dənizi  sahili  ölkələri  üzümçülüyün  inkişafı  üçün  ən  əlverişli  ərazilərdir.  Üzümçülüyün 
inkişafı Cənubi Avropa ölkələrinin əksəriyyətinin şərabçılıq üzrə istisaslaşmasına səbəb olmuşdur. 
Lakin Şimali Afrika ölklərində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.

Müzakirə edin:  
– Bunu nə ilə izah etmək  olar? 
  
Mətn üzrə iş


 
 
145 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
1. Cədvəli tamamlayın:  
№ 
Ölkələr 
Region 
Dini tərkibi 
İnkişaf səviyyəsi 
Turizmin inkişafı 
1. 
İtaliya 
 
 
 
 
2. 
Türkiyə 
 
 
 
 
3. 
Misir 
 
 
 
 
4. 
Fransa 
 
 
 
 
5. 
Liviya 
 
 
 
 
 
2. Suallara cavab verin:  
1)  Afrikaya yaxınlıq Cənubi Avropa regionuna, Avropaya yaxınlıq isə Şimali Afrika 
regionuna  necə təsir edir? 
2)  Aralıq dənizi sahili regionlarının inkişafında nəzərə çarpan müasir fərqlərə hansı 
amillər təsir göstərib? 
– Əhalinin irqi tərkibi; 
– Əhalinin  milli tərkibi; 
 Əhalinin dini tərkibi
– Müstəmləkə və ya asılılığın uzun müddət davam etməsi. 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Sizə aşağıdakı ölkələrdən birinə səyahət etmək imkanı verilmişdir: 
1) İtaliya;  
2) Sloveniya;  
3) Misir;  
4) İsrail. 
 
Verilmiş suallar əsasında esse yazın: 
– Bu ölkələrdən hansını seçərdiniz?  
– Səyahət zamanı nəyə diqqət yetirərdiniz? 
– Hansı ölkənin təbiəti daha cəlbedici ola  bilər? 
– Hansı ölkəyə səyahət daha çox xərc tələb edə bilər? 
 
 
Dərsdən sonra
 


 
 
146 
 
 
M
ÜASİR DÜNYANIN “İQTİSADİ GÜCLƏRİ” 
 
 
XX əsrin əvvəlinədək dünyanın iqtisadi mənzərəsi təkmərkəzli (bir dövlət və ya 
regionun üstünlüyü) olmuşdur. Belə ki, orta əsrlərin sonuna qədər təbii sərvətlərinin 
bolluğu ilə fərqlənən Asiya ölkələri, xüsusən də Çin dünyanın ən varlı ölkəsi  sayı-
lırdı. Dünya dənizlərinə nəzarəti ələ keçirən Avropa regionu XVIII əsrin sonunda 
41 
1. XV əsrədək 
3. XX əsrin əvvəli 
2. XVIII–XIX əsrlər 
4. XX əsrin sonu 
Müzakirə edin: 
1. Dünyanın “iqtisadi güc”lərin coğrafiyasının tarixən necə dəyişdiyini şərh edin.  
2. XXI əsrin əvvəlində Cənub yarımkürəsində yerləşən ölkələrin dünyanın iqtisadi güc mərkəzlərinə 
çevrilməsinin səbəbi nə ola bilər? 
  
Xəritə üzrə iş
 
5. XXI əsrin əvvəli 


 
 
147 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


dünyanın  güc  mərkəzinə  çevrildi.  Bu  həm  də  avropalıların  çoxlu  müstəmləkələrə 
sahib olması ilə əlaqədar idi.  
XX əsrin əvvəlində dünyanın iqtisadi mənzərəsində ikimərkəzlilik yarandı. Bu 
dövrdə Qərbi Avropa ilə yanaşı, ABŞ da güc mərkəzi oldu. Yaradılan iri elmi-təd-
qiqat institutlarına Avropadan məşhur alimlər cəlb edildi. Ölkədə elmi-texniki ye-
niliklərin tətbiq edildiyi nəhəng istehsal müəssisələri yaradıldı. İstehsal olunan məh-
sulun satışı üçün məqsədyönlü fəaliyyət – marketinq fəaliyyəti tətbiq edildi.  
1950-ci illərdən başlayaraq Yaponiyanın da iqtisadi gücü sürətlə artdı. Dünyada 
çoxmərkəzli iqtisadi model yarandı.  
İqtisadiyyatda  Amerika  modelinin  mahiyyətlərindən  biri  xüsusi  mülkiyyətin 
iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutmasıdır. 
 
 
Cədvəldən (2014-cü il) istifadə edərək digər ölkələrə uyğun olan rəqəmləri təyin edin və dünyanın 
iqtisadi güc mərkəzlərinin fərqli göstəriciləri əsasında müxtəlif diaqramlar qurun.  
İqtisadi güc 
mərkəzləri 
Dünya əhalisi 
sayında payı 
(%-lə) 
Dünya ərazisinə 
görə payı 
(%-lə) 
Dünya tica-
rətində payı  
(%-lə) 
İstehsal edi-
lən sənaye 
məhsulunun 
payı (%-lə) 
Kənd təsərrüfatı 
məhsulu istehsa-
lında payı (%-lə) 
ABŞ 
4,5 
7,2 
16,8 
20,0 
12,0 
Avropa 
Birliyi 
6,2 
2,4 
42,0 
23,0 
19,0 
Yaponiya 
2,1 
0,3 
9,6 
9,0 
5,0 
Digər ölkələr 
87,2 
90,1 
31,6 
48 
64 
 
 
 
1975-ci ildə Fransanın təşəbbüsü ilə Almaniya, ABŞ, Fransa, Britaniya, İtaliya və 
Yaponiyanın üzv olduğu “Altılıq” – “Great-6” (“G–6”) yaradıldı. 1976-cı ildə Kana-
danın  bu  qrupa  daxil  edilməsi  ilə  “G–6”  qrupu  “Böyük  yeddilik”  (“G–7”)  adlandı. 
Rusiya  1997-ci  ildə  həmin  quruma  üzv  seçildikdən  sonra  “Böyük  yeddilik”  “Böyük 
səkkizlik” (“G–8”) oldu. “G–8” çərçivəsində ən aktual məsələlər, dünyanı narahat edən 
siyasi, iqtisadi, sosial və s. problemlər müzakirə edilir.  
Dünya ixracatının 49%-i “'G–8”in payına düşür. Sənaye istehsalının 51%-i də 
bu qrupa məxsusdur.   
XX əsrin sonunda inkişaf etməkdə olan ölkələrdən bəziləri iqtisadiyyatlarında  
yeni  modellər  tətbiq  edərək  dünyanın  yeni  iqtisadi  güc  mərkəzlərinə  çevrildi. 
Bunlardan ən mühümü Çin Xalq Respublikasıdır. Çin özünəməxsus iqtisadi model 
yaratmışdır. Ölkədəki əksər müəssisələrə dövlət nəzarət edir. 2015-ci ildə dünyada 
  
Cədvəl üzrə iş
 
Nümunə: 
dünya əhalisi sayında 
güc mərkəzlərinin payı 
4,5
6,2
2,1
87,2
ABŞ
Avropa Birliyi
Yaponiya
Digər


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə